Sənsən
Nə bilim dünya nələr olacaq,
Ömrümün günümün yarısı sənsən.
Bilinmir kim kimi yola salacaq
Qocalıq sinnimin qarısı sənsən.
***
Tərlan oldun şikarıma, sarıma,
Möhür oldun namusuma, arıma.
Nəzər salsaq, dövlətimə, varıma
Pətəyin məhsuldar arısı sənsən.
***
Zülfüqar çox görüb boranı barı,
Keçibdi keçilməz daşlı yolları.
Ey tərlan könlümün sevgili yarı,
Hündür hasarımın barısı sənsən!
Gəlləm
Mən ölsəm, qəm yemə vəfalı yarım,
Dözməzsən, yenidən cahana gəlləm.
Duyanda ətrini gözəl baharın,
Gül ollam, dərilib kahana gəlləm.
***
Axtarıb taparsan güllər içində,
Xatirəm saxlanar illər içində.
Yaxşı adım qalsa, ellər içində
Ruhum rahat olar, dühana gəlləm.
***
Sevgilim, eşqimin çox sirrləri var,
Desəm, öldürəllər, deməsəm, ölləm.
Taleyim dedi ki, sən gizli apar
Bu sirri tək özüm yeməsəm ölləm.
***
Zülfüqaram, bir sehrli fənaram,
Gecə, gündüz fitilsiz də yanaram.
Bülbül olub budağına qonaram,
Bir xoş nəğmə kimi dəhana gəlləm.
Bəs etməyirmi?
Dağ üstə dağ çəkmək nəyinə gərək,
Vurduğun yaralar bəs etməyirmi?
Quş kimi sinəmdə çırpınan ürək
Haray salmayırmı, səs etməyirmi?
***
Kərəməm, çovğunda, boranda mənəm,
Fərhadtək dağları yaran da mənəm,
Daşlardan Leylisin soran da mənəm
Dastan yazıları nəs etməyirmi?
***
Zirvəni bürüyən dumanın olum,
Şehtək ləçəyindən damanın olum,
Dindir, qoy inləyən kamanın olum,
Simlər tərpənməzsə, pas etməyirmi?
***
Görüncə o incə, gözəl camalı,
Yazıq Zülfüqarın qalmayır halı.
Ey sınıq könlümün hürkək maralı,
Sənsiz ömrüm, günüm yas etməyirmi?
1959
Müəllif: Zülfüqar Zülfüqarov
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Dünya ulduzlarının təəccübləndirən FOTOLARI
690 bal toplayan Röya: "Neft çıxartmaq uşaqlıq arzum idi"
Azərbaycanda xırda təkanlar böyük zəlzələdən xəbər verir?
Prezidentdən mühüm qərar
Mən şəkil çəkirəm- 5
İran gəmiləri ABŞ-ı qorxutdu
Krediti xarici valyuta ilə alanların taleyi necə olacaq?
Məşədi İbad yeganə əxlaqlı adamdır...
Məşhur filmlərdəki səhvləri gördünüz?
“İşğala son qoyacağıq”
Maska taxmamağa görə tətbiq olunacaq cərimə məbləğləri açıqlandı
Əmrahın oğlu əsgər gedir
Dolu bədənli xanımlar üçün
Demet Akalın izləyicisini təhqir etdi-SƏBƏB
Hava haqqında - 27.12.2013
Dəriniz yaz meyvələri ilə yenilənsin
Tarkan və xanımı 10 il əvvəl-FOTO
Hava limanına “Rəcəb Tayyib Ərdoğan” adı veriləcək
Nurgül Yeşilçaydan gözlənilməz FOTO
Aviasiya sənayesinin dirçəlməsi dörd il çəkəcək
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqladı
Bakıdan Bağdada təyyarə reysi açılır
Tələbənin haqqı təhsil haqqının altında tapdanır
İşıqforlar ləğv edilə bilər
Paşinyandan əsirlərin mübadiləsi ilə bağlı AÇIQLAMA
Kələm qutabı (foto resept)
50 yaşlı qadın üçəm doğdu
Mətbəx mebelləri
Elektron qurğuların yuxuya təsiri
Günün ulduz falı
Sibel Can yenidən medianın gündəmindədir
Nəhəng BALİNA-görənləri heyrətləndirir-FOTO
İsrailli professordan PEYVƏND XƏBƏRDARLIĞI
Beş saata 10 kiloqrama yaxın arıqlamaqla Rusiyanın Rekordlar Kitabına düşdü - FOTO/VİDEO
Dadlı əl işlərim
Nəqliyyatı pulsuz olan ölkələr
Beyninizin gənc qalmasını istəyirsiniz?
Donvurma zamanı ilk tibbi yardım
Qırmızı soğanın inanılmaz faydaları
Çiçəkli baxça dekorasiyaları
HAVA necə olacaq? 21 MAY
Sobada qiyməli gül kələmi (video-resept)
Avtomobil kreditlərinin yoxluğu hara aparır?
Kickstarter də sındırıldı
Bir gündə 4,3 milyard dollar itirdi
Bakının bir hissəsi susuz qalacaq
Hava dəyişir - XƏBƏRDARLIQ
Hava haqqında
Rəsmi Bakı Ukraynada vəziyyətin ən tez zamanda stabilləşməsinin tərəfdarıdır
Alabalıq piroqu (foto resept)















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]