ÜRƏYİM BİR QİTƏ, SƏNSƏN FATEHİ
Sənlə yol gedərəm dumanda, çəndə,
Səninlə çoxalar ömrümün nuru.
Sədaqət, etibar görmüşəm səndə,
Sən aydan arısan, sudan da duru.
Mən sirli dünyaydım dərəli-dağlı,
Orda olmamışdı belə at çapan...
Mənim ürəyimin qapısı bağlı,
Ora olmamışdı hələ yol tapan.
Üstümə çiləndi səhərin mehi,
Yollardan çəkilib getdi duman-çən.
Ürəyim bir qitə, sənsə fatehi,
Gəlib fəth elədin bu qitəni sən.
SƏN MƏNİ BAĞIŞLA, MƏN DƏ Kİ, SƏNİ...
Buludlar toqquşdu, ildırım çaxdı,
Elə bil dağ çayı tərsinə axdı.
Ömrümün kövrələn, bu payız vaxtı,
Gəl qovaq yollardan dumanı, çəni,
Sən məni bağışla, mən də ki, səni...
Ağ ilə qaranı seçə bilməsən,
Bu qəm adasında köçə bilməsən,
Mənim günahımdan keçə bilməsən,
Vaxtsız çoxalacaq saçımın dəni,
Sən məni bağışla, mən də ki, səni...
Dərdin yaxını az, uzağı çoxdur,
Baxtın öz qarası, öz ağı çoxdur.
Onsuz da dünyanın sazağı çoxdur,
Şaxtalar vurmamış çölü, çəməni
Sən məni bağışla, mən də ki, səni...
Artıq olan olub, keçən keçibdi,
Dəvələr yuklənib, karvan köçübdü.
Alın yazısını tanrı seçibdi,
Qoyaq ortalığa yaşıl səməni,
Sən məni bağışla, məndə ki, səni...
Vaqif Məmmədov
Bənzər xəbərlər...

XƏBƏR LENTİ
Marsda növbəti həyat əlamətləri
Sevgilisinə pul buketi bağışladı
Dalğalı saçlara necə sahib olmalı?
Körpənizlə ilk görüş
Azərbaycan şəhidi ilə vidalaşır - FOTO/VİDEO
Fahriye Evcen Arıqladı!-FOTO
Madonna Corc Floyd üçün aksiyaya qatıldı - VİDEO
SMS-siz evdən çıxanlar bu hallarda cərimələnməyəcək - VİDEO
Havay adalarında günəşdən qoruyucu kremin istifadəsinə qadağa qoyuldu
Everestə çıxan köpək
Qocalıqda yorğalıq: futboldan doymayanlar
Saç telindən hörümçək ipəyinə
Qısa donlar
Rassel Krou əşyalarını hərraca çıxardı
Yulaflı peçenye (foto resept)
"Kukolki" (Körpə balalarımıza həsr olunur)
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Azərbaycanda işsizlərə 4 min manat veriləcək
Qaçmağa yeni başlayanların yol verdiyi xətalar
Uzunömürlü evliliyin sirri
Mingəçevir sakini evində qədim saat saxlayır
Meksika klubu Ronaldunu transfer etdiyi barədə məlumat yaydı
Qadın boksçumuz Polşada erməni rəqibini məğlub etdi
Bülent Ersoydan dostuna 100 minlik hədiyyə
Azərbaycanlılar Moskvada etiraz etdi
HAVA necə olacaq?-13 MART
14 yaşlı qızdan Dəhşətli Əməl!-FOTO
Təhlükəni unutduq
Mirzə Şəfi Vazehlə bağlı sayt yaradıldı
Vanqadan şok öncəgörmə: Martın 31-də...
Azərbaycan toyları: sevinc, yoxsa bəla?
2013-cü ilin ən uğursuz filmləri
DİN mediaya Tovuzdakı qətllə bağlı XƏBƏRDARLIQ ETDİ
Təhsil xərcləri azaldılır
Tolgahan və Almeda cütülüyünə 5 minlik hədiyyə-FOTO
Koronavirusla döyüşən mübariz xəstələr və fədakar həkimlər - “YENİ KLİNİKA”DAN REPORTAJ - VİDEO
Əkizlərin sayı niyə artıb?
Ayaqlarınız səndələ hazırdır?
Rusiyadan gözlənilməz addım - "WhatsApp"a qadağa
Bakıda dördəm doğuldu
Kabayeva mandatdan imtina etdi
Yaponiyada havanın isinməsi ilə əlaqədar əhalini maskaları çıxarmağa çağırdılar
Almaniyada hakerlər hərbçilərin məlumatlarını ələ keçirdi
Azərbaycanda 33 dərəcə isti olacaq
Günün qoroskopu: israfçılıq etməyin
Bu günün hava proqnozu
Nişasta şirniyyatı (foto resept)
2019 Bahar Moda Həftəsindən Ayaqqabılar
Jurnalistin canlı yayımda ürəyi getdi - VİDEO
Almaniyada keçirilmiş konsertdə "Sarı gəlin" erməni mahnısı kimi təqdim edilib

- ŞƏRHLƏR