Səhərlər yuxudan gözümü açan kimi isti, təzə çörək qoxusu duyuram. Evdə sadiq köməkçim var. Bu köməkçim səhər tezdən xəmir yoğurur, mayalandırır və mən yuxudan durana kimi isti, yumşaq, ətirli çörəyimi bişirir. Hər gün belə edir, özü də nə deyinir, nə yorulur, nə də usanır. Köməkçimin adı çörəkbişirən aparatdır.
Antisanitariyanın baş alıb getdiyi sexlərin çoxluq təşkil etməsi heç kimə sirr deyil. Hansı qadın ailəsinə, uşaqlarına gigiyenik qaydalara uyğun olan keyfiyyətli çörək yedirtmək istəməz ki? Təbii ki, bütün xanımlar bunu istəyir. Lakin qadınlarımızın çoxu hər gün xəmir yoğurmağa tənbəllik edir, çoxları vaxt tapmır və ya sağlamlığı buna yol vermir. Bəs çxış yolu nədir? Çörəkbişirən aparatlar.
Texnikanın inkişaf etdiyi indiki dövrdə çörəkbişirən aparatlar mağazalarda öz yerini tutub. Müxtəlif firmaların müxtəlif formada istehsal etdiyi aparatlar xanımlarımızın əsl köməkçisinə çevrilib. Onlardan istifadə etmək asandır: lazım olan ərzaqları aparatın qabına tökmək, çörəyin növünü, çəkisini (750 qram, 1000 qram və 1500 qram), qızartma dərəcəsini (zövqə görə az qızarmış, orta dərəcədə qızarmış və çox qızarmış) seçmək lazımdır. Bişirmə müddətini aparat özü avtomatik olaraq seçir. Çörəyiniz hazır olanda isə siqnalla sizi xəbərdar edir. Ən əsası odur ki, zamanı özünüz də təyin edə bilərsiniz. Axşam yatmazdan əvvəl yuxarıda sadalananları yerinə yetirdikdən sonra taymeri səhərin istənilən saatına qura bilərsiniz. Nəticədə səhər yuxudan duranda artıq hazır isti çörəyiniz sizi gözləyəcək.
Belə aparatlarda çörəyin bir çox növünü bişirmək olar: ağ, kəpəkli, qara, hamburqer, sendviç, fransız çörəyi və s. Bundan başqa kekslər və cemlər bişirə, mayalı xəmirlər hazırlaya bilərsiniz. Aparatı alarkən sizə verilən kitabçada istifadə olunan ərzaqlar, onların miqdarı, bişirmə müddətləri qeyd edilir. Yaddan çıxarmayın: bütün ərzaqlar mütləq yazıldığı qədər tökülməlidir (elektron tərəzidən istifadə etməklə), əks halda çörəyiniz keyfiyyətli alınmayacaq.
Belə aparatları ixtisaslaşmış mağazalardan almaq daha məqsədəuyğundur. Çünki adi mağazalardan alınan aparatların çoxunda çörək tam bişmir və çiy qalır.
XƏBƏR LENTİ
Bir insanla ünsiyyət qurmağın rahat yolu
Hava necə olacaq?
DİQQƏT: Noyabrın 2-dən sonra yeni qaydalar tətbiq ediləcək
Erməni yazıçı azərbaycanlı xanəndəyə poema həsr etdi
Qapıçımız yanğına görə üsyan etdi
Şarliz Teron oğlunun geyimlərindən danışdı-FOTO
Megan Marklın "ekizi" tapıldı-FOTO
Doğum gününüzə görə hansı heyvansınız?-Test
Yorğun dəriniz üçün nanə maskası
Xəzərdə zəlzələ oldu
Yataq dəstləri
"YouTube"dan daha bir QADAДћA
Sensasiya: bu planeti nüvə müharibəsi məhv etdi?
Kişilərə cazibədar görünən qadınlar
Sahibini izləyən robot-çamadan təqdim edildi
Rusiya tək rəqib elan edildi
"Ezo gəlin" şorbası (foto-resept)
Zərifə Əliyeva adına Milli Oftalmalogiya Mərkəzi Gəncədə humanitar aksiya keçirib
Şahzadə paylaşdığı fotoya görə tənqid olundu
Hansı ləkə necə çıxar? (2-ci hissə)
Saçlar üçün təsirli maskalar
Bülent Ersoydan səs-küylü AÇIQLAMA
Prezident və birinci xanım Şahxəndan türbəsində - FOTO
Meqan və şahzadə Harridən GÖLƏNİLMƏZ QƏRAR
Sabahın HAVASI
16 uşaq anası ailəsindən danışdı
Telman Adıgözəlov - O, 57-dən qorxurdu...
Dəbli çantalar
Ata nəsihəti
Ukraynadakı siyasi böhran ARDNŞ-nin işinə təsir edib?
Cennifer Lopezi kişiyə bənzətdilər-FOTO
Qaz və şişkinliyə qarşı ən effektiv vasitə
Emin Ağalarovdan möhtəşəm mahnı-VİDEO
İlham Əliyev və xanımı media kəndində
Ebru Polat paylaşdığı şəkli ilə diqqət çəkdi
Günün qoroskopu:Uğurlu gündür!
Çirkin olmanın üstünlükləri
Müdafiə Nazirliyindən Azərbaycandakı türkiyəli hərbçilərlə bağlı AÇIQLAMA - VİDEO
Fərdi və mikrosahibkarlara ödənilən maliyyə dəstəyinin məbləği açıqlandı - RƏSMİ
Müəllimlər sınaq qarşısında
İspanaqlı makaron (foto-resept)
Bekhem son 3 ayda 6 sevgili dəyişdi
İlham Əliyev xalqa müraciət etdi
Amine Gülşe Mesut üçün Bakıya gəldi-FOTO
Möhtəşəm yay ayaqqabları
Cəbhə xəttində atışma olub
Xərçəngi məhv edən yeni kəşf
Pelenin halı pisləşdi
Sinəsini böyütdü: yaddaşından və işindən oldu - FOTO
Özcan Dəniz ata oldu - FOTO
- ŞƏRHLƏR