Səhərlər yuxudan gözümü açan kimi isti, təzə çörək qoxusu duyuram. Evdə sadiq köməkçim var. Bu köməkçim səhər tezdən xəmir yoğurur, mayalandırır və mən yuxudan durana kimi isti, yumşaq, ətirli çörəyimi bişirir. Hər gün belə edir, özü də nə deyinir, nə yorulur, nə də usanır. Köməkçimin adı çörəkbişirən aparatdır.
Antisanitariyanın baş alıb getdiyi sexlərin çoxluq təşkil etməsi heç kimə sirr deyil. Hansı qadın ailəsinə, uşaqlarına gigiyenik qaydalara uyğun olan keyfiyyətli çörək yedirtmək istəməz ki? Təbii ki, bütün xanımlar bunu istəyir. Lakin qadınlarımızın çoxu hər gün xəmir yoğurmağa tənbəllik edir, çoxları vaxt tapmır və ya sağlamlığı buna yol vermir. Bəs çxış yolu nədir? Çörəkbişirən aparatlar.
Texnikanın inkişaf etdiyi indiki dövrdə çörəkbişirən aparatlar mağazalarda öz yerini tutub. Müxtəlif firmaların müxtəlif formada istehsal etdiyi aparatlar xanımlarımızın əsl köməkçisinə çevrilib. Onlardan istifadə etmək asandır: lazım olan ərzaqları aparatın qabına tökmək, çörəyin növünü, çəkisini (750 qram, 1000 qram və 1500 qram), qızartma dərəcəsini (zövqə görə az qızarmış, orta dərəcədə qızarmış və çox qızarmış) seçmək lazımdır. Bişirmə müddətini aparat özü avtomatik olaraq seçir. Çörəyiniz hazır olanda isə siqnalla sizi xəbərdar edir. Ən əsası odur ki, zamanı özünüz də təyin edə bilərsiniz. Axşam yatmazdan əvvəl yuxarıda sadalananları yerinə yetirdikdən sonra taymeri səhərin istənilən saatına qura bilərsiniz. Nəticədə səhər yuxudan duranda artıq hazır isti çörəyiniz sizi gözləyəcək.
Belə aparatlarda çörəyin bir çox növünü bişirmək olar: ağ, kəpəkli, qara, hamburqer, sendviç, fransız çörəyi və s. Bundan başqa kekslər və cemlər bişirə, mayalı xəmirlər hazırlaya bilərsiniz. Aparatı alarkən sizə verilən kitabçada istifadə olunan ərzaqlar, onların miqdarı, bişirmə müddətləri qeyd edilir. Yaddan çıxarmayın: bütün ərzaqlar mütləq yazıldığı qədər tökülməlidir (elektron tərəzidən istifadə etməklə), əks halda çörəyiniz keyfiyyətli alınmayacaq.
Belə aparatları ixtisaslaşmış mağazalardan almaq daha məqsədəuyğundur. Çünki adi mağazalardan alınan aparatların çoxunda çörək tam bişmir və çiy qalır.
XƏBƏR LENTİ
Bakıda metro yaxınlığında yanğın
Soğanın faydaları
Maldiv adalarında turistlər üçün yeni QAYDALAR
“Ağıllı” radarlar gəlir
Cavan olmam bir də mən?
Kriştianu Ronaldunun bacısı qardaşının koronavirusa yoluxmasına inanmır
Üçölçülü görmə
Türkiyənin məşhur aktyoru Xalid Ərgənc niyə peşman olub?
HAVA necə olacaq?-11 dekabr
"Azəriqaz"dan qazın təzyiqindən şikayətlənənlərə cavab gəldi
Meqan Markl vƏ kraliça Yelizaveta ilk rəsmi səfərdə-FOTO
Bir az da əylənək
Qadin.Net - 4 il Sizlərlə!
Uzunburunlu ayaqqabılarınızla vidalaşın
Formada olmaq nə deməkdir?
Doğuş sonrası depressiya: nə etməli?
İmmuniteti gücləndirən asan üsullar
Bakı - Sankt-Peterburq aviareysi üzrə əlavə uçuşlar olacaq
Yaxınlarının məzarını ziyarətə getdilər, gördükləri mənzərə dəhşətə gətirdi - VİDEO
Rəsədxanadan Ramazan açıqlaması
Təyyarəni "iPad" vasitəsilə endirdilər
Azərbaycanda 800 qramlıq körpə doğuldu
Artıq məni sevmirsən
Bred Pitt balaca qızı xilas etdi
"Çukur" serialının əyləncəli görüntüləri - VİDEO
Ruhun ayaq izinə rastladılar-FOTO
"Yeni il nağılı" deserti
Qeyri-adi iş təklifi
BÜRCLƏR bizə nə vəd edir?-11 yanvar
Gözlərinə mavi döymə etdirən qız kor oldu - FOTO
Günün qoroskopu: hadisələr aktiv iştirakınızı tələb edir
Sevgili tapmağın 30 üsulu
Yeni kommunal xidmət limitləri tətbiq olunacaq
CCleaner
Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ: imtahanlar başlayır
Cennifer Lopez yeni şəklini paylaşdı-FOTO
Şuşa, Laçın və Kəlbəcərlə bağlı daha bir VACİB ADDIM
Çində Evlənmək QADAДћAN Olundu-SƏBƏB
Hava haqqında
Monqol mətbəxindən "Buuz" (foto resept)
Bakıda möhtəşəm bina tikilir
İzmir zəlzələsində möcüzə: 33 saatdan sonra dağıntılar altından sağ çıxdı - VİDEO
"Əsəd cavab verməlidir"
Dünyanı düzəltmək üçün
Hər dəri üçün faydalı bal maskası
Dünyanın “ən təhlükəli noutbuk”u hərraca çıxarıldı
Azərbaycanda seçki dairələrində ciddi monitorinq keçirildi
Pensiyalar artacaq, yeni iş yerləri açılacaq - Sosial sferaya diqqət artır
В«İranın şansı 50:50-yədirВ»
Kişilərə görə bacarıqlı qadın kimdir?
- ŞƏRHLƏR