Səhərlər yuxudan gözümü açan kimi isti, təzə çörək qoxusu duyuram. Evdə sadiq köməkçim var. Bu köməkçim səhər tezdən xəmir yoğurur, mayalandırır və mən yuxudan durana kimi isti, yumşaq, ətirli çörəyimi bişirir. Hər gün belə edir, özü də nə deyinir, nə yorulur, nə də usanır. Köməkçimin adı çörəkbişirən aparatdır.
Antisanitariyanın baş alıb getdiyi sexlərin çoxluq təşkil etməsi heç kimə sirr deyil. Hansı qadın ailəsinə, uşaqlarına gigiyenik qaydalara uyğun olan keyfiyyətli çörək yedirtmək istəməz ki? Təbii ki, bütün xanımlar bunu istəyir. Lakin qadınlarımızın çoxu hər gün xəmir yoğurmağa tənbəllik edir, çoxları vaxt tapmır və ya sağlamlığı buna yol vermir. Bəs çxış yolu nədir? Çörəkbişirən aparatlar.
Texnikanın inkişaf etdiyi indiki dövrdə çörəkbişirən aparatlar mağazalarda öz yerini tutub. Müxtəlif firmaların müxtəlif formada istehsal etdiyi aparatlar xanımlarımızın əsl köməkçisinə çevrilib. Onlardan istifadə etmək asandır: lazım olan ərzaqları aparatın qabına tökmək, çörəyin növünü, çəkisini (750 qram, 1000 qram və 1500 qram), qızartma dərəcəsini (zövqə görə az qızarmış, orta dərəcədə qızarmış və çox qızarmış) seçmək lazımdır. Bişirmə müddətini aparat özü avtomatik olaraq seçir. Çörəyiniz hazır olanda isə siqnalla sizi xəbərdar edir. Ən əsası odur ki, zamanı özünüz də təyin edə bilərsiniz. Axşam yatmazdan əvvəl yuxarıda sadalananları yerinə yetirdikdən sonra taymeri səhərin istənilən saatına qura bilərsiniz. Nəticədə səhər yuxudan duranda artıq hazır isti çörəyiniz sizi gözləyəcək.
Belə aparatlarda çörəyin bir çox növünü bişirmək olar: ağ, kəpəkli, qara, hamburqer, sendviç, fransız çörəyi və s. Bundan başqa kekslər və cemlər bişirə, mayalı xəmirlər hazırlaya bilərsiniz. Aparatı alarkən sizə verilən kitabçada istifadə olunan ərzaqlar, onların miqdarı, bişirmə müddətləri qeyd edilir. Yaddan çıxarmayın: bütün ərzaqlar mütləq yazıldığı qədər tökülməlidir (elektron tərəzidən istifadə etməklə), əks halda çörəyiniz keyfiyyətli alınmayacaq.
Belə aparatları ixtisaslaşmış mağazalardan almaq daha məqsədəuyğundur. Çünki adi mağazalardan alınan aparatların çoxunda çörək tam bişmir və çiy qalır.
XƏBƏR LENTİ
Bir hərəkətlə piydən azad ol
Şarlardan modelləşdirmə
Eyni serialda rol alacaqlar?
Ancelina Coli və Bred Pitt şərik olacaq-SƏBƏB
Möcüzə içki, ağ çay
"Borussiya"dan türk əsilli futbolçuya fantastik təklif
KREATİV ƏŞYALAR
Çində matəm elan edildi
Macarıstanda beynəlxalq mahnı və rəqs festivalı "Qarabağ" ansamblının uğurlu çıxışları ilə yadda qalıb
Prezidentdən GÖSTƏRİŞ - 190 manatlıq birdəfəlik ödəmə avqustda da veriləcək
Kompyuterinizin ekranı üçün Yeni il şəkilləri
Mehriban Əliyeva Cavid Paşayevin səhhətini nəzarətə götürdü
Qar yağacaq, külək əsəcək
Prezident İlham Əliyevdən 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik paylaşımı (FOTO)
Turşu suyunun faydaları
Madonna 110 minə aşbaz axtarır
Yaydan əvvəl saç detoksu
Sabahın HAVAsı
“Eurovision”ın iştirakçısı öldü
Dollar kreditlərinin taleyi ilə bağlı qərar
Enrike İglesias üçüncü dəfə ata olacaq-FOTO
Ən yaraşıqlı və ən gözəl ulduzlar SİYAHISINDA Türklər
Azərbaycanda qeydiyyatdan keçməmiş Wi-Fi ticarət şəbəkələrinin sahibləri cərimə ediləcəklər
Ermənilər yeni savaşa BAŞLAYIRLAR
Buz göl
İsrail vətəndaşının Dağlıq Qarabağa qanunsuz səfərinə aydınlıq gətirdi
Eser Yenenlerin xanımı Tənqid olundu-FOTO
Azərbaycanın 7 yaşlıı vunderkindi-FOTO
Diktatorların fobiyası
Ölünün dirini xilas etməsi
Səudiyyə nefti bahalaşdırdı
İskəndəriyyə kitabxanasının sirləri
Siqareti atmaq üçün az bilinən üsullar
Əl və ayaq baxımı
Ev dekorasiyasında yol verilən 5 səhv
Polina Qaqarina boşanır
Mehmet Əli Ərbilin son durumu
Gözlər
Ramazan ayının başlanması ilə bağlı fətva verildi
Sosial şəbəkələrdə yeni təhlükəli “çelenc” yayılıb - VİDEO
Niyə açıq havada toy keçirmək olmaz?
Fındıqlı mantı(foto-resept)
Hamilələrə 9 ay boyu keçirilən testlər
Övladımıza cinsi təhsili nə vaxt verməliyik?
Qədir-Xum günü Novruz bayramına təsadüf edibmi?
Aqillərin inamına görə...
Con Kerri fil balasıyla selfi çəkdirdi
Azərbaycan tarixindən yüz şəxsiyyət-90
Az süd əmməyin zərərləri
Zirzəmiyə sığınan zavallılar
- ŞƏRHLƏR