Səhərlər yuxudan gözümü açan kimi isti, təzə çörək qoxusu duyuram. Evdə sadiq köməkçim var. Bu köməkçim səhər tezdən xəmir yoğurur, mayalandırır və mən yuxudan durana kimi isti, yumşaq, ətirli çörəyimi bişirir. Hər gün belə edir, özü də nə deyinir, nə yorulur, nə də usanır. Köməkçimin adı çörəkbişirən aparatdır.
Antisanitariyanın baş alıb getdiyi sexlərin çoxluq təşkil etməsi heç kimə sirr deyil. Hansı qadın ailəsinə, uşaqlarına gigiyenik qaydalara uyğun olan keyfiyyətli çörək yedirtmək istəməz ki? Təbii ki, bütün xanımlar bunu istəyir. Lakin qadınlarımızın çoxu hər gün xəmir yoğurmağa tənbəllik edir, çoxları vaxt tapmır və ya sağlamlığı buna yol vermir. Bəs çxış yolu nədir? Çörəkbişirən aparatlar.
Texnikanın inkişaf etdiyi indiki dövrdə çörəkbişirən aparatlar mağazalarda öz yerini tutub. Müxtəlif firmaların müxtəlif formada istehsal etdiyi aparatlar xanımlarımızın əsl köməkçisinə çevrilib. Onlardan istifadə etmək asandır: lazım olan ərzaqları aparatın qabına tökmək, çörəyin növünü, çəkisini (750 qram, 1000 qram və 1500 qram), qızartma dərəcəsini (zövqə görə az qızarmış, orta dərəcədə qızarmış və çox qızarmış) seçmək lazımdır. Bişirmə müddətini aparat özü avtomatik olaraq seçir. Çörəyiniz hazır olanda isə siqnalla sizi xəbərdar edir. Ən əsası odur ki, zamanı özünüz də təyin edə bilərsiniz. Axşam yatmazdan əvvəl yuxarıda sadalananları yerinə yetirdikdən sonra taymeri səhərin istənilən saatına qura bilərsiniz. Nəticədə səhər yuxudan duranda artıq hazır isti çörəyiniz sizi gözləyəcək.
Belə aparatlarda çörəyin bir çox növünü bişirmək olar: ağ, kəpəkli, qara, hamburqer, sendviç, fransız çörəyi və s. Bundan başqa kekslər və cemlər bişirə, mayalı xəmirlər hazırlaya bilərsiniz. Aparatı alarkən sizə verilən kitabçada istifadə olunan ərzaqlar, onların miqdarı, bişirmə müddətləri qeyd edilir. Yaddan çıxarmayın: bütün ərzaqlar mütləq yazıldığı qədər tökülməlidir (elektron tərəzidən istifadə etməklə), əks halda çörəyiniz keyfiyyətli alınmayacaq.
Belə aparatları ixtisaslaşmış mağazalardan almaq daha məqsədəuyğundur. Çünki adi mağazalardan alınan aparatların çoxunda çörək tam bişmir və çiy qalır.
XƏBƏR LENTİ
"Hörümçək" qadın 8-ci mərtəbəyə dırmaşdı-FOTO
Aforizmlər
Türkiyə XİN məşhur aparıcıdan yardım istədi
Həyatın hər dəqiqəsinin qədrini bilməliyik
Hiperaktiv uşaqla necə davranmalı?
Ölkədə sənədsiz ev qalmayacaq
Lavanda yağının faydaları
10 Yaşında ana oldu
Elvis Preslinin alt paltarı hərraca çıxarılacaq - FOTO
Bədənimizi möhkəmləndirək
Tarkandan “Evdəqal” paylaşımı - FOTO
Övladı olmayan ailələrə XOŞ XƏBƏR
Dövlət Xidməti ordu üçün xüsusi ixtisaslı kadrlar hazırlayacaq
Günün ulduz falı - 07.08.2013
Reklamlar uşaqlara mənfi təsir edir
Yeni doğulan körpə necə qidalanmalıdır
10 milyonluq rəsm 100 ildən sonra üzə çıxdı
Hilal Altınbilek paylaşımı ilə diqqət çəkdi-FOTO
Qızıl niyə bahalaşır?
Ebru Gündeş Bakıda konsert verəcək
Fahriye Evcen qalmaqallı FOTOsu haqqında
Gülməli şəkillər
Aprel döyüşləri təkrarlanacaq?
Qarpız mürəbbəsi (foto-resept)
Azərbaycan tarixindən yüz şəxsiyyət-81
Statistika göstərir ki...
Çox yaşamağın sirri
Pendirli-kəsmikli piroq (foto resept)
Rəngarəng corab modelləri
Lənkəranın demoqrafik vəziyyəti açıqlandı
Meryem Üzerlinin şəklini cinayət xəbərində istifadə etdilər-FOTO
Uşaqlarınıza ingilis dilini öyrətməyə hazırsınızmı?
Azərbaycanın Gürcüstandakı səfirliyində səsvermə başlayıb
İyulun 1-dək beynəlxalq uçuşlar qadağandır - RƏSMİ
Schuizu balıq (foto resept)
Beren Saat 34 dərəcə istidə...-FOTO
Prezident əsgərlərə hədik payladı
"Meymun adam" rekord vurdu
“WhatsApp”da qoşa mavi xəttə son
Fransız dili-Dərs 9
Kayli Cenner bu dəfə də GÜNDƏM oldu-FOTO
Günün qoroskopu: yaxşıca düşünüb-daşının
“O səs Türkiyə”nin yeni münsifi bəlli oldu
BÜRCLƏR bizə nə vəd edir?-21 İyul
Günəşdə qəfil qasırğa
Sabunçu rayonunda “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb
Günün ulduz falı - 26.01.2014
Azərbaycanda İLK: Yalnız turistlər üçün hər yerdə internet imkanı yaradıldı
Hava haqqında
Sərt qış günlərində sağlamlığımızı necə qoruyaq?
- ŞƏRHLƏR