Səhərlər yuxudan gözümü açan kimi isti, təzə çörək qoxusu duyuram. Evdə sadiq köməkçim var. Bu köməkçim səhər tezdən xəmir yoğurur, mayalandırır və mən yuxudan durana kimi isti, yumşaq, ətirli çörəyimi bişirir. Hər gün belə edir, özü də nə deyinir, nə yorulur, nə də usanır. Köməkçimin adı çörəkbişirən aparatdır.
Antisanitariyanın baş alıb getdiyi sexlərin çoxluq təşkil etməsi heç kimə sirr deyil. Hansı qadın ailəsinə, uşaqlarına gigiyenik qaydalara uyğun olan keyfiyyətli çörək yedirtmək istəməz ki? Təbii ki, bütün xanımlar bunu istəyir. Lakin qadınlarımızın çoxu hər gün xəmir yoğurmağa tənbəllik edir, çoxları vaxt tapmır və ya sağlamlığı buna yol vermir. Bəs çxış yolu nədir? Çörəkbişirən aparatlar.
Texnikanın inkişaf etdiyi indiki dövrdə çörəkbişirən aparatlar mağazalarda öz yerini tutub. Müxtəlif firmaların müxtəlif formada istehsal etdiyi aparatlar xanımlarımızın əsl köməkçisinə çevrilib. Onlardan istifadə etmək asandır: lazım olan ərzaqları aparatın qabına tökmək, çörəyin növünü, çəkisini (750 qram, 1000 qram və 1500 qram), qızartma dərəcəsini (zövqə görə az qızarmış, orta dərəcədə qızarmış və çox qızarmış) seçmək lazımdır. Bişirmə müddətini aparat özü avtomatik olaraq seçir. Çörəyiniz hazır olanda isə siqnalla sizi xəbərdar edir. Ən əsası odur ki, zamanı özünüz də təyin edə bilərsiniz. Axşam yatmazdan əvvəl yuxarıda sadalananları yerinə yetirdikdən sonra taymeri səhərin istənilən saatına qura bilərsiniz. Nəticədə səhər yuxudan duranda artıq hazır isti çörəyiniz sizi gözləyəcək.
Belə aparatlarda çörəyin bir çox növünü bişirmək olar: ağ, kəpəkli, qara, hamburqer, sendviç, fransız çörəyi və s. Bundan başqa kekslər və cemlər bişirə, mayalı xəmirlər hazırlaya bilərsiniz. Aparatı alarkən sizə verilən kitabçada istifadə olunan ərzaqlar, onların miqdarı, bişirmə müddətləri qeyd edilir. Yaddan çıxarmayın: bütün ərzaqlar mütləq yazıldığı qədər tökülməlidir (elektron tərəzidən istifadə etməklə), əks halda çörəyiniz keyfiyyətli alınmayacaq.
Belə aparatları ixtisaslaşmış mağazalardan almaq daha məqsədəuyğundur. Çünki adi mağazalardan alınan aparatların çoxunda çörək tam bişmir və çiy qalır.
XƏBƏR LENTİ
Mirvari necə meydana gəlir?
Fatma Girik xəstəxanalıq oldu_SƏBƏB
Göygöldə zəlzələ olub
İsti şokolad (foto resept)
Bizim Qadin.Netlilər serialı (3-cü bölüm)
Ana və qızları
Çində aslana bənzəyən köpək peyda olub
Beynəlxalq şirkətin Azərbaycan nümayəndəliyinin rəhbəri Bakı Ali Neft Məktəbində olub
Rəsmi nikah kəbini əvəz edirmi?
Neft ucuzlaşmağa başladı
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Düşmənə məxsus növbəti zirehli texnika məhv edildi - VİDEO
Smart saat sevgilisinin xəyanətini aşkarladı
Bulud şirniyyatı (foto resept)
Qaraciyəri yeniləyən qidalar
"Real Madrid" ilə "Atletiko" növbəti mərhələdə
"Facebook" haqqında heyratamiz fakt
Qəbul imtahanlarının pullu olacağı xəbərinə nazirdən REAKSİYA
Günə gümrah başlamaq üçün 3 idman hərəkəti
Merve Boluğur ilk dəfə yeni sevgilisinin üzünü göstərib
İşə qəbul üçün müəyyən edilən yaş həddi artırılacaq?
Alişanın Buseyə evlilik şərti var
Bu gün deputatlar tətilə çıxırlar
Şeymadan yeni FOTO
Bu ərazilərdə QAZ olmayacaq!
Rusiyada koronavirusun təhlükəli növü aşkarlandı
Dünya şöhrətli aktyor Bakıya gəlir
Qaymaqlı-meyvəli tort (foto resept)
Təbiətin gücü
Ərdoğan: "Türkiyə Suriyada qan tökülməsini dayandıracaq istənilən addımı dəstəkləyir"
Siqaretin qiyməti niyə qalxır?
Ebrunun saatı qiymətinə görə diqqət çəkdi-FOTO
Poğaça (foto-resept)
Maqnitli kirpik nədir?
Həsən Əliyev küçəsi açılır
İtlər və pişiklər üçün şərab istehsal olundu
Həftənin ilk iş günü yağış yağacaq
Manat Asiyanın ən dəyərli valyutası oldu
Con Travolta YENİ İMİCDƏ-FOTO
Orucunuzu ballı su ilə açın
Bakıda adrenalin artıran məkandan fotoreportaj
Yeriyən zülallar
Astroloqun Azərbaycan üçün 2015 proqnozu
Koronavirus xəstəsi öz evində hansı dərmanlardan istifadə edə bilər?
Özünüzü ifadə etməyi bacarırsınızmı?
Burcu Esmersoyun tətil FOTOsu
Məşhurların sevdiyi yoqa
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Selin Dion geyimi ilə HEYRƏTLƏNDİRDİ-FOTO
Azərbaycanda qızıl hasilatı artır
- ŞƏRHLƏR