Səhərlər yuxudan gözümü açan kimi isti, təzə çörək qoxusu duyuram. Evdə sadiq köməkçim var. Bu köməkçim səhər tezdən xəmir yoğurur, mayalandırır və mən yuxudan durana kimi isti, yumşaq, ətirli çörəyimi bişirir. Hər gün belə edir, özü də nə deyinir, nə yorulur, nə də usanır. Köməkçimin adı çörəkbişirən aparatdır.
Antisanitariyanın baş alıb getdiyi sexlərin çoxluq təşkil etməsi heç kimə sirr deyil. Hansı qadın ailəsinə, uşaqlarına gigiyenik qaydalara uyğun olan keyfiyyətli çörək yedirtmək istəməz ki? Təbii ki, bütün xanımlar bunu istəyir. Lakin qadınlarımızın çoxu hər gün xəmir yoğurmağa tənbəllik edir, çoxları vaxt tapmır və ya sağlamlığı buna yol vermir. Bəs çxış yolu nədir? Çörəkbişirən aparatlar.
Texnikanın inkişaf etdiyi indiki dövrdə çörəkbişirən aparatlar mağazalarda öz yerini tutub. Müxtəlif firmaların müxtəlif formada istehsal etdiyi aparatlar xanımlarımızın əsl köməkçisinə çevrilib. Onlardan istifadə etmək asandır: lazım olan ərzaqları aparatın qabına tökmək, çörəyin növünü, çəkisini (750 qram, 1000 qram və 1500 qram), qızartma dərəcəsini (zövqə görə az qızarmış, orta dərəcədə qızarmış və çox qızarmış) seçmək lazımdır. Bişirmə müddətini aparat özü avtomatik olaraq seçir. Çörəyiniz hazır olanda isə siqnalla sizi xəbərdar edir. Ən əsası odur ki, zamanı özünüz də təyin edə bilərsiniz. Axşam yatmazdan əvvəl yuxarıda sadalananları yerinə yetirdikdən sonra taymeri səhərin istənilən saatına qura bilərsiniz. Nəticədə səhər yuxudan duranda artıq hazır isti çörəyiniz sizi gözləyəcək.
Belə aparatlarda çörəyin bir çox növünü bişirmək olar: ağ, kəpəkli, qara, hamburqer, sendviç, fransız çörəyi və s. Bundan başqa kekslər və cemlər bişirə, mayalı xəmirlər hazırlaya bilərsiniz. Aparatı alarkən sizə verilən kitabçada istifadə olunan ərzaqlar, onların miqdarı, bişirmə müddətləri qeyd edilir. Yaddan çıxarmayın: bütün ərzaqlar mütləq yazıldığı qədər tökülməlidir (elektron tərəzidən istifadə etməklə), əks halda çörəyiniz keyfiyyətli alınmayacaq.
Belə aparatları ixtisaslaşmış mağazalardan almaq daha məqsədəuyğundur. Çünki adi mağazalardan alınan aparatların çoxunda çörək tam bişmir və çiy qalır.
XƏBƏR LENTİ
YouTube böyük miqdarda cərimə ödəyə bilər
Saçların uzanmasını sürətləndirən maskalar
Kölgəli dodaq boyası necə çəkilir?
Yaz-yay geyim nümunələri
ABŞ tankları sərhədimizə çatdı
Əl işlərim
Daha bir müəllim şəhadəti ilə düşmənə dərs keçdi
Azərbaycanın sabiq naziri Bakıya qayıtdı
Mixaylo yad ediləcək
Çimərlik geyimləri
Axşamlar yüksələn temperatur hansı xəstəliklərdən xəbər verir? - AÇIQLAMA
Fərqində olmadan sizi stress edən 11 vərdiş (1)
Türkiyədə qeyri-adı sərgi - Dalğıclar üçün
İnsanda göz yaşına qarşı allergiya
Tərxun və Cəfəri
Günün qoroskopu: dərhal uğura nail olmasanız da
Üzdəki tüklərdən xilas olmaq üçün...
Bakı-Ələt yolunda yeni keçid
Bulvarımız belə olacaq
Ronaldodan yeni rekord
2019 payız trendləri
Reklamlar uşaqlara mənfi təsir edir
Günün ulduz falı
Moruqlu soyuq tort (foto resept)
Toxunma uşaq geyimləri
Əli Babacan: "Azərbaycan qardaş ölkədir"
Günün qoroskopu:Bədxərclik etməyin!
Kreativ kitab rəfləri
Temperatur aşağı düşür
Azərbaycanda Ramazan bayramı qeyd olunur
Bu qidaları uzun müddət soyuducuda saxlamayın
Müharibə əlilləri, veteranlar və şəhid ailələri Prezidentin fərmanını yüksək qiymətləndiriblər
2018/2019 Qış gözəllik trendləri
İnstaqramda ən çox izləyicisi olan məşhur
Elçin Sanqu yeni serialla qayıdır
Leyla Əliyeva “Spasibo” və “Molçaniye” kitablarını təqdim etdi - FOTO
Şaftalı mürəbbəsi (foto resept)
Prezident və ailəsi təntənəli mərasimdə - FOTO
"Savaşçı" serialında Xocalı şəhidləri anıldı - FOTO
"Hər yerim orijinaldır" deyən Hadisənin yalanı üzə çıxdı - FOTO
Yanvar ayı üçün bayram və tarixi günlər
Günün ulduz falı
"Bu hələ başlanğıcdır" - Aygün yoqaya başladı
Dövrümüzü tənqid edən şəkillər
İpdən atlamaq arıqladır
90 kq arıqladı, depressiyaya düşdü-FOTO
Uşağı əlaçılığa vadar etmək
Rəşad Sadıqovdan ibrətamiz addım - cehiz üçün 7000 verdi
Daha dörd azərbaycanlıda koronavirus aşkarlandı
Alkoqol immuniteti artırır
- ŞƏRHLƏR