Uşaqlıqda bizi tənbeh edirdilər ki, yuxudan duran kimi yerini toplamalısan. Valideynlər bunu övladına onunla izah edir ki, yatağı toplamaq təmizliyin vacib şərtlərindən biridir və hər kəs öz otağının təmizliyinə fikir verməlidir.
Qadin.Net bildirir ki, publika.az xarici mətbuata istinadən xəbər verir ki, elmi araşdırmalar bu fikri inkar edir. Tədqiqatlar göstərir ki, gigiyenik baxımdan çarpayını səhər tezdən sahmana salmaq doğru deyil. Çünki bu, toz gənələrinin yaranmasına gətirib çıxarır.
Bəs toz gənəsi nədir?
Onlar insan gözünə görünməyən balaca parazitlərdir. Bu ad onlara tozlu və çirkli mühitlərdə yaşadıqları üçün verilib. Ətrafında nə qədər çox toz olarsa, onlar özünü bir o qədər sürətlə çoxalırlar.
Bu parazit evdə olan 150 növ mikroorqanizmlərdən biridir. Gənənin ölçüsü 0.23 mm-ə çatdığı üçün onu yalnız mikroskop altında ayırd etmək olar.
Onlar çox rahat davranırlar: Adamı sancmırlar, qanı sormurlar. Onlar bir çox həşərat növlərindən fərqli olaraq insan dərisinin ölmüş hüceyrələri və kəpəklə qidalanırlar. Bununla belə parazitlər insan orqanizminə ziyan verirlər. Onlar insan tənəffüs orqanlarına düşərək allergik reaksiya doğurur. Elə məhz buna görə də biz səhər yuxudan duranda asqırırıq. Onlar hər kəsə müxtəlif cür təsir göstərir. Bəzilərinin nəfəsinə az miqdarda toz gənələri daxil olur və azca toz qalxan kimi allergiyadan əziyyət çəkir. Başqaları isə hava çox tozlu olanda belə normal nəfəs ala bilir. Lakin bu o demək deyil ki, belə insanların orqanizmi parazitlərin mənfi təsirinə məruz qalmır.
Toz gənələrinin çarpayı ilə nə əlaqəsi var? Və yatağı niyə səhərlər sahmana salmaq lazım deyil?
Toz gənələrinin ən “münbit məskəni” insan yatağıdır: Toz, isti mühit, həmçinin gecələr insan bədəninin ifraz etdiyi tər. Məhz döşəkdə və mələfədə gənələr fəal şəkildə artırlar, yumurta qoyur və yaşayırlar. Yatağın təmizlənmə müddətindən asılı olaraq yataqda bir qram tozda 50 min parazit yaşaya bilər. Halbuki, normal halda 1 qram tozu 100 parazit təşkil edir.
Orta hesabla isə adi döşəkdə təxminən 1,5 milyondan çox parazit yaşaya bilər.
Əgər biz yatağı yuxudan duran kimi toplayırıqsa, bu zaman gənələrin daha əlverişli şəraitdə yaşamasına və artmasına birbaşa köməklik etmiş oluruq.
İsti və qalın yorğan gecələr döşəyin üstünə hopan bədən tərinin qurumasına imkan vermir. Beləliklə də yorğanın altında əsl istixana yaranır və bu, gənələr üçün ideal yaşayış mühitinə çevrilir.
Məhz buna görə də çarpayını səhər yuxudan oyanan kimi toplamağa dəyməz. Heç olmasa nəmli mələfənin qurumasını gözləmək lazımdır və yalnız bundan sonra yeri toplamaq olar. Daha yaxşı olardı ki, xüsusən də hava soyuqdursa, pəncərəni tez-tez açıb otağın havasını dəyişəsiniz. Çünki, gənələr soyuq havaya çox tab gətirmirlər.
Yatağınızda toz gənələrinin olduğunu necə müəyyənləşdirmək olar?
Döşəkdə belə həşəratların böyük koloniyası olduğunun aşkar əlamətləri mövcuddur. Həmin əlamətlər aşağıdakılardır:
Səbəbsiz yerə, heç bir sancma izi olmadan dəridə qırımızı səpgilərin yaranması gənələrin əlamətləridir.
Yataq otağında çarpayıda uzanmadığınız halda (hətta soyuqdəymə olmadığı halda) siz tez-tez asqırırsınızsa, demək ki, döşəyiniz toz gənələrinin sevdiyi məskənə çevrilib.
Hətta soyuqdəymə kimi xəstəliklər müşahidə olunmadığı halda daim nəfəs problemlərindən əziyyət çəkirsinizsə, otağın havasını tez-tez dəyişin ki, gənələr məhv olsun.
Yataq otağında, xüsusən çarpayıda yatanda gözləriniz tez-tez yaşarırsa və ya qaşınırsa, bunun səbəbi döşəyinizdəki gənələrdir.
Belə vəziyyətdə kömək üçün həkimə müraciət etmək və müalicə almaq lazımdır. İkinci vacib addım yatağın yaxşıca təmizlənməsidir:
Yataq ağlarını tez-tez dəyişin.
Yastıq, yorğan və döşəklərinizi havaya verin.
Mütəmadi olaraq döşəyi təmizləyin. Əgər vaxtınız yoxdursa, döşəyi kimyəvi təmizləməyə verin.
Üçüncüsü isə, yuxarıda dediyimiz ki, çarpayını yuxudan duran kimi dərhal toplamayın! Əgər qonaq gözləmirsinizsə, yatağı bir neçə saat açıq saxlayın!
Yeri gəlmişkən, insanda allergik reaksiyalar yaranmasına da bu gənələr səbəb olur.
Əgər bu problemə diqqət yetirməsəniz, toz ətrafa yayılacaq və bununla da başqalarının da allergiyaya və digər xəstəliklərə yoluxmaq riski artacaq.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Uşaqdakı fərasətə bax...
Quranda adı keçən əbabil quşu Türkiyədə tapıldı - FOTO
21 Fevral-Ana dili günüdür!
Əsrarəngiz səs - Özcan Deniz
İlon Mask altıncı dəfə ata oldu
Tanınmış aktrisa ana oldu
Hava necə olacaq?
"London" taksiləri kütləvi şəkildə niyə cərimələnir?
Leyla Əliyevanın deputatlığa namizədləyi ilə bağlı rəsmi açıqlama
Körpələrin psixi inkişafı
Bu qadına “Ukrayna Qəhrəmanı” adı verildi
Saflığına qəzəbləndiyimiz seral qəhrəmanları
İlham Əliyev: Cəbrayıl azad olundu!
Hava dəyişir, qar yağacaq
Məşhur aktrisa ana oldu-FOTO
9 yaşında bilib övladlığa götürdülər, 30 yaşında manyak çıxdı
Koronavirusa qarşı ƏN EFFEKTİV VASİTƏ
"Milli sərvətimizdir Muğam"
"Milan" satıldı - 1,5 milyarda
Neftin qiyməti nə vaxt qalxacaq?
68 yaşlı qadın ilk dəfə ana oldu - FOTO
Azərbaycan tarixindən yüz şəxsiyyət-7
”Facebook”un səhmləri bahalaşdı
Əli Əsədovdən peşə təhsili ilə bağlı VACİB QƏRAR
Sevimli filmlərimizdən sitatlar
Duzsuz xörəyin nə ləzzəti?
Londonda hava taksiləri işləyəcək
Qarabağda müharibə proqnozu
Ramazan ayının doqquzuncu gününün duası
Ermənistan ordusu cəbhə xəttində yenə təxribat törədir
Yüz ilin üzləri
Qışı sevmək üçün 15 səbəb
Dərviş Kiyevi partladır və kəsək daşa ağlayanda
Stiven Hokinqin pandemiya ilə bağlı DƏHŞƏTLİ PROQNOZU: 1 il ərzində...
Araş "Jara 2019"a gələcək - FOTO
Bu da yeni Mercedes AMG
Badamlı keks (foto resept)
Özge küçəyə skuterlə çıxdı, lağa qoyuldu - FOTO
Qadınlar üçün faydalı məsləhətlər
"Ermənistan terrorçuları Qarabağa yığır"
Uşaq çarpayıları
Düyü suyunun saçlara inanılmaz faydası
Məşhur rəsmlər karantin dövründə çəkilsəydi...
Qeyri-adi saç düzümləri
WhatsApp-dan istifadə etmək qadağan edilə bilər
Qışda hamilə olan qadınlara bunlar olmaz
Yeni Təhsil nazirinin uşaqlığı, təhsil aldığı məktəb və ailəsi - VİDEO
Dünyanı heyrətləndirən uşaq indi..
Rəngarəng koftalar
Sağlamlığa faydalı çaylar














