Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən son hadisələr, döyüş əməliyyatlarının aktivliyinin artması, hazırkı vəziyyətə dair məsələlərin müzakirə edildiyi görüşdə general-polkovnik Z.Həsənov düşmən tərəfindən yaşayış məntəqələrimizin və mülki əhalinin atəşə məruz qalması faktlarını diqqətə çatdırıb.Müdafiə naziri, beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərinin 20 ildən artıq bir vaxtda erməni işğalı altında olmasını, bunun nəticəsində bir milyondan çox soydaşımızın didərgin düşdüyünü, danışıqlar prosesinin nəticəsiz qalmasını da bir daha qonaqlara xatırladıb."Ermənistan Silahlı Qüvvələrinin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz çıxması ilə bağlı BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib. Ermənistan hakimiyyəti isə uzun illərdir beynəlxalq ictimaiyyətin haqlı tələbinə məhəl qoymur və mövcud "status-kvo"nu saxlamaqda davam edir. Bizə yaxşı məlumdur ki, işğalçılar Azərbaycan əsgərinin onlara vurduğu zərbədən sonra ağır vəziyyətə düşüblər. Ona görə də Ermənistan dünyanın müxtəlif qaynar nöqtələrindən muzdluları, terror təşkilatlarının üzvlərini könüllü adı altında Azərbaycanın işğal olunmuş ərazilərinə toplamağa çalışır.Rəsmi Yerevan artıq öz hərəkətlərində heç nəyə məhəl qoymadan açıq-aydın terror təşkilatları ilə əməkdaşlığa gedərək bunu dövlət siyasəti səviyyəsinə yüksəldib. Beynəlxalq təşkilatlardan, dünya ictimaiyyətindən bu məsələyə düzgün, obyektiv qiymət verilməsini tələb edirik.Əks-halda Silahlı Qüvvələrimiz Ali Baş Komandanın söylədiyi kimi ərazilərimizin işğal altında saxlanılması faktı ilə heç vaxt barışmayacaq və torpaqlarımızın azad edilməsi kimi müqəddəs vəzifəni mütləq yerinə yetirəcəkdir", - deyə nazir bildirib.Görüşdə iştirak edən Azərbaycan Baş prokurorunun müavini - Azərbaycan Hərbi prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyev Ermənistan hakimiyyətində təmsil olunan şəxslərin Azərbaycan torpaqlarının işğalında və törədilən ağır cinayətlərdə iştirakı, son döyüş əməliyyatları zamanı erməni hərbçilərin silahlı münaqişələr hüququnu pozaraq azərbaycanlı mülki əhaliyə qarşı zorakılığı, döyüş meydanında qalmış meyitlərə olan hörmətsizlik, o cümlədən digər fakt və dəlilləri qonaqların diqqətinə çatdırıb. Sonda qonaqları maraqlandıran bütün suallar ətraflı cavablandırılıb.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Bu ölkəyə kasıblar gedə bilməz - FOTO
Koronavirus xəstəsindən ŞOK Addım-FOTO
Zövqlü bijuteriyalar
Soyuducuda saxlanılması qadağan olunan 12 qida məhsulu
Ən xəyanətkar cütlüklər bu ölkələrdə yaşayır - SİYAHI
Sadə tutmac (foto-resept)
Məşhurlara bənzəyən sadə insanlar (FOTO)
Doğum gününə görə xarekter (oktyabr)
Prezident çempionlarla
2020 CFDA Moda Mükafatları sahiblərini tapdı
Aslı Enver yeni filmə çəkilir-FOTO
BÜRCLƏR bizə nə vəd edir? -5 iyun
Qapalı idman müəssisələrinin fəaliyyəti bərpa edilir? - AÇIQLAMA
"Disney" 4,7 milyard ziyana uğrayıb
Erməni xüsusi təyinatları heyəti yerli sakinlərlə “gücləndirdi”: Geri çəkilirlər - RƏSMİ
Xəyanət edən kişilər haqqında bilmədikləriniz
3 idmançımız Avropadan qızıl medallarla dönür
Azərbaycanda miqrantlarla bağlı qaydalar və cəzalar sərtləşdirildi
İrem Derici Yeni İMİCDƏ-FOTO
Azərbaycanda yeni kollec
HAVA necə olacaq?-8 FEVRAL
60 min qərbli qadın İŞİD sıralarında
Azərbaycanın rayonlarında şimşək çaxacaq, yağış yağacaq
Təhsil nazirindən I siniflərlə bağlı VACİB XƏBƏR
Çay saatı üçün kəsmikli toplar (foto resept)
Əlildirlər, ancaq həyatdan küsməyiblər
Azərbaycanda daha səkkiz nəfər koronavirusdan öldü: 286 yeni yoluxma
Hava haqqında - 28.01.2014
Rəqəmli pazllar (1)
Məşhur aktrisa xəstəxanalıq oldu
Qan ağlayan qadın - Foto
Cəbhədən son xəbər
"Bakıda bütün dərslər və imtahanlar mayın sonunadək yekunlaşacaq"
Quranı təhqir edən deputata şillə kimi cavab
Viza anlaşmasında qazancımız nə olacaq?
Hamilə qalmaq istəyənlərə
Burakın aktyorluq karyerası ilə bağlı hər şey məlum oldu
Gözəllik maskaları
Ərdoğandan Bakı səfəri öncəsi Azərbaycanla bağlı AÇIQLAMA - VİDEO
Günün ulduz falı
Hava haqqında
Serialla bağlı status yazdı 7 il həbs cəzası aldı
Uşaqlara tərəvəz yeməyi öyrədək
Fərqli manikür nümunələri
Tələbələrə ŞAD XƏBƏR - Bu xərcdən AZAD EDİLDİLƏR
İstanbuldan Berlinə şok cavab
Beş yaşlı uşaq 190 maqnit topunu uddu
Duş
Azərbaycanlı alim "dünyanın sonu"nun yeni tarixi haqda danışdı
Ən innovasiyalı dövlətlər - REYTİNQ














