Prezident İlham Əliyev yunan-Roma güləşi üzrə İranda keçirilən dünya kuboku yarışlarında qalib gəlmiş milli komandamızın üzvlərini qəbul edib.ANS PRESS-in məlumatına görə, dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev qazanılmış yüksək qələbə münasibətilə idmançıları və Güləş Federasiyasının üzvlərini təbrik edib. Prezident İlham Əliyev əldə edilən bu uğurları milli güləş məktəbinin yüksək zirvədə olmasının və Azərbaycan Güləş Federasiyasında işlərin səmərəli təşkilinin nəticəsi kimi dəyərləndirib. Dövlət başçısı qeyd edib ki, dünya və Avropa çempionatlarında, həmçinin Olimpiya Oyunlarında güləşçilərimizin əldə etdikləri uğurlar uşaqların və gənclərin idmanın Azərbaycanda ən çox sevilən bu növünə olan marağının daha da artmasına stimul verir.Azərbaycanda idmanın inkişafına toxunan prezident İlham Əliyev dünya idman ictimaiyyətinin də Azərbaycan idmanına verdiyi yüksək qiymətdən danışıb. Nüfuzlu beynəlxalq yarışlarda medalların sayının ildən-ilə artdığını vurğulayan dövlətimizin başçısı ölkədə mükəmməl idman infrastrukturunun yaradılmasının önəmini qeyd edib. Prezident İlham Əliyev idmanın dövlət siyasətində mühüm yer tutduğunu və bu sahənin inkişafı ilə bağlı müxtəlif proqramların ardıcıl olaraq qəbul edildiyini deyib.Ölkəmizdə mötəbər idman tədbirlərinin yüksək səviyyədə keçirildiyini vurğulayan dövlətimizin başçısı bu yaxınlarda Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının Bakıda keçirilməsini beynəlxalq idman ictimaiyyətinin Azərbaycana idman ölkəsi kimi verdiyi önəmin nəticəsi kimi qiymətləndirib.
Prezident İlham Əliyev qazanılan uğurların bir səbəbinin də ölkənin bütün idman qurumlarının birgə fəaliyyətindən ibarət olduğunu əsaslandırıb. Dövlətimizin başçısı dünyanın ən güclü güləşçilərinə qalib gələrək yunan-Roma güləşi üzrə dünya kubokunu qazanmalarının bütövlükdə idmançılarımızın komanda şəklində gücünün göstəricisi olduğunu vurğulayıb. Prezident İlham Əliyev güləşçilərimizin İranda qazandıqları uğurları bu il Bakıda keçiriləcək Avropa Oyunlarında və gələn il Rio-de-Janeyroda baş tutacaq Olimpiya Oyunlarında da təkrar edəcəklərinə ümidvar olduğunu deyib.
Milli komandanın üzvü Rafiq Hüseynov və böyük məşqçi Nurəddin Rəcəbov qazanılan uğurların təməlində idmana dövlət qayğısının durduğunu söyləyiblər və buna görə də dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Prezident İlham Əliyev bildirib ki, əldə edilən qələbələr Azərbaycan dövlətinin və xalqının gücünü göstərməklə yanaşı, həm də Azərbaycan gənclərinin istedadını və Vətənə sədaqətini bir daha nümayişi etdirdi.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Avokadolu pizza(foto resept)
HTC Çində güclənmək istəyir
Təmirli, yoxsa təmirsiz mənzil?
Referendumla bağlı səsvermə bülletenlərinin çapına başlandı
Mətbəx pərdələri
Hər gün qatıq yesəniz...
Şokoladla gözəlləşin
Bürclərin musiqi seçimi (1)
“Eurovision”da səsvermə başladı-SƏSVERMƏ Qaydası-FOTO
Bu şagirdlər qəbul imtahanından azad olacaq-FOTO
Gəlinlər üçün gözəl ayaqqabı modelləri
Hava haqqında - 23.02.2014
İsrailin daha bir şəhərində "Xocalıya ədalət" fotosərgisi açıldı
Ermənilər küçəyə axışır
Aslı və Murat barışdıqdan sonra ilk dəfə-FOTO
Qadın incəliyi
Dodağındakı xalı kəsdirmək istədi, öldü
İnsanlar tək gözlü olacaq
Ancelina və Bred boşanmır
Yaponiyanın Baş naziri ölkənin heç vaxt müharibəyə qatılmayacağına and içdi
İlin ən böyük səma şousu: dilək tutubsunuz?
Prezident: “Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik”
Koronavirusla bağlı son STATİSTİKA
Ləzzət dolu ədviyyatlar
Kamal Sunal
Çingiz “Eurovision”da onlarla səhnəyə çıxacaq
Mozzarella pendirli bükmə (foto resept)
Havanın temperaturu düşəcək
Arıqlamaq üçün qızıl qaydalar
Bağırsaq sağlamlığını qorumaq üçün 3 addım
Hər kəs "Atiye" serialının bu səhnəsindən danışır
Qubada şəhid olan hərbi qulluqçu dəfn edilir
Romantik yataq otağı mebelləri
İdmançımız dünya çempionu oldu
Göz ətrafını canlandırmağın yolları
Koronavirus yox olmayacaq - PROQNOZ
Daha qalın saça sahib olmaq üçün nə etməli?
Azərbaycanda qeysəriyyə əməliyyatı ləğv oluna bilər?
Azərbaycanda daha 45 nəfər koronavirusdan öldü: 3962 yeni yoluxma
Ölülərə toy edirlər
İlon Maksin pikapı diqqət çəkdi-FOTO
Leyla Əliyevadan yeni şeir
Bu qədər insan yoxsulluqdan xilas olub
Paytaxtda Novruz yarmarkaları başladı
Donlar
Karamelli tart (foto resept)
Azərbaycanda 5 gün iş olmayacaq
Təmizlik işləri görərkən...
"Azərişıq"la bağlı sərəncam verildi
Məşhur cütlük “Netflix”lə müqavilə bağladı















- ŞƏRHLƏR