
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında Cinayət Məcəlləsinə edilən dəyişikliklər nəticəsində əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə ölkə hüdudlarından məcburi kənara çıxarma cəzası təyin edilib. APA-nın məlumatına görə, dəyişikliklər barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişikliyə əsasən, bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin ediləcək. Barəsində Azərbaycanın hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Məcəllədə 318-1 maddəsinə edilən dəyişikliyə əsasən, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycana qanunsuz gəlməsini, Azərbaycan Respublikası ərazisində qanunsuz qalmasını, Azərbaycan Respublikası ərazisindən qanunsuz tranzit keçidini və ya hər hansı şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmək iki min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, təkrar törədildikdə, insan həyatı üçün təhlükəli üsulla törədildikdə - iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Dəyişikliklər səsə qoyularaq qəbul olunub.
XƏBƏR LENTİ
Şüşə mayedir
HAVA necə olacaq?-17 yanvar
Almalı gül (foto resept)
Vətən müharibəsinə həsr olunmuş onlayn dərslər keçirilir
İmtahan nəticələri AÇIQLANDI - 7 nəfər 700 BAL YIДћDI
Azərbaycanda zəlzələ oldu
Qadınlar həyatda ən çox nə istəyir
Messi Ronalduya görə Argentinaya getmədi
Müəllim 40 il eyni paltarı geyindi - FOTO
Xoşladığımız yeməklər və xasiyyətimiz
Serenay Sarıkaya "Çukur"a gəlir
Bu ilin trend yeni il ağacları hansılardır?
Bakının bu ərazilərində işıq olmayacaq
Azərbaycanda insanların ürək ağrısı
Kosmosda insan yaşamı üçün ideal məkanlar tapıldı: LAVA TUNELLƏRİ
Yaşanmış "MÖCÜZƏ"dən xatirələr...
Anomal soyuqlar ABŞ-ı dondurub
Üzgüçülərimizdən 2 qızıl, 1 gümüş medal
Boşanan milyarder sevgilisi ilə Venesiyada dincəlir-FOTO
Dünyanın 10 ən təhlükəli ölkəsi
Prezident onu vəzifədən AZAD ETDİ
Azərbaycan Ordusunun toplardan erməniləri atəşə tutması iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycan XİN-dən rəsmi İrəvanın absurd iddialarına SƏRT REAKSİYA
Skype işləməyəcək
Yeni dollar artıq ABŞ-da dövriyyəyə buraxılır
Yeni Samsung televizoru şəkilə oxşayır
İnsanın mimikasını təkrarlayan robot yaradılıb
Dializ aparatı və böyrək
İdmançılarımız Bolqarıstanda 5 qızıl və 2 bürünc medal qazandılar
Havanı zəhərdən təmizləyən bitki yaradıldı
Smartfonların zərərli şüasından qoruyan EKRAN YARADILDI
Məşhur aktrisadan FOTOsessiya
Mənfi və müsbət qüvvələri necə idarə etmək olar?
"YouTube"dan daha bir QADAДћA
Avropa İttifaqı birdəfəlik plastik qablara qarşıdır
Ət alarkən diqqətli olun!
Pandemiyanın uşaqlar üçün daha bir dəhşətli fəsadı açıqlanıb
İlham Əliyev və xanımı ulu öndərin doğum gününə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak ediblər
Namaz və onun qaydaları (8-ci hissə)
Məşhur aktyordan nümünəvi addım
Rusiyanın Azərbaycan pomidor və almasına qadağa qoyması ilə bağlı AÇIQLAMA
Bakının yaşıllıq ərazisi artırılacaq
Kral ailəsində İŞİD təşvişi
Eldar Həsənov məhkəmə qarşısına çıxarıldı
Dünya tarixində bir İLK-FOTO
Niyə hər gün eyni paltarı geyinirlər?
Azad Söz (8-ci hissə)
MövlР°nР° CəlР°ləddin Rumi
Yeməkdən sonra gələn yuxunun səbəbi
Seda ilk dəfə qızının üzünü göstərdi-FOTO















- ŞƏRHLƏR