Afət (redaktor)
Kinolardan ən çox sitat gətirdiklərim bunlardır: "Sənə əjdaha lazımdır?", "Heç hənanın yeridir?", "İş sosiskada deyil, vnimatelnı olmaqdadır", "Üç min pul alıblar məndən, oynamaqlarına bax", "Uşaqlar da evdə deyir atam işə gedib", "Keç B hərfinə", "Mənə də Afət deyərlər". Ən çox işlətdiyim atalar sözləri isə "Saqqalım yoxdur, sözüm keçmir", "Pul əl çirkidir", "Allah dəvəyə qanad versə, uçurmadığı dam-baca qalmazdı".
AZS (istifadəçi)
Mənim ən çox sevdiyim və tez-tez işlətdiyim sitatlar: "Heç vaxt heç vaxt demə", "Qismət!Hər işdə bir xeyir vardır". Bu aforizmləri də çox xoşlayıram: Bağışlamaq və unutmaq yaxşı insanların intiqamıdır", "Pıçıldayaraq deyilən söz qışqıraraq deyilən sözdən daha uzağa gedər", "Ağılsız o adam deyil ki yıxılır,ağılsız o adamdır ki, yıxıldığı yerdə bir daha yıxılır", "Xoşbəxt ikən söz vermə,kədərli ikən cavab vermə,hirsli ikən qərar vermə, incidən də,inciyən də sən olarsan".
MEMMEDOVA BAKINKA (istifadəçi)
Demək olar ki, hər gün Azərbaycanın köhnə filmlərindən sitatlar gətirirəm. Ən çox “Hanı mənim təsbeyim” ,“Az, dəlidü də”, “Burda neyniyirsən? Adə, rəhmətdiyin nəvəsi burda neyniyərlər”, “Sabunnamaq lazımdır”, “Mən sabun bişirmiyəcəm”, “Hara gedirsən – oraaaaaa”, “Nə göz qaş eliyirsən” və s. O qədərdir ki, yazmaqla bitməz. Bir də nəyisə düzəldəndə alınmırsa, onda da dahi Nizaminin "Ata nəsihəti"ndən sitat gətirirəm: “Bir elmi öyrənmək istədikdə sən çalış ki, hər şeyi kamil biləsən”. Yerinə düşəndə çox atalar sözlərindən sitat gətirirəm. Məsələn, "Bacarana can qurban", "Asta gedən yorulmaz" , "Əkiblər yemişik, əkərik yeyərlər", "Yanan yerdən tüstü çıxar", "Ayağını yorğanına görə uzat" və s.
KMARO (Zümrüd)
"Gülmə qonşuna gələr başına", "Pişiyin əli ətə çatmayanda ət iy verir deyər", "Keçəl baxar güzgüyə, adını qoyar özgəyə". İşlətdiyim sözlər: "Eləmi, doğrudan, lap yaxşı, çox,yaxşı, canım,can,super,good,yes,inanmıram".
Dr Agayeva (istifadəçi)
Mənim gün ərzində ən cox işlətdiyim özüm ücün aforizmə cevirdiyim cümlələr əsasən bunlardır: "Səbr et,səbrin sonu xeyirdi,Allah səbr edənləri sevir" və "Hər işdə bir xeyir var". Bu cümlələr məni rahatladır sanki.
Gulxare (firuzə)
Ən çox işlətdiyim sitatlar "Bizim Cəbiş müəllim" filmindəndir. Yoldaşım canına ziyanlı yeməklər yeyəndə və yaxud maşını bir az sürətlə sürəndə "Cəbiş, balalarını yetim qoymaq istəyirsən?" deyirəm. Bir də yaxşı bir hadisə olanda "Təsəvvür edirsüz, bu gün az qala biz müharibədə qalib gəlmişik" cümləsini işlədirəm.
Deniz84 (istifadəçi)
Son vaxtlar yoldaşımın saçı yaman tökülür.Deyir ki, "saçım tökülür, keçəl qalacam".Mən də "Axır ki,alim ərə rast gəldim"deyib gülürəm.Ən çox işlətdiyim atalar sözü: "Yaxşılıq et at dəryaya, balıq bilməsə də xaliq biləcək". Uşaqlarıma yalanın nə qədər pis əməl oldugunu öyrətmək üçün "Yalançının evi yandı, heç kim inanmadı" atalar sözünü deyir, sonra da hekayəsini danışıram.Çox sitatlar, atalar sözləri yazmaq olar, çünki gündəlik həyatda bunlardan çox istifadə olunur.Məsələn, "Oğlumu axtarırdım, dostumu tapdım", "İylə,iylə, Mətanət gülüdür.Ürəyə qüvvət verər" və s.
Elnarə ( nəzarətçi)
Ən çox istifadə etdiyim atalar sözləri və məsəllər: "Keçəl baxar güzgüyə, adını qoyar özgəyə", "Kor kora kor deməsə bağrı çatlayar", "Saxla samanı, gələr zamanı", "Quyuya su tökməklə quyu dolmaz", "El bir olsa dağ oynadar yerindən", "Dağ dağa rast dəlməz, insan insana rast gələr", "Yalançının evi yandı, heç kəs inanmadı", "Mərdi qova-qova namərd edərlər", "Heç kəs öz ayranına turş deməz", "Dişin ağrıyır çək qurtar, qonşun pisdi köç qurtar", "Sonrakı peşmançılıq fayda verməz", "Toydan sonra nağara", "Allah yaradıb ki, yer-göy boş qalmasın", "Ağıl ağıldan üstündür", "Dostunu göstər, deyim kimsən". Kinolardan ən çox istifadə etdiyim sitat: "Axır ki, alim ərə rast gəldim" ("Ulduz"), "Bıy, başıma xeyir, Yusif partladı" (Bəxtiyar), "Gəlersən gəl, gəlmersən, başımı atıb yateram". (Bəxt üzüyü) Əslində çox sitat gətirirəm, amma indi xatırlamadım. Yeri gələndə özləri düşür yadıma.
feride memmedova (istifadəçi)
Mənim ən çox işlətdiyim sözlər: "Hər ziyanda bir xeyir var" , "Hər şeyi öz axarına buraxaq", "Həyat gəzəldir", "Yaşamağa dəyər", "Bu günümə də şükür" və s. Atalar sözləri: "Taylı taynı tapmasa, günü ah-vayla keçər", "Ay öz-özünü bəyənmiş, qoy səni el bəyənsin", "Ayağını yorğanına görə uzat". Sitatlar: "İndi isə Hüseynova bacıları cıxış edəcək", "Mən? Tək kontrabasda?". Bədii əsərlərdən: Gümüş Malik öz qarnına "Qonsu gözu çıxardan qarın" deyirdi" və s.
LEQENDA. (istifadəçi)
Uşaqları nəyə göndərirəm hec vaxt da məni yarıtmırlar. Ona göre ən cox işlətdiyim atalar sözü budur: "Uşağı buyur, dalınca yüyür" "Böyük danışanda kiçik susar", "Yol böyüyün su kiciyindir".Gün ərzində ən çox işlətdiyim söz əsəbləşəndə dediyim "Dalaşmayın,sakit olun", sevərək dediyim söz "Ya Allah, özün kömək ol". Ən çox işlətdiyim sitat: "Ayə qoymuyun, üstümə İrasim gelir", "Neynedün alə, arağın tapilmayan vaxtında" (Bəxt üzüyü), Əhmədin anası ölmüyüb haaaa (Əhməd haradadır), "Nə qəşəng qızdı" (Görüş).
SARA91 (istifadəçi)
"Ən böyük zəfər insanın özünə hakim olmasıdır", "Dostun yaxşısı başa salır,pisi xəlvəti-xəlvəti ələ salır", "Həyatını elə yaşa ki, dönüb arxaya baxanda üzün qızarması", "Həyat insanı əzmir, insanı əzən insanlardır", "Azdan az, çoxdan çox gedər", "Əgər biri səni aldatmışsa, bu, onun günahıdır", "Əgər o adam səni bir çox dəfə aldatmışsa bu sənin günahındır", "Gözəl sözlər pətəkdən damla-damla sızan bala bənzəyər; insanın ruhuna dad verər".Həzrəti Süleyman. "Hər bir şey insan qədər yüksələ bilməz və onun qədər alçala bilməz", "Hər şeyin açarı səbirdir".
ARiEL_ViViAN (istifadəçi)
Gün ərzində ən çox işlətdiyim söz: "Hərdən oturub fikirləşirəm ki, niyə uzanıb fikirləşmirəm". Sitatlar isə "Bəxt üzüyü" filmindən: "Ayə, bu gün elə hamı məni öpür. Əcəl-zadmı bir girləyir", "Ağez, ciyərün yanmasun, o nəydü az mənə göstərirsən?! Hiy?", "Dedilər dəryada bir zırpı batıf, elə bildim sənsən!!!", "Yaz adımı, xalq, millət... Yaz əə, belə dəli Kür,yaralı Araz, bax beləcə Xəzər... Ağ qızıl, qara qızıl, taxıl zəmiləri, pambıq çölləri , başı qarlı dağlar... Ayə, Kəpəz, Qoşqar, Babadağ,Göyəzən...
"Əhməd haradadır?" filmindən: "Bağışlayın, sizin Əlibaba adda əriniz olmayıb?", "Qaynana" filmindən: "Adə Qrişə,itüvə deginən qapımdan keçəndə hürməsin.Sağ gəlməmiş" , "Bəxtiyar" filmindən: "İndi Hüseynova bacıları öz məharətlərini göstərəcəklər".
Muslimah (istifadəçi)
Bu vaxta qədər hansı sözləri daha çox istifadə etdiyimi heç fikirləşməmişdim.Ama onu bilirəm ki,BİSMİLLAHİR RƏHMANİR RƏHİM, bir də ƏLHƏMDULİLLAH kəlmələrini çox işlədirəm.Bilmirəm niyə,ama bu sözlərlə hansı işimə başlasam, o iş uğurlu alınır.Adi çay süzəndə belə.Bacım, xəbərində mənə də yerayırdığın üçün təşəkkürümü bildirirəm.
Jealousy (firuzə)
Mən Nizami Gəncəvinin bu misrasından tez-tez istifadə edirəm: "Bir inci saflığı varsa da suda, Artıq içiləndə dərd verir o da". Və "Heç vaxt heç vaxt demə" sözünü deməyi xoşlayıram.Bu aforizm isə əzbərimdir: "Platondan soruşurlar:
- Bədbəxtlik üz vermiş adam nə ilə təsəlli tapa bilər?
- Ağıllı adam baş vermiş hadisənin labüdlüyünü anlayıb təsəlli tapır, ağılsız isə bədbəxtliyin başqalarının da başına gəlməsini düşünüb təsəlli tapır".
lovable_madam (istifadəçi)
Hər gün də olmasa tez-tez misal çəkdiyim və gətirdiyim sitatlar olur, bu da həmin gündə yaşadıqlarımızdan asılı olaraq dəyişir. Azərbaycan kinoları o qədər gözəl və maraqlıdır ki, onlardan gətirdiyimiz sitatlar da sadalamaqla bitməz. “Gülmə,qonşuna,gələr başına”, “Əl tutmaq Əlidən qalıb”, “Yaxşılıq et, at dəryaya,balıq bilməsə də Xaliq bilər”, “Ağıl yaşda deyil,başdadır”. Kimdəsə sınıq qab görəndə ən çox sevdiyim "Hicran" tamaşasından sitat yadıma düşür. "Sınıq qabı nöş saxlamısız?" sitatı, bir də "Dovğanız var?"
gulsen29 (firuzə - özüm)
Gün ərzində ən çox işimlə bağlı olaraq eyni sözləri işlədirəm.
Nədəsə məni günahkar görəndə deyirəm: "Hə, Fələstini də mən bombaladıram".
"Fatmagulun suçu nə?", "Təzə ay çıxdı, köhnə ayı doğrayıb ulduz elədilər", "Nə baxırsan induşka təyyarəyə baxan kimi. Nə baxırsan qoyun təzə qapıya baxan kimi".
Kinolara gəldikdə isə daima sitat gətirirəm.
"Agız vırrey", "Söyün şükürlüdü ki, bu lap dəlidi" ("Qaynana"), "Qüdrət, başın batsın, harda qaldın" ("Məhəllə -1"), "Bunu heç bir vicdansız alverçi eləməzdi, ama sən elədin", "Qoyun var təyyarədə gedir, qoyun var burda qalır, yerdə", "Başıva papaq qoyursan, bəli bəli, hərdən şlyapa da qoyuram, başımın razmeri də 56-dı. Adə, o papağı demirəm, qeyrət, namus. Qeyrətim də var, namusum da, 2 dənə də institut bitirmişəm. Saxla, saxla, 2 dənə də institut bitirmişəm". ("Yol əhvalatı"), "Şlapu snimi" ("Qafqaz əsiri").Əslində çox sitatlarım var, sadəcə, ən çox istifadə etdiklərimi yazdım.
Bu xəbəri hazırlamaq üçün yardım edən, şərh yazan hər kəsə təşəkkür edirəm.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Körpənizin dərisini rahatlatmaq üçün bunu edin!
İnsan nə üçün ət yeməlidir?
Hava haqqında - 06.03.2014
Sağlamlığa faydalı olan möcüzəvi qarışım
Naqillərin bir-birinə dolaşması təhlükəlidir
İlk görüş
Whatsapp" istifadəçiləri diqqət!
Xaricdən sifariş verənlərin NƏZƏRİNƏ - VİDEO
WhatsApp niyə çökdü?
Bişirdiyi yumurtalar rəsm əsəri kimi görünür
Qeyri-adi geyimlər
Miqren
Fanatı tərəfindən güllələnən Bülənt Ersoy-FOTO
Qorxunc statistika: Azərbaycanda cinsi tarazlıq pozulur
Azərbaycanda bəzi yerlərə sulu qar yağacaq
"Qələbəni anama həsr edirəm"
Kino ulduzlarının arıqlaması-top 5
Ayşen Grudanın VƏSİYYƏTİ üzə çıxdı - FOTO
Can Yaman Etiraf Etdi
The Addams Family filminin fraqmenti yayımlandı
“Facebook” istifadəçilərinə çoxdan gözlənilən YENİLİK GƏLDİ
MTV Video Music Awards 2020 qırmızı xalça
"Taxt oyunları"nın hər bölümü üçün 500 min alırmış-FOTO
Koronavirusun sürətlə yayılmasının ƏSAS SƏBƏBİ
Doğum sonrası psixoz: çarəsi yoxdur?
"Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq birliyin səylərini tələb edir"
"Sürücülər sükan arxasında telefonla danışır, bazarlıq və digər problemlərini həll edirlər"
Temperatur 40 dərəcəyə çatacaq
Azərbaycanda "Youtube"a girənlərin sayı azalıb
Körpə pudrası ilə dolğun kirpiklər
Günün qoroskopu - 12.01.2014
Azərbaycanda ilk STEM liseyi fəaliyyətə başladı
Bu ölkədə hava qatilə çevrilir
Krediti gecikdirən daha kredit ala bilməyəcək - QANUN
Şəkər paketlərindən don hazırladı
Sergen Yalçın koronavirusa yoluxdu
Çiyələkli parfe (foto resept)
AŞPA-nın yaz sessiyası öz işinə başlayır
Adriana Lima Metindən AYRILDI-Səbəb
Xəbəriniz varmı: 3-cü Dünya Müharibəsi başlandı
Ronaldonun tətilə xərclədiyi məbləğ TƏƏCCÜBLƏNDİRİR_FOTO
Qadınlar hansı ölkəyə bənzəyir?
Vətəndaşlara səhv göndərilən koronavirus nəticələrinin ümumi statistikaya təsiri ilə bağlı RƏSMİ AÇIQLAMA
Prezident İlham Əliyev "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası"nda dəyişikliklər etdi
Mehriban Əliyeva Rusiyanın "Dostluq" ordeni ilə təltif olundu
2019 Məzuniyyət Saç Modelləri
Televiziya və kompüterin uşaqlara təsiri
Sadəcə mütəxəssislərin bildiyi təmizlik hiylələri
Qısa dırnaqlar üçün ideyalar
63 yaşlı modabaz
- ŞƏRHLƏR