
Bakıda “London” taksiləri cərimə meydançasına aparılırlar. Bu maşınlar gömrükdə avtomobil qeydiyyatından keçmədiyinə görə onları cərimələyirlər. Hələ bir müddət əvvəl başlanan bu proses indi də davam edir. Əslində “London” taksi xidməti fəaliyyətə başladığı gündən başı üzərində “qara buludlar” dolaşır.İndiyə qədər sürücülərin problemləri birmənalı şəkildə həllini tapmır. Bir yandan gündəlik planın ağırlığı, o bir yandan əmək haqlarının azlığı, digər tərəfdən isə taksilərin gömrük qeydiyyatına alınmadığının üzə çıxması sürücüləri çətin vəziyyətə salıb.
Əgər bu avtomobillər gömrük qeydiyyatından keçməyibsə, 2012-ci ildən bəri ölkə ərazisində necə hərəkət edib?
Sürücülərin sözlərinə görə, onlar “Bakı Taxi” MMC ilə müqavilə bağlayıb, xidmət göstəriblər. Lakin bu taksilərin gömrükdə qeydiyyatdan keçmədiyindən xəbərsiz olublar. Odur ki, taksilər qəflətən saxlanılır, cərimə meydançasına aparılır, qeydiyyatdan keçirilirlər.
Bakıda son vaxtlar “badımcan” taksilərinin seyrək görünməsi, sayının azalması da məhz sadalanan hallarla bağlıdır. Üstəlik, şirkət bu günə qədər marşrut avtobuslarında sürücü axtarışı elanlarını davam etdirir. Bu da öz növbəsində sürücülərin tələb edilən şərtlər altında işləyə bilməyib, taksilərdən imtinasının nümunəsidir. “Bakı Taxi” MMC də sürücü axtarmaqdadır.
“Biz otellərə gələn xarici qonaqların hesabına işləyirik. Onlar olmasa, gündəlik planı çıxarmaq da olmaz. Hər gün bir şey kəşf eləyirlər. Day bilmirlər ki, necə bizi incitsinlər. İndi də sayca 500 maşını bir-bir cərimələyirlər. Deyirlər ki, bu maşınlar qeydiyyatdan keçməyib. Bu necə işdir - başım çıxmır. Bəs, indi bunların yadına düşüb? Taksi şirkəti də özlərinin, cərimələyən də özləri,” - deyə “London” taksi sürücüsü Fətulla belə deyir.
Onun sözlərinə görə, bu taksilərin cərimələnməsi yuxarı səviyyədə iki məmur arasındakı “toqquşma”nın nəticəsidir: “Hamı bilir ki, gömrük və nəqliyyat sahələri necə işləyir, nəzarət kimdədir. Bir-biri ilə yola getmirlər, çanaq başımızda sınır. Birincisi qanunsuzluq ediblər ki, taksilər ”rastamojka" olunmayıb. İkincisi də, indi qanunla işləmək yadına düşüb".
Sürücülərin dediyinə görə, hazırda 500-dən çox taksi gömrük işçiləri tərəfindən yığılıb və Dövlət Gömrük Komitəsinin cərimə meydançasında saxlanılır. Dövlət qeydiyyat nişanı 500-dək olan taksilərin gömrük qeydiyyat rüsumu ödənilib, ondan yuxarı isə “rastamojka”dan keçməyib:
“Gömrük rüsumu üçün ”Bakı Taxi" MMC 6 milyon manatdan çox pul ödəməli idi. Məsələ ondadır ki, taksilərə gömrük rüsumu ödənilmədən dövlət qeydiyyat nişanı verilmişdi. Guya ki, şirkət maşını olduğundan güzəşt edilib. Ancaq sonradan rüsum ödənilmədiyi üçün belə bir vəziyyət yaranıb".
Qeyd edək ki, bir müddət əvvəl bu məlumat yayılanda şirkət təkzib etmişdi. Reallıq isə göstərir ki, taksilərin cərimə meydançasına aparılması halları davam etməkdədir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
ANAMA-dan işğaldan azad olunmuş torpaqlardakı təmizləmə işləri ilə bağlı AÇIQLAMA - VİDEO
HAVA necə olacaq? 4 İyul
Yumurta ucuzlaşıb
Səmada təhlükə var
“Dərs vaxtı”nın bu günə olan cədvəli açıqlandı - FOTO
Yanan bina sakinləri evlərinə geri dönür
Azərbaycanda çörək və unun son qiymətləri
Tədbirdə iştirak edən 13 məktəbli qəfil huşunu itirdi
Qaynar.info saytı dağıdıldı
Rus dili - РСЌ, Юю
Dəniz havasına azacıq "düzəliş"
Günün ulduz falı
Körpələr niyə qusur?
İmumniteti hansı vitaminlər gücləndirir?
Pomidor ucuzlaşdı!
Sevgi ilə böyüdək
Qırmızı dodaq boyasını necə istifadə etməli?
Öyrəndim ki...
Göbələkli toyuq (foto resept)
Bu gündən Azərbaycanda qrip əleyhinə vaksinasiya başlayır
"Bakı Metropoliteni"ndən sərnişinlərə sürpriz
Erməni işğalçıları atəşkəsi pozmağa davam edir
Ronaldonun sevgilisi DİQQƏT ÇƏKDİ-FOTO
Dilqəm və Şahbaz yolunda yeni dava
Vladimir Putin: “Döyüşlər Ermənistan ərazisində getmir” - VİDEO
Maykl Ceksonun heç yerdə səslənməyən yeni mahnıları
İtaliyada bütün məktəb və universitetlər bağlandı
Müəllimin verdiyi cəza şagirdi öldürdü
Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırılacaq
Şəhidlərimizin bank borcları silindi
Əvvəllər insanlar heyvanları gəzintiyə çıxarırdı, indi isə...
40 saniyəlik məşq diabetdən müdafiə olunmağa kömək edir
Dövlət Departamenti: Suriyada 100 ölkədən gəlmiş 40 minədək silahlı döyüşür
“Bəyin oğurlanması” filminin çəkildiyi məşhur kənddən VİDEOREPORTAJ
Ronaldo tarixə düşdü
Sözün tərkibi və söz yaradıcılığı - 1
Düşüncə dərsi (6)
DİM-dən imtahan qaydalarına dəyişikliklərlə bağlı AÇIQLAMA
Məna tapmayacağınız şəkillər
“YouTube”un bu yeniliyi ürəyinizcə olacaq
Türkiyədə erkən nikahlara görə valideynlərə 22 il həbs cəzası verilə bilər
9 yaşında dünyanın Ən Gənc Məzunu -FOTO
Azərbaycanda varlı balalarına xüsusi yardım nəzərdə tutan qanun hazırlanır
Bakıda pulsuz avtobuslar
Musiqi səhnələri ilə yadda qalan filmlər
Gözəl gözlərə sahib olan hindistanlılar
Düyü pəhrizi
Hande və Murat Qış Tətilində-FOTO
Metohəssas insanlar üçün proqnoz
Baş dərisindəki sızanaqlar üçün qarışım















- ŞƏRHLƏR