İqtisadiyyat və Sənaye Nazirliyindən APA-ya verilən məlumata görə, bunun nəticəsində unun topdansatış qiyməti əhəmiyyətli dərəcədə azalıb, daşınma xərclərindən asılı olaraq 50 kiloqramlıq 1 kisə unun qiyməti 21 manat 50 qəpiklə 22 manat 50 qəpik arasında, pərakəndə satış qiyməti isə 23 manatla 24 manat arasında formalaşıb.
Unun yeni qiymətinə uyğun olaraq, 500 qramlıq çörək 30 qəpiyə, 700 qramlıq çörək isə 40 qəpiyə satılacaq.
Unu və çörəyi göstərilən qiymətlərdən artıq qiymətə təklif edən şəxslərə qarşı ən ciddi məsuliyyət tədbirləri görüləcək.
QƏRAR DƏYİRMANLAR ÜÇÜN DƏRMAN OLDU
Ölkənin ən iri un istehsalçıları bu qərarı olduqca müsbət qarşılayıb. Məsələn, "Karat Holding"in baş direktoru Taleh Qasımov APA-ya bildirib ki, bu gündən etibarən holdinqin tərkibinə daxil olan dəyirmanlarda 50 kiloqramlıq 1 kisə unun qiyməti 22 manata enib: "İlk öncə onu qeyd etmək istəyirəm ki, bu, ölkə başçısının atdığı humanist bir addım idi. Bunun nəticəsi olaraq, əhalinin aztəminatlı hissəsi ucuz un məmulatlarından yararlana biləcək. Qeyd edim ki, bu qərardan sonra regionda ən ucuz un Azərbaycanda olacaq. Bu, Azərbaycana nə verəcək? Birincisi, sözsüz ki, əhalinin aztəminatlı hissəsi mühüm sosial məhsul olan çörəyin qiyməti aşağı düşəcək. İkincisi, taxıl tədarükündə problemlər aradan qalxacaq. Taxıl bol olacaq ki, dolayısı ilə bu məhsul daha da ucuzlaşacaq. Üçüncüsü, undan hazırlanan digər məhsullar, məsələn, makaron, vermişel, şirniyyat və sairlərinin maya dəyəri aşağı düşdüyü üçün qiymətləri də düşəcək".
Bununla yanaşı, baş direktor hesab edir ki, bu qərar ölkə daxilində un məmulatlarının istehsalına ciddi təkan verəcək: "Mağazaların vitrinlərində yerli məhsullarla yanaşı, kifayət qədər idxal olunan məhsul da var. Bu qərar imkan verir ki, biz daxili istehsalımızın həcmini artıraq".
"NEON" firmasının rəhbəri Arif Həsənov isə bildirib ki, ƏDV-dən azad olunduqdan sonra firmada istehsal olunan 50 kiloqramlıq 1 kisə əla növ unun qiyməti 22,5 manatdır.
"Hökumət tərəfindən bizə çox böyük dəstək verildi. İstehsalçılarla yanaşı, bu, Azərbaycan əhalisinə böyük dəstəkdir. Çörək - strateji məhsuldur. Təbii ki, ölkə başçısının tapşırığı ilə atılan addım istehsalçılar üçün böyük dəstəkdir və bunun nəticəsi olaraq, ƏDV-dən azad olunduqdan sonra biz qiymətləri endirdik", - deyə A. Həsənov qeyd edib.
"ÜSTÜ UNLU, ÖZÜ DƏYİRMANÇI OLMAYANLAR"
ƏDV-nin ləğv olunması ölkədəki topdansatış mərkəzlərində unun qiymətlərinin enməsinə səbəb olub.
APA Bakının Mirəli Qaşqay küçəsində yerləşən bir neçə topdansatış mərkəzində qiymətlərlə maraqlanıb. Məlum olub ki, iki gün əvvəl ilə müqayisədə unun bir kisəsinin qiyməti 4,50 manat və ya orta hesabla 16% ucuzlaşıb. Belə ki, yanvarın 13-də topdansatış mərkəzlərində "Karmen" ticarət nişanlı unun bir kisəsi 28 manata satılırdısa, bu gün qiymət 23,50 manata düşüb.
Satıcılar unun ucuzlaşmasını buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad olunması ilə izah edir.
Bölgələrə gəldikdə, Ucarda əvvəllər 26 manata təklif olunan 50 kiloqramlıq 1 kisə un hazırda 24 manata satılır. Bununla yanaşı, çörəyin qiymətində enmə, çəkisində isə artım müşahidə olunur. Belə ki, dünən çəkisi 400-430 qram olan əla növdən hazırlanmış çörək 40 qəpiyə satılırdısa, bu gün eyni növdən hazırlanmış çörəyin çəkisi 520-540 qrama qədər artırılıb, qiyməti isə 10 qəpik enib.
Bundan başqa, hazırda Lənkəranda 500 qramlıq çörək 30 qəpiyə satılır, 50 kiloqramlıq 1 kisə unun dəyəri 24 manatdır. Üstəlik, Lənkəranda unun və çörəyin satışına nəzarət etmək məqsədilə Şəhər İcra Hakimiyyəti yanında monitorinq komissiyası yaradılıb. Komissiyanın sədri, ŞİH başçısının sosial-iqtisadi məsələlər üzrə müavini İlkin Rəhimovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, yanvarın 15-dən etibarən rayonun ticarət şəbəkələrində 50 kiloqramlıq əla növ unun bir kisəsi 23-24 manata satılır. Qiymətlərin sabit saxlanması, süni qiymət artımına yol verilməməsi üçün monitorinq komissiyası yoxlamalara başlayıb: "Biz vətəndaşlarımıza da müraciət edərək, onlardan sünü qiymət artımına rast gəldikləri təqdirdə dərhal bizə məlumat vermələrini xahiş etmişik".
Şirvanda, Göyçayda, Xaçmazda da 500 qramlıq çörək 30 qəpik, 1 kisə un isə 24 manata satılır.
Gəncədə çörəyin çəkisi və qiyməti yuxarıda sadalanan ərazilərdəki qiymət və çəkidən fərqlənməsə də, 1 kisə un 22,6 manatadır.
Ağdamda isə 1 kisə un 22-23 manata, 700 qramlıq çörək isə 40 qəpiyədir.
ÇÖRƏYİ ÇÖRƏKDƏN ÇIXANLAR NƏ DEYİR?
Bakı və Bakıətrafı ərazilərdə yerləşən iri çörək istehsalçıları deyir ki, bu gündən etibarən unun qiymətində müşahidə olunan eniş çörəyin qiymətinə də təsir edib. Onların sözlərinə görə, unun bahalaşdığı vaxtdan fərqli olaraq artıq mağazalarda 50 qəpiyə çörək tapmaq mümkün deyil. Hazırda ən bahalı çörəyin qiyməti 40 qəpik, çəkisi isə minimum 700 qramdır.
Beləliklə, un ucuzlaşanadək və bu gündən etibarən istehlakçılara təqdim olunan unun qiymət və çəkilərini təqdim edirik:
|
Müəssisə adı |
Əvvəlki çəki(qr) |
Əvvəlki qiymət (AZN) |
Hazırkı çəki (qr) |
Hazırkı qiymət (AZN) |
|
в„–1 çörək zavodu |
500 |
0,40 |
500 |
0,30 |
|
700 |
0,50 |
700 |
0,40 |
|
|
"Muğan çörək zavodu" ASC |
620 |
0,40 |
500 |
0,30 |
|
700 |
0,50 |
700 |
0,40 |
|
|
Bakıxanov çörək zavodu |
580-610 |
0,40 |
500 |
0,30 |
|
700 |
0,50 |
700 |
0,40 |
|
|
"Xəzər" çörək zavodu |
600 |
0,40 |
500 |
0,30 |
|
700 |
0,50 |
700 |
0,40 |
|
|
"Nur" çörək zavodu |
580-600 |
0,40 |
500 |
0,30 |
|
700-730 |
0,50 |
700 |
0,40 |
|
|
"Ucal" çörək zavodu |
400-430 |
0,30 |
500 |
0,30 |
|
700 |
0,50 |
700 |
0,40 |
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Hamilə olduğunu fotosessiyası ilə elan etdi
Çoxlu süd içmək ürək-damar xəstəlikləri riskini artıra bilər
Cey Lo ideal bədəninin sirrini açdı - FOTO
Kirayə geyimlər xəstəlik mənbəyidir?
Koronavirus epidemiyası zamanı ən faydalı məhsullar - FOTO
Mənə namaz necə nəsib oldu
Bakı Bulvarına elektrikli velosipedlər gətirildi
Hülya Avşarın 30 illik sirri
Prezidentin həkimlərlə bağlı dəstək mesajı “Alov Qüllələri”ndə - VİDEO
Koronavirusla bağlı Azərbaycanda bu xəstəxanada səkkiz palata ayrıldı
Günün qoroskopu: istənilən çətin vəziyyətdən çıxış yolu var
Pişiklərlə böyüyən uşaqları necə bir gələcək gözləyir?
Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı artıb
Bakıda sürücülərə xoş sürpriz
Bir yerdə idman edək (1)
700 bal yığsa da ali məktəbə girə bilmir-FOTO
Kəbədə ilk təravih namazı qılındı
Putin İrəvanı susdurdu
Kaladze gözlənilmədən Azərbaycana gəldi
Yeni eynək trendi; cat eye
"ASAN Kommunal" dövlət büdcəsindən maliyyələşməyəcək"
İŞİD Azərbaycanın şimal sərhədində
Mila Eştonun verdiyi hədiyyədən danışdı-FOTO
Təhsilimizdə böyük dəyişiklik
Qarabağda sülhə hazırlıq
Yapon qadınlarının gözəllik sirləri
Zaqatalada 3-cü zəlzələ oldu - 4 bal - YENİLƏNİB
Xalq artistinin 90 illik yubileyidir
Günün ulduz falı - 11.08.2013
Aynalar
Günün qoroskopu:Sevdiklərinizə dəyər verin!
Cəbhənin Xocavənd istiqamətində düşmən topları məhv edilib - VİDEO
Yer kürəsinin ən yaşlı sakini 112-ci ad gününü qeyd edir
Saytımızın ƏN-ləri - I Hissə
Prezidenti İlham Əliyev bir qrup şəxsi “Şöhrət” ordeni ilə təltif edib
İdmanla məşğul olmadan arıqlamağın 10 yolu
Valideynlərin nəzərinə!
Murat Boz Aslıya evlənmək təklif etdi-FOTO
Keçmişin fəlsəfəsi və ya tarix necə yazılır? (1)
Gözlənilməz MTN qərarı
Günün qoroskopu: münasibətlərdə aktivləşin
Bu il ən çox evlənən qazaxlılar və gəncəlilər olub
Batareya çirkab suları ilə işləyəcək
Bacardıq: ermənilərə tərs şillə
Bakıda əfsanəvi sənətçiyə heykəl ucaldıldı
Vilayət Eyvazov rəis müavinini işdən çıxardı
Gənclər və İdman Nazirliyindən şikayəti olanların diqqətinə
Azərbaycandan Ermənistana çağırış
İşğaldan azad olunan daha iki kəndin adı qaytarılır
İlham Əliyev: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”















- ŞƏRHLƏR