Müasir Bakının simvoluna çevrilən “Alov Qüllələri”ndə Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” fikri, “Azərbaycan həkimlərinə eşq olsun!” və “Evdə qal, Azərbaycan!” şüarları əks olunub.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bu təşəbbüs Prezident İlham Əliyev martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında səsləndirdiyi fikirlərdən sonra baş tutub.
Dövlət başçısı mübariz Azərbaycan həkimlərinin əməyini yüksək dəyərləndirib, onlara öz təşəkkürünü bildirib:
“Əlbəttə ki, bu mübarizədə əsas yük həkimlərin üzərinə düşür. Mən fürsətdən istifadə edərək Azərbaycan həkimlərinə təşəkkürümü bildirmək istəyirəm. Biz onların maddi təminatının yaxşılaşdırılması üçün əlavə tədbirlər görmüşük. Bildiyiniz kimi, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4, 5 misli məbləğində artırılıb.
Bu, dövlət tərəfindən həkimlərə göstərilən diqqətin təzahürüdür. Ancaq mən bilirəm və tam əminəm ki, həkimlərin əsas motivasiyası bu, deyil. Əsas odur ki, onlar öz vəzifə borcunu yerinə yetirmək istəyirlər. Onlar Hippokrat andına sadiqliklərini göstərmək istəyirlər. Onlar xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirirlər və öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər.
Ona görə hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır. O cümlədən koronavirusa yoluxmuş xəstələr başa düşməlidirlər ki, həkimlər belə ağır şəraitdə, sadəcə olaraq, yeriməyə çətinlik yaradan geyimlərdə, maskalarda onlara xidmət göstərirlər. Ona görə həkimlər ən yüksək qiymətə layiqdirlər. Həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçirilir və keçiriləcək. Ölkəmizin müasir memarlıq rəmzlərindən biri olan “Alov qüllələri”ndə də həkimlərə bizim münasibətimiz öz əksini tapacaq.
Mən bir daha demək istəyirəm ki, dövlət nə lazımdırsa edir. Həkimlər əllərindən gələni edirlər. Xalqımız birlik, həmrəylik nümayiş etdirir. Ümid edirəm ki, məsuliyyət də lazımi səviyyədə olacaqdır. Belə olan halda, biz bu çətin sınaqdan az itkilərlə çıxa bilərik, öz vətəndaşlarımızın sağlamlığını qoruya bilərik. Bir daha həm özümüzə, həm bütün dünyaya nümayiş etdiririk ki, biz böyük xalqıq".
[media=https://baku.tv/az/cemiyyet/16337/]
XƏBƏR LENTİ
İdmandan necə zövq alaq?
Hava haqqında - 08.12.2013
İlkin təəssürat: inanaq, ya yox?
Stresdən yaxa qurtarın
Sibel Can pəhrizi ile 2 aya 10 kilo
Günün ulduz falı
Azərbaycanda benzin və dizel yanacağının qiyməti bahalaşdı
Martda istirahət günü ilə iş gününün yeri dəyişdirildi
ABŞ-da virusa yoluxanların sayı 90 mini ötdü
"Miss Russia 2019"-SEÇİLDİ-FOTO
Azərbaycanda koronavirusa yoluxma yenidən 100-dən aşağı düşdü: İki nəfər öldü
Ramazanda qidalanmanın incəlikləri
Xəyanət haradan başlayır
23 yaşlı gənci övladlığa götürdü, sonra ona ərə getdi - FOTO
Həftənin ən zövqsüz ulduzu oldu-FOTO
Bənövşəyi dərman, yoxsa partladıcı?
Dilənçinin cibindən 740 min dollar çıxdı
Günün ulduz falı
Məşhurların inanılmaz oxşarlığı
Birlikdə istifadə olunan zaman arıqladan qidalar
Azərbaycan teleməkanında yeniliklər olacaq
Qırmızı rəngli iPhone 7 buraxılacaq
Dərs ilinin uzadılması ilə bağlı təkliflər hazırlanacaq
Mişel Obama
İrina Şeyk və Bredli Kuper barışdı?-FOTO
Uşaq geyimləri
Sabahın HAVAsı
Marsa səyahətin tarixi açıqlandı
Bürcünüzün ətri
Sərt qış günlərində sağlamlığımızı necə qorumalıyıq?(2)
Azərbaycanda yol tikintisi 20 əsrlik abidələri üzə çıxardı - VİDEO
Baş epidemioloqdan AÇIQLAMA
Saç üçün maskalar
2015-ci il yaz-yay geyimləri
Alişanın yoldaşı aylar sonra ARIQLADI-FOTO
Bağlanmış bankların borcunu ödəmək üçün kredirt götürüləcək
Hicablıların burkini çimərlik geyimləri
“Yeşilçam” aktrisası koronavirusa yoluxub?
Koronavirusla bağlı son STATİSTİKA
Dövlət Xidmətindən xəbərdarlıq: Diqqətli olun
Dənizə qərənfillər atıldı - Bulvarda neftçilər anıldı
İlham Əliyev Nardaranda olub
"Golden Globe" ƏNLƏRİNİ Seçdi - SİYAHI
Murad Bozun keçmiş xanımı TƏƏCCÜBLƏNDİRDİ-FOTO
"Avropalı gənc öz toyunda "Vağzalı çaldırırmı? Xeyr!"-Millət vəkili
Nur Yerlitaş vəfat etdi - FOTO
Aldıqları villa cütlük üçün əsil kabusa çevrildi - FOTO
Dünyanın gözlədiyi toya az qaldı - FOTO
Kredit faizi aşağı salındı
Üzü üzlər dəyişən adamlar nəyi gözləyirlər?