Ramazanda uzun müddət ac qalmaq maddələr mübadiləsinə təsir edir. Buna görə oruc tutanların ciddi sağlamlıq problemləriylə qarşılaşmamaq üçün qidalanma mövzusunda bəzi incəliklərə diqqət etməsi lazımdır.
Ramazan boyunca tutulan orucda uzun müddət ac qalmaq maddələr mübadiləsini yavaşladır və qidaların yağ halına gəlməsini asanlaşdırır. Oruc tutarkən bədən hərəkətlərimiz yavaşlayar və maddələr mübadiləsi sürətimiz azalar. Ani və çox miqdarda yemək yediyimiz üçün yemək sonrasında qan şəkərimiz sürətlə artır, sonra da yenə sürətlə düşər. Bu vəziyyəti, ümumiyyətlə, iftar sonrasında özümüzü yorğun, əldən düşmüş hissetməmizlə anlayarıq. Aclıq vəziyyətinin uzun müddət davam etməsi baş ağrısı, baş gicəllənməsi, unutqanlıq, diqqətsizlik, yuxuya meyllılik, əsəbilik, həzmsizlik, şişlik, kimi problemlərə də səbəb olur. Xüsusilə iftar saatı yaxınlaşdıqca əsəbilik, ani hirs partlamaları, baş ağrısı, mədə bulanması və halsızlıq kimi əlamətlər artar.
Mədənizə bir anda yüklənməyin
Ağır iftar yeməklərindən sonra ani ürək bulantıları ola bilər. Çünki uzun bir aclıq sonrası ağır yemək ürəyin yükünü artırır. Bu vəziyyət yüksək təzyiqə, beyin qanaması və iflic keçirməyə də yol aça bilər. Əgər ramazan boyunca qidalanma mövzusunda bəzi nöqtələrə diqqət etsək, bu narahatlıqların qarşısını almış olarıq və sağlam bir ay keçirə bilərik. Bir nəfərlik pay miqdarını artırmadan və yeyilənlərin tərkibində olan maddələrə (yağ, karbohidrat, zülal, vitamin, mineral) diqqət edərək və ən əhəmiyyətlisi də bişirmə üsullarından sağlam olanları seçib, ramazanı daha dinc və daha sağlam bir şəkildə keçirməmiz mümkündür.
Diqqət edilməsi lazım olan ilk nöqtə sahur və iftarda kafi maye qəbuludur. Maye istehlakını artırmaq üçün iftarda ilk yemək olaraq şorba seçiilməlidir. Gün içində susuz qalınacağından iftar ilə sahur arasında maye ehtiyacı çox yaxşı qarşılanmalıdır. Ən az 2-2.5 litr su içilməlidir, ayran, təzə sıxılmış meyvə və tərəvəz suları, şorba, kompot kimi içkilərlə maye qəbulu artırılmalıdır.
Bir anda çox miqdarda yemək yemənin bədənə yükləyəcəyi yükü azaltmaq üçün iftar 2 paya bölünməlidir. İftarda sürətli və çox yemək yeyilməməli, yavaş-yavaş və kiçik paylar halında yemək yeyilməlidir. İftar ilə sahur arasına kiçik ara paylar əlavə edilməlidir, beləcə həm çox miqdarda yeməyin verəcəyi mənfiliklərin qarşısı alınar, həm də yavaşlayan maddələr mübadiləsinə dəstək olunar.
Ramazanda mütləq sahura durmalı və sahurda pendir, yumurta, qatıq kimi yüngül qidalar istehlak edilməlidir. Sahur yeməklərində seçilən qidalar yüksək enerji ehtiva edən və asan həzmediləcək qidalar olmalıdır. Yavaşlayan maddələr mübadiləsini sürətləndirmək və kilo alışını maneə törətmək üçün isə fiziki fəaliyyət artırılmalıdır.
Hər axşam xəmir xörəyi yeməyin
Ramazanda ən çox istehlak edilən qidalardan biri də xəmir xörəkləridir. Qızartmalarda, mayalı qidalardan (xəmir işlərindən), həddindən artıq şəkər və yağ ehtiva edən qidalardan, şərbətli şirinlərdən, çox duzlu və ya ədviyyatlı yeməklərdən, sosiska, kolbasa, şirniyyat məhsullarından, bal, qaymaq və qazlı içkilərdən uzaq durmaq lazımdır. Qan şəkərini sürətlə yüksəldən qidalar yerinə (kəpəkli çörək, çox taxıllı çörək, çovdar çörəyi, kəpəkli makaron, kəpəkli düyü), tərəvəzlər, meyvələr, qoz, fındıq və badam seçim edilməlidir.

Süfrənizdə xurmaya yer verin
Ramazan süfrələrinin vazgeçilməzlərindən-biri də xurmadır. Xurmanın 200 qədər növü vardır. Xurma; yüksək liflə birlikdə fosfor, kalsium, dəmir, natrium, kalium, maqnezium, A vitamini, B1, B2, B3, B6, fol turşusu kimi vitamin və mineralları olduqca yüksək nisbətlərdə ibarətdir. Daimi olaraq yeyildiyində ürək və damar xəstəlikləri riskini azaldır və qəbizliyi önləyər. Bütün bunlar göz önünə alındığında, ramazan süfrələrində xurma olarsa, sağlamlıq cəhhətdən çox faydalı olacağı deyilə bilər. Lakin xurmanın yüksək miqdarda şəkər ehtiva etdiyi və bu səbəblə qan təzyiqini yüksəltdiyi də unudulmamalıdır. Yəni həddindən artığa qaçmadan, məqbul ölçülərdə xurma yeməyə diqqət etmək sağlamlıq baxımından çox faydalı olacaqdır.
Oruc tutmaları sağlamlıq baxımından təhlükəli olan başlıca qruplar bu şəkildə sıralana bilər:
Şəkər-təzyiq xəstələri.
Hamilələr və sürd verən analar (Maye qəbulunun azalması və süd səmərəsinin düşməsi körpə üçün təhlükəlidir.)
19 yaşın altındakı uşaqlar.
Ağılı və psixoloji vəziyyəti xarab olanlar.
Çox yaşlı və xəstə olanlar.
Vərəm və xərçəng xəstələri.
Ağır böyrək və ürək xəstəliyi olanlar.
Mədə xorası, öd kisəsi iltihabı, qaraciyər çatmazlığı olan insanlar.
Ağır infeksiya keçirənlər və ya qızdırmalı xəstəlikləri olanlar.
Tez-tez dərman içməsi lazım olanlar.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Kim Çen In yeni nüvə silahını sınaqdan keçirmək niyətindədir
Azərbaycanda GMO qadağan edildi
Sarımsaq turşusu(foto resept)
Sağlam və gözəl bədən üçün idman
“Survivor”dakı o villanın sahibi məlum oldu - VİDEO
Hülya Avşarın qızı estetik əməliyyat olundu?
Çilçıraqlar
Minimum aylıq əməkhaqqı artırıldı
Gözəlləşmək üçün buzu yoxlayın!
Sağlamlığa aparan yol
Məşhur aparıcı həbs olundu-FOTO
Sürücülük vəsiqəsini almağın asan yolu
Hava soyuyur
Smartfonunuzda antivirus var?
Özcan Dəniz ata olacaq!
Yeni serial başlayır-"Kızım"-VİDEO
Azərbaycanın "Eurovision" mahnısı - VİDEO
Kanadalı sənətkarın mücrüləri
Səhər əzginliyinin səbəbi müəyyən edilib
WhatsApp-ın yaradıcısından ŞOK ETİRAF
Səudiyyə Ərəbistanında 120 min illik ayaq izi tapıldı
40 yaşından sonra ana olan məşhurlar
Yeni tikililərə niyə istilik sistemləri qoşulmur? - RƏSMİ
Hava haqqında
Bulvarda pulsuz yoqa dərsləri olacaq
Sabahın HAVAsı
Günün ulduz falı
Əməliyyat olunan Səudiyyə kralı evə buraxılıb
Heç ağlınıza da gəlməzdi, ancaq bu xəstəlikdir
"Onların arasında sevgi yoxdur"
Yaz və payız fəsilləri sıradan çıxır - BUZLAŞMA OLACAQ
Soğanın faydaları
Ağıllı fincan hazırlanır
Mehmet Əli Ərbil Son Halı ilə Qorxutdu-FOTO
Messi üçüncü övladının fotosunu paylaşdı
Azərbaycan dünyanın hərbiləşmiş ölkələri sırasında
Paranoyaya kişilərdə daha çox rast gəlinir
Dəbli görünmək yaşla bağlı deyil
Koronavirusdan sonra ən çox rast gəlinən fəsadlar açıqlandı
Stadion həbsxana olacaq
Agentlər bu gözəlin izinə düşdülər
"Bəy çoxdan toy etməyə hazırdır, mənim cavabımı gözləyir" - Mətanət Əsədova
Üçgözlü ilan
Azərbaycan silahı Türkiyədə
Sabahdan məktəblilərin payız tətili başlayır
Cennifer Lopezdən maraqlı AÇIQLAMA
Məşhur aktyor tanınmaz halda - FOTO
Astroloq Kazanovadan 2018-ci il üçün - Proqnoz
İlham Əliyev çevrilişdən danışdı, sərt bəyanat verdi
İstirahət günü Azərbaycanda hava necə olacaq?















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]