Artıq havalar soyuyur. Qış mövsümündə yada düşən ilk problem isə istilik sistemləridir. Respublikanın dağ və dağətəyi rayonlarında noyabr ayının 1-dən etibarən qazanxanalar işə salınsa da, paytaxt sakinləri ayın 15-nə qədər səbr etməli olacaqlar.
Qadin.Net xəbər verir ki, bu barədə oxu.az-a "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev məlumat verib.
Onun sözlərinə görə, noyabrın 1-dən ölkənin doqquz rayonunda istilik sistemlərindən istifadəyə start verilib:
"Dağlıq və dağətəyi rayonlar olduğundan, burada qış rejimi noyabrın 1-dən başlanılır. Digər ərazilərdə, eləcə də, paytaxt Bakıda 15 noyabr tarixindən eibarən istilik mövsümünə keçiləcək. Dağlıq və dağətəyi rayonlarda istifadəyə verilən qazanxanalarda heç bir problem qeydə alınmayıb.
Tədbir planına uyğun olaraq bütün qazanxanalar öz işini yerinə yetirir. İstilik təchizatını həmin qazanxanalardan götürən sosial obyektlər, yaşayış binaları normal istiliklə təmin edilib. Tədbir planına uyğun olaraq eyni şəkildə ayın 15-dən etibarən digər bölgələrdə və paytaxt ərazisində də istilik təchizatının istifadəsinə başlanılacaq.
Bu il Sumqayıt şəhərində 18-ci mikrorayon ərazisində yeni qazanxana istifadəyə veriləcək. Həmin qazanxana vasitəsilə 24 yaşayış binası və iki uşaq bağçası istilik sistemi ilə təmin olunacaq".
Rafiq Əliyev yeni tikilən çoxmərtəbəli binaların "Azəristiliktəchizat" ASC-nin qazanxanalarından istifadə edə bilməməsinin səbəbini də açıqladı:
"Yeni tikilən binalarda inşaat pasportu hazırlanır. İnşaat pasportunda işıq, qaz, su və istilik təchizatı müəssisələrindən texniki şərt alırlar. Texniki şərtdə isə hər bir qurumun öz şərtləri yer alır.
"Azəristiliktəchizat" ASC texniki şərtdə mənbələrindən istifadəyə dair qaydaları qeyd edib. Birinci növbədə, yeni tikili binalarda bina daxili istilik sistemləri quraşdırılmalıdır. Daha sonra tərəfimizdən həmin əraziyə yaxın olan qazanxanlara qoşulmaya dair tədbirlər görülür.
Amma bəzən Mənzil Tikinti Korporativləri, sahibkarlar, bu şərtlərə əməl etmir və binadaxili istilik sistemlərini quraşdırmırlar. Belə olan halda da biz, o binaları istilik təchizatı il təmin edə bilmirik. Hazırda 30-45 yeni tikili hündürmərtəbəli binalar həmin texniki şərti imzalayıb və "Azəristiliktəchizat" ASC-nin qazanxanaları həmin mənzilləri istiliklə təmin edir. Digər yaşayış binalarına da eyni təkliflər verilir.
Qanunvericiliklə hər kəs istilik təchizatı sistemini seçməkdə azaddır. Burada məcburiyyət ola bilməz. Sadəcə olaraq, bizə müraciət edərək texniki şərt əsasında təkliflərimizdən yararlana bilərlər. Hər il bizə Mənzil Tikinti şirkətlərindən müraciətlər daxil olur və onlara ən uyğun texniki şərtlər təklif edilir".
Xatırladaq ki, tədbirlər planına əsasən, 550 qazanxana və 90 istilik məntəqəsi kompleks yoxlanılıb, 564 odluq təmir olunub. İstilik şəbəkələrində 20 710 ədəd siyirtmə və ventil təftiş olunub, onlardan 9750 ədədi əsaslı təmir olunub, 705 ədədi isə yenisi ilə əvəz olunub.
Magistral və məhəllədaxili istilik xətlərində 14 870 kv.m istilik örtük qatı, qazanxana və istilik məntəqələrində 12500 kv.m dam örtüyü təmir edilib. Bundan başqa, 595 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənib.
Mövsüm ərzində "Azəristiliktəchizat" ASC-yə məxsus 550 qazanxana istismar edilməklə 3800 yaşayış binası, o cümlədən 180,0 mindən artıq mənzil, 290 məktəb, 150 uşaq bağçası, 160 səhiyyə müəssisəsi və 1300-ə yaxın digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur.
XƏBƏR LENTİ
Koronavirusla bağlı son vəziyyət açıqlandı
İri ticarət mərkəzlərinin aqibəti necə olacaq?
Uşağın cinsiyyətini öyrənmək istəyən cütlük ŞOK YAŞADI
Məşhur futbolçunun qabırğası sındı
Burak Özçivitin filminə qadağa qoyuldu-FOTO
Bu gün ixtisas seçimi başa çatır
Müxalifət Paşinyana istefa üçün vaxt qoydu
Qanunsuz tikilmiş evlərin qeydiyyatı bizə nə verəcək?
Qorxulu film izləməklə arıqlaya bilərsiniz
Bakıda 10В°- dək isti olacaq
Shakira öz əl işini təqdim etdi
Permdə doğulan Ömər Xəyyam
"Bobbi"nin ulduzu Rişi Kapur öldü-FOTO
Azərbaycanda Facebook-a maraq azalıb
Hindistan tarixində ilk dəfə
Körpənin yuxuya rahat getməsi üçün tövsiyələr
Minsk qrupu Nalbandyanla Dağlıq Qarabağ nizamlanmasını müzakirə edib
Artıq çəkidən azad olmaq üçün 8 qızıl qayda
Koronavirusa yoluxan ən kiçik xəstə sağaldı-FOTO
Hər ay bir şəhzadəyə çevrildi
Beyonsenin konsertində zal boş qaldı-FOTO
Doğma kəndim - Baş Küngüt
Kompüter oyunlarını sevənlərə bəd xəbər
Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik etdi
Bu gün Aşuradır
Hulusi Akar Qarabağda anlaşma barədə: “Türkiyə həm masada, həm də ərazidə olacaq”
Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ad günüdür
Prezident İlham Əliyev: “...əlimizdən gələni edəcəyik”
Almaniya kuboku: Türk futbolçu matçın qəhrəmanı oldu, "Bavariya" qalib gəldi
Azərbaycanda sahibkarlar bu xərcdən azad edildi - QƏRAR
Azərbaycanda müəllimlərin işə götürülməsi üzrə elektron ərizələrin qəbulu başlanır
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 143 yeni yoluxma
Dəri çatlarının qarşısını necə almalı?
"Coca-Cola"nın "gücü"
Banklara xəbərdarlıq etdi
Qış aylarında dəri baxımı
Yasəmən gülü və faydaları
Düşmən təəccübləndirdi: cəmi 26 dəfə?
Körpə doğulandan sonra hansı qurban kəsilməlidir?
BenQ bazara qayıtdı
Kimə qırmızı kürü yemək olmaz?
Ən çox gəzən turist
Onların da geyimləri var
Ordumuz ermənilərə daha bir zərbə
Mehriban Əliyeva Xalq artistinə avtomobil HƏDİYYƏ ETDİ - FOTO
"Ermənistan rəhbərliyindəkilər, sanki, başqa planetdən gəliblər"
Azərbaycan valyuta bazarının həftəlik icmalı
Yaxşı işləyib tez qocalmamaq üçün nə edək?
İnsanların mənfi enerjisindən necə qorunmalı?
Jurnalistin ölümünə prezidentdən reaksiya