"Dünya böhranının əsas səbəbləri sabitliyin pozulması və bəzi ölkələrin siyasi maraqlarıdır". ANS TV-nin məlumatına görə, bu fikirləri prezident İlham Əliyev bu gün keçirilən iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədəki çıxışında səsləndirib. Ölkə başçısı deyib ki, bunun müxtəlif obyektiv və subyektiv səbəbləri var:
“Bu səbəbləri əlbəttə ki, təhlilçilər araşdırırlar, araşdıracaqlar. Bu bizim işimiz deyil. Bizim işimiz ondan ibarətdir ki, ölkəmizi, ölkə iqtisadiyyatını maksimum dərəcədə dünyada gedən mənfi proseslərdən qoruyaq. Biz bunu bacarırıq, uğurla bacarırıq, ölkəmizi qoruyuruq, ölkəmizin təhlükəsizliyini, sabitliyini, iqtisadi inkişafını təmin edirik”.
Prezident onu da vurğulayıb ki, son illər Yaxın Şərqdə həlak olan yüz minlərlə insanlar və həmin regionda gedən prosesslər Postsovet məkanında vəziyyəti daha da gərginləşdirir. Qanlı toqquşmaların, siyasi və iqtisadi böhranların məhz bu səbəbdən hökm sürdüyünü deyən ölkə başçısı müşavirədə neftin qiymətinin kəskin enməsindən də danışıb.
“İstisna edilmir ki, bu da siyasi sifarişin nəticəsidir. Buna baxmayaraq, biz bu vəziyyətə də hazır olmalıydıq və bu günə qədər şaxələndirmə, qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar bizə kömək etdi ki, biz minimum itkilərlə bu vəziyyətdən çıxaq. Baxmayaraq ki, bu da təbiidir, bizim gəlirlərimiz böyük dərəcədə azalıb. Keçən il neftin qiyməti yüz dollardan yuxarı idisə, bu gün əlli dollardan aşağıdır. Yəni iki dəfədən çox düşüb. Ancaq biz çalışırıq və çalışacağıq ki, Azərbaycan xalqı bundan əziyyət çəkməsin”, - deyə İlham Əliyev bildirib.
Prezident Azərbaycanda “Maydan hərəkatı”nı yaratmaq istəyənləri də xəbərdar edib. Ölkə başçısı deyib ki, Azərbaycanda “Maydan hərəkatı”nı yaratmaq istəyənlər gəncləri bu işə sövq etsələr də onların çirkin əməlləri ifşa olunub. Azərbaycanda sabitlik, inkişaf, normal həyat davam edir. Biz ölkəmizi bu bəlalardan qorumuşuq, bizə qarşı uzanan o çirkli əlləri kəsmişik və bundan sonra da ölkəmizi qoruyacağıq, xalqımızın inamlı inkişafını təmin edəcəyik.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Ərdoğan Putinlə Dağlıq Qarabağ məsələsini müzakirə edib
Azərbaycanda muzeylərə getmək istəyənlərə xoş xəbər
JLO ideal bədəni qurluşu ilə yenə TƏƏCCÜBLƏNDİRDİ
Leyla Əliyeva beynəlxalq forumda
Sevdiyimiz filmlərin ulduzları dünən və bu gün
İkinci dalğa başladı: Ölkə sərt karantinə gedir
3 günlük bahar detoksu proqramı (II hissə)
Bir milyondan çox insan orqanlarını vəsiyyət etdi
Təyyarədən özünə ev düzəltdi-FOTO
"Amerikansayağı paslanma" romanına serial çəkilir
Viza ən geci 3 günə veriləcək
“Bakı Metropoliteni” hərəkət qrafikini dəyişir
İlk “ağıllı” “Huawei” eynəyi təqdim olundu
İlham Əliyev və xanımı ulu öndərin doğum gününə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak ediblər
Yoldaşının telefonuna baxan qadına CƏZA
Təmizlik xəstəliyi
Uşaqlar üçün nağılları necə seçməli?
Rəcəb Tayyib Ərdoğan “WhatsApp” messencerindən imtina edib
Dövrümüzü tənqid edən şəkillər
Instagram-da Yenilik
Şeyma Subaşı paylaşdığı FOTO ilə diqqət çəkdi
"BakuBus" avtobuslarında "Wi-Fi" sisteminin işə düşəcəyi vaxt açıqlandı
"Vetnamka" tortu (foto resept)
Şimal qütbündə nələr baş verir? - FOTO
Koronavirusun daha bir simptomu üzə çıxdı
Dazlaşma problemi olanlar, çarə tapıldı
Avropa və Asiyanın arası qaranlığa qərq olacaq
Azərbaycan qadınlarının sayı açıqlandı
Səhiyyə Nazirliyindən tibb işçilərinin maaşları ilə bağlı açıqlama
ABŞ-dan Yunanıstana şok təklif: türk lirəsinə keçin
Balıq bazarının mövcud durumu
Stiven Hokinqin 22 əşyası auksionda satıldı - FOTO
İran beş ölkədə günəş elektrik stansiyası quraşdırıb
Bir yalnızlıq simfoniyası
Zidan: "Cerard "Real"ın təkliflərini rədd etdi"
Kosmosdan gələn sirli siqnalın mənbəyi tapıldı
Kartofda yumurta
Arıqladan detoks
Payız fəslinin ən aktual rəngləri
Erkan Petekkaya Nurgül Yeşilçay haqqında İLK DƏFƏ
Azərbaycanda boşanmaların sayı artıb
Stiv Cobsun ilk kompüteri hərracda
Qeyri-peşəkarların "psixoloqluğu": həyatınız məhv ola bilər
Məşhurların qəribə gözəllik sirləri
“Rusiyaya işləmək üçün gələnlər…” – Medvedevdən kritik açıqlama
Sentyabrın havası: istilər normadan yüksək olacaq
Bu gündən xaricdən mal gətirtməyə görə 300 dollarlıq limitlə bağlı qərar qüvvəyə minir
Azərbaycan ombudsmanı beynəlxalq təşkilatlara bəyanat göndərdi
Hande və Murad barışdı?
Hava XƏBƏRDARLIĞI














