Oktyabrın 13-də Rusiyanın ən nüfuzlu ali məktəblərindən biri - Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (Universiteti) (MDBMİ) 70 illik yubileyini qeyd edir. Bununla əlaqədar, Moskvada MDBMİ məzunlarının universitetin yubileyinə həsr edilmiş II Beynəlxalq forumu işə başlayıb. Tədbirdə MDBMİ-nin dünyanın 50-dən çox ölkəsindən 1 000-dən çox məzunu – məşhur dövlət xadimləri və ictimai xadimlər, tanınmış biznesmenlər, akademik dairələrin nümayəndələri iştirak edirlər. MDBMİ məzunlarının II Beynəlxalq forumunda diskussiyalar dünyada inkişafın əsas problemləri, MDBMİ məzunlarının təmsil etdikləri ölkələrdə cəmiyyətin və iqtisadiyyatın təkamülü məsələləri ətrafında aparılacaq.
ANS PRESS-in AzərTac-a istinadən verdiyi məlumata görə, forumda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, MDBMİ-nin ölkəmizdən olan məzunlarının böyük nümayəndə heyəti iştirak ediblər.
Forum çərçivəsində çar II Aleksandrın dövründə Rusiya xarici siyasət idarəsinin başçısı, Rusiya imperiyasının sonuncu kansleri (1867-ci ildən) olmuş Aleksandr Mixayloviç Qorçakovun abidəsinin, “Dünya MDBMİ-çilərin gözü ilə” art-sərgisinin açılışı və “Rusiya və müasir dünya: inkişaf trayektoriyası” mövzusunda plenar sessiya keçiriləcəyi gözlənilir.
Xatırladaq ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının I Beynəlxalq forumu 2013-cü ilin aprelində Bakıda keçirilib. Azərbaycan MDBMİ Məzunları Assosiasiyasının təşəbbüsü ilə təşkil edilmiş və “Birlikdə gələcəyə” devizi altında keçirilən həmin forumda Azərbaycan Prezidenti İlham Əliyev və onun xanımı Mehriban Əliyeva, nüfuzlu beynəlxalq təşkilatların rəsmi nümayəndələri, Rusiya, Ukrayna, Macarıstan, Çexiya, Bolqarıstan, Moldova, Polşa, Slovakiya, Kuba, Koreya Respublikası, İsrail, Qazaxıstan, Qırğızıstan, Vyetnam və başqa ölkələrdən biznesmen və maliyyəçilər iştirak ediblər.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
İspanaqlı lazanya (foto resept)
Bu günün hava proqnozu
Heydər Əliyev Fondu aztəminatlı ailələrə Novruz sovqatları paylayır - FOTO
"Aşk-ı Memnu"nun aktrisası TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yuxulara inanırsınızmı?
Hande və Keremin çəkildiyi serialdan ilk görüntülər-VİDEO
Azərbaycan səhiyyəsi birinci Avropa Oyunlarının keçirilməsinə hazırdır
Məktəblərdə qış tətili bu tarixdə başlayacaq
Körpələrdə göz rəngi nə vaxt dəqiqləşir?
Qəbələdə 725 yaşı olan kitab sərgilənir
Mayli Sayrus ana olacaq
Gün ərzində 20 dəqiqə
Sobada südlaç (foto resept)
Ölkəmizlə bağlı proqnoz dəyişdi
Litvalı deputat: "Azərbaycanda Avropa standartlarına cavab verən seçkilər keçirildi"
NASA 15 min qalaktikanı eyni anda çəkdi-FOTO
Marsa gedən ilk asiyalı
Qapı-qapı gəzib su filtri satanlarla bağlı AÇIQLAMA
İkinci nəsil Nissan Qashqai
Ballı keks (foto resept)
Ən faydalı göyərti seçildi
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Rafet El Romanın 29 yaşlı sevgilisi diqqət çəkdi-FOTO
İtkin düşən atasını 24 ildən sonra qonşu zirzəmidə tapdı - VİDEO
Çağırışçılar üçün yeni xidmət işə düşdü
Hülya Avşar tərzindən danışdı-FOTO
Ali məktəb müəllimlərinin maaşları necə müəyyənləşdirilsin?
Bədəni koronanirusdan qoruyan amillər hansılardır?
Bakıda kimdir günahkar - yolu gedən, yoxsa göstərən?
Adınıza saxta profil yaradılıbsa...
Qoltuqaltı qaralmalarına qarşı 5 təklif
Ruslardan ermənilərə etiraz: "Rədd olun!"
Toronto Film Festivalı: Qırmızı Xalça
Mehriban Əliyeva məzunları təbrik edib
"Linzer" peçenyesi (foto-resept)
Göz quruluğunun yaranma səbəbləri
Həftənin ilk iş günü hava necə olacaq?
Fransız sayağı şorba (foto resept)
Sosial şəbəkədə istifadəçilərinə müraciət edildi
Türkiyənin tanınmış simaları Bakıda - FOTO
70 il sonra gələn məktub
İpoteka almaq istəyənlərə şad xəbər
Südvermə dövründə necə qidalanmaq lazımdır?
Castin Biber satıcı oldu-VİDEO
Millimizin futbolçusu türk klubundan qovulub
Qara rəngli ziyafət donları
Günün qoroskopu: xırda işlərə görə inciməyin
BÜRCLƏR bizə nə vəd edir?-29 Mart
Azərbaycanda vətəndaşlara evdən çıxmaq qadağan olundu - RƏSMİ
Rəqqasə prezidentliyə namizəd oldu - FOTO
- ŞƏRHLƏR