Qadin.NET / Ramazanda qidalanmanın incəlikləri

Ramazanda qidalanmanın incəlikləri

 

Ramazanda qidalanmanın incəlikləri

 

Ramazanda uzun müddət ac qalmaq maddələr mübadiləsinə təsir edir. Buna görə oruc tutanların ciddi sağlamlıq problemləriylə qarşılaşmamaq üçün qidalanma mövzusunda bəzi incəliklərə diqqət etməsi lazımdır.

Ramazan boyunca tutulan orucda uzun müddət ac qalmaq maddələr mübadiləsini yavaşladır və qidaların yağ halına gəlməsini asanlaşdırır. Oruc tutarkən bədən hərəkətlərimiz yavaşlayar və maddələr mübadiləsi sürətimiz azalar. Ani və çox miqdarda yemək yediyimiz üçün yemək sonrasında qan şəkərimiz sürətlə artır, sonra da yenə sürətlə düşər. Bu vəziyyəti, ümumiyyətlə, iftar sonrasında özümüzü yorğun, əldən düşmüş hissetməmizlə anlayarıq.  Aclıq vəziyyətinin uzun müddət davam etməsi baş ağrısı, baş gicəllənməsi, unutqanlıq, diqqətsizlik, yuxuya meyllılik, əsəbilik, həzmsizlik, şişlik, kimi problemlərə də səbəb olur. Xüsusilə iftar saatı yaxınlaşdıqca əsəbilik, ani hirs partlamaları, baş ağrısı, mədə bulanması və halsızlıq kimi əlamətlər artar.

Mədənizə bir anda yüklənməyin

Ağır iftar yeməklərindən sonra ani ürək bulantıları ola bilər. Çünki uzun bir aclıq sonrası ağır yemək ürəyin yükünü artırır. Bu vəziyyət yüksək təzyiqə, beyin qanaması və iflic keçirməyə də yol aça bilər. Əgər ramazan boyunca qidalanma mövzusunda bəzi nöqtələrə diqqət etsək, bu narahatlıqların qarşısını almış olarıq və sağlam bir ay keçirə bilərik. Bir nəfərlik pay miqdarını artırmadan və yeyilənlərin tərkibində olan maddələrə (yağ, karbohidrat, zülal, vitamin, mineral) diqqət edərək və ən əhəmiyyətlisi də bişirmə üsullarından sağlam olanları seçib, ramazanı daha dinc və daha sağlam bir şəkildə keçirməmiz mümkündür.

Diqqət edilməsi lazım olan ilk nöqtə sahur və iftarda kafi maye qəbuludur. Maye istehlakını artırmaq üçün iftarda ilk yemək olaraq şorba seçiilməlidir. Gün içində susuz qalınacağından iftar ilə sahur arasında maye ehtiyacı çox yaxşı qarşılanmalıdır. Ən az 2-2.5 litr su içilməlidir, ayran, təzə sıxılmış meyvə və tərəvəz suları, şorba, kompot kimi içkilərlə maye qəbulu artırılmalıdır.

Bir anda çox miqdarda yemək yemənin bədənə yükləyəcəyi yükü azaltmaq üçün iftar 2 paya bölünməlidir. İftarda sürətli və çox yemək yeyilməməli, yavaş-yavaş və kiçik paylar halında yemək yeyilməlidir. İftar ilə sahur arasına kiçik ara paylar əlavə edilməlidir, beləcə həm çox miqdarda yeməyin verəcəyi mənfiliklərin qarşısı alınar, həm də yavaşlayan maddələr mübadiləsinə dəstək olunar.

 Ramazanda mütləq sahura durmalı və sahurda pendir, yumurta, qatıq kimi yüngül qidalar istehlak edilməlidir. Sahur yeməklərində seçilən qidalar yüksək enerji ehtiva edən və asan həzmediləcək qidalar olmalıdır. Yavaşlayan maddələr mübadiləsini sürətləndirmək və kilo alışını maneə törətmək üçün isə fiziki fəaliyyət artırılmalıdır.

Ramazanda qidalanmanın incəlikləri

Hər axşam xəmir xörəyi yeməyin

 Ramazanda ən çox istehlak edilən qidalardan biri də xəmir xörəkləridir. Qızartmalarda, mayalı qidalardan (xəmir işlərindən), həddindən artıq şəkər və yağ ehtiva edən qidalardan, şərbətli şirinlərdən, çox duzlu və ya ədviyyatlı yeməklərdən, sosiska, kolbasa,  şirniyyat məhsullarından, bal, qaymaq və qazlı içkilərdən uzaq durmaq lazımdır. Qan şəkərini sürətlə yüksəldən qidalar yerinə (kəpəkli çörək, çox taxıllı çörək, çovdar çörəyi, kəpəkli makaron, kəpəkli düyü), tərəvəzlər, meyvələr, qoz, fındıq və badam seçim edilməlidir.

 



Süfrənizdə xurmaya yer verin

  Ramazan süfrələrinin vazgeçilməzlərindən-biri də xurmadır. Xurmanın 200 qədər növü vardır. Xurma; yüksək liflə birlikdə fosfor, kalsium, dəmir, natrium, kalium, maqnezium, A vitamini, B1, B2, B3, B6, fol turşusu kimi vitamin və mineralları olduqca yüksək nisbətlərdə ibarətdir. Daimi olaraq yeyildiyində ürək və damar xəstəlikləri riskini azaldır və qəbizliyi önləyər. Bütün bunlar göz önünə alındığında, ramazan süfrələrində xurma olarsa, sağlamlıq cəhhətdən çox  faydalı olacağı deyilə bilər. Lakin xurmanın yüksək miqdarda şəkər ehtiva etdiyi və bu səbəblə qan təzyiqini yüksəltdiyi də unudulmamalıdır. Yəni həddindən artığa qaçmadan, məqbul ölçülərdə xurma yeməyə diqqət etmək sağlamlıq baxımından çox faydalı olacaqdır.

   Oruc tutmaları sağlamlıq baxımından təhlükəli olan başlıca qruplar bu şəkildə sıralana bilər:

Şəkər-təzyiq xəstələri.

Hamilələr və sürd verən analar (Maye qəbulunun azalması və süd səmərəsinin düşməsi körpə üçün təhlükəlidir.)

19 yaşın altındakı uşaqlar.

Ağılı və psixoloji vəziyyəti xarab olanlar.

Çox yaşlı və xəstə olanlar.

Vərəm və xərçəng xəstələri.

Ağır böyrək və ürək xəstəliyi olanlar.

Mədə xorası, öd kisəsi iltihabı, qaraciyər çatmazlığı olan insanlar.

Ağır infeksiya keçirənlər və ya qızdırmalı xəstəlikləri olanlar.

Tez-tez dərman içməsi lazım olanlar.

19 iyun 2015
GO BACK