Heyvanlarla birlikdə yaşamağın insan sağlamlığına bir çox faydası olduğunu bilirik. Bəs kiçik yaşdan etibarən pişiklərlə birlikdə yaşayan, onlarla böyüyən uşaqları necə bir gələcək gözləyir? “Kedici” jurnalı rəhbəri doktor Tarkan Özçetin, 5 yaşına qədər pişiklərlə böyümüş uşaqların necə və niyə sağlam olduğundan yazdı: Sağlam nəsillərin zəmanəti pişiklərdir. Heç unutmaram, illər əvvəl kilinikama pişik sahibi olmaq üçün yoldaşı Ankarada diplomat olan hamilə bir Amerikalı xanım gəlmişdir. Hansı ki, çoxumuzun həyatında ən az bir dəfə şahid olub gözlərinə inanmadığı, yerə düşən əmziyi bir başa körpəsinin ağzına verən o məsuliyyətsiz, qərbli, amma pis analardan biridir. Əminmisiniz deyə soruşmuşdum, istər-istəməz . İndiyə qədər deyil, niyə hamiləliyin son dövründə evlərinə pişik almaq istəyirdilər? Ağlım kəsmirdi. Doğulacaq körpəmin sağlamlığı üçün demişdir. Doktoru məsləhət görmüş, doğuşdan əvvəl evdə mütləq pişik və ya it olmasını söyləmişdir. Bizdəki çox həkimlər (hələ o illərdə) uşaqların sağlamlığı üçün buna şiddətlə qarşı çıxarkən, evdə olan iti pişiyi uzaqlaşdırılmasını istərkən necə olur, başqa bir həkim belə bir məsuliyyətsizlik sərgiləyə bilirdi? Məgər bir bildikləri varmış: “Gigiyena hipotezi” həddən çox gigiyenik mühitin və bu gigiyenanı təmin etmək üçün istifadə edilən məhsulların həm özümüz, həm də pişiyimiz üçün nə qədər təhlükəli olduğunu qeyd etmişdim. İndi bu gigiyena tutqusunun, insanlarda xüsusilə uşaqlarda, təxmin belə edə bilməyəcəyiniz qədər qalıcı sağlıq problemlərinə səbəb ola biləcəyini anlatmağa çalışacayıq. İmmunitet sistemi və ya vücudun müdafiə sistemi, adı nə olursa olsun, bu sistemin vəzifəsi, vücudumuza təhdid ola biləcək və xəstə edə biləcək bütün amillərə (bunlar bakteriya, virus, göbələk, parazit, hətta xərçəng hüceyrələri belə ola bilir) qarşı qorumaq və savaşmaqdır. İmmunitet sistemi inkişaf etmiş bir fərdin elə də asan xəstələnməyəcəyi çox dəqiq söylənə bilər. Bu sistem həyatın ilk günlərindən hətta ana bətnində inkişaf etməyə başlayır və inkişafının böyük bir hissəsini (bura çox vacibdir) 5 yaşına gəldiyində tamamlayır. Yəni doğuşundan 5 yaşına gələnə qədər yaxşı bir inkişaf göstərən immun sisteminə malik uşaqlar, ömrü boyu elə də asanlıqla xəstə olmurlar. Elə isə canımızdan çox sevdiyimiz uşaqlarımızın bu sistemlərinin inkişafı üçün nəyə ehtiyacları var? Cavab çox sadədir, amma bir o qədər də təəccüblüdür: Mikrob. Bəli səhv oxumadınız, 0-5 yaş arasındakı körpələrin, daha sonrakı həyatlarının bütün mərhələlərinə müsbət təsir edəcək sağlam bir immunitet sisteminə sahib olmaları üçün mikroblarla təmasda olmaları, tanış olmaları və onlarla mübarizə aparmaqları lazımdır. Bu olmazsa nə olar? Açıq demək lazımsa bu sistemin ağlı qarışır. Tanımadığı, bilmədiyi mikrobların əvəzinə savaşacaq başqa şeylər axtarır. Məsələn, polenlərə (çiçək tozu) həvəs göstərir. Nəticə: Allergiya. Mikrobsuz, təmiz mühitdə böyüdülən bu fərdlər ağıla gələ biləcək hər şeyə allergiya və sonrasında astmaya yoluxa bilir.
Ağardıcı iyi qoxan mühitlərdə doğulub böyüyən, ən kiçik temperatur yüksəlməsində dərmanlara və antibiotiklərə bulanan körpələrin müqavimət sistemlərinin daha da zəifləyir. Sistem öz vücudundakı hüceyrələri düşmən zənn edir və onlarla mübarizə aparmağa başlayır. Nəticə, allergiyadan daha da qorxulu: Otoimmun xəstəliklər yaranır. Bir çoxu uşaq deyilə biləcək yaşlarda meydana çıxan xəstəliklərdən bir neçəsi: Tip 1 diyabet ( şəkər xəstəliyi), MS (multiple skleroz), lupus ( qırmızı qurd eşənəyi) seliakiya siyahı, çox təəssüf belə davam edir və çox təəssüf heç birinin dəqiq müalicəsi yoxdur. İl 1989, David Strachan adlı bir araşdırmaçı, yuxarıda anladmağa çalışdığımız “gigiyena hipotezi” deyə bir hipotez ortaya atır. Keçən 27 il içində, bu hipotezin (doğruluğu ya da səhvliyi hələ isbatlanmamışdır) doğruluğunu sübut edən yüzlərcə araşdırma aparılır. Ancaq bu təcrübələrin heç biri nə mediada, nə də başqa yerlərdə gündəmə gəlmir. Hətta gigiyenik hipnozu elmi mühitlərdə çürüdülməyə çalışılır, bunda uğursuz olunsa da sanki bunu həmişə hipotez olaraq qalması istənilir.
Dr.Tarkan Özçetin

XƏBƏR LENTİ
Pis niyyətli insanları tanımaq
Oturaq işin bizdən aldıqları...
Bakıda icazəsiz küçəyə çıxan COVID-19 xəstəsi aşkarlandı
COVID-19 peyvəndi vurulan könüllülərin səhhəti barədə məlumat verildi
Ali məktəblərə qəbulun müsabiqə şərtləri ilə bağlı AÇIQLAMA
Kiyevdən Türkiyəyə xain zərbə
NASA alimi İrlandiya gözəli oldu - FOTO
Cəbhə xəttində gərginlik: düşmən silahı susmur
Sumqayıta iki mərtəbəli qatarlar
Rayonlara getməyə cəhd edənlər geri qaytarılacaq - AÇIQLAMA
Gilas priojnası (foto resept)
Zəhərlərdən təmizlənmə üsulları (I hissə)
Qorxulu hellouin tortları
"Ordumuz çox itki verdi"
Bu gün Azərbaycanda ilaxır çərşənbə və Novruz bayramı qeyd edilir
Energetika Nazirliyinin strukturu təsdiq edildi
"Azərbaycan və Ermənistan prezidentlərinin bu ay görüşəcəyinə ümid edirik"
Gəlin, birlikdə hazırlayaq
Hava haqqında - 13.01.2014
Benzinin qiyməti nəqliyyatda gediş haqqını da artırdı
Nurgül Yeşilçay ona ərə gedir-FOTO
Baxışlar və gözlər
Prezident İlham Əliyevə DGB-in ən ali mükafatı "Qızıl Ordeni" təqdim edilib - FOTO
Merve Özbeyə milyon dəyərində hədiyyə
Çedar pendirli makaron (foto resept)
Yuya-yuya ölürük
Maaşın nə günahı?
Qəbul imtahanının GÖZLƏNİLMƏZ NƏTİCƏLƏRİ
Kolbasa istehsalında xəstə heyvan ətindən istifadə olunurmu?
Nişan və ya qız toyu donları
Beyonce özünə kilsə aldı: 850 min dollar - Foto
Kredit götürmək istəyənlər bu xəbəri mütləq izləsin!
Nazirlik əhaliyə müraciət etdi - Bunu mütləq etməlisiniz
Sərnişindaşımada ciddi azalma - STATİSTİKA
Cenifer Lopez film gecəsinə damğasını vurdu
Dünyanın Ən Yaraşıqlı 5 kişisi
Ərdoğan Putinlə Qarabağı müzakirə etdi
Yay tortu (foto-resept)
Çaylarda vəziyyət necədir?
Keyt Middletonun geyimi səs-küy yartdı-FOTO
XX əsrin faciəsi: Xocalı soyqırımından 27 il ötür
Şirin xəmirdən hazırlanan tortlar
Koronavirusa yoluxmuş insanın bədənində baş verən dəyişikliklər açıqlandı
2018-ci ildə İnstaqram-a qoşulan ulduzlar-SİYAHI
Putinə SUİ-QƏSD edildi
Birlikdə əylənin
Partiya sədri: "Rüstəm İbrahimbəyovun istefası gözlənilən idi"
Məktəblərdə maksimal şagird sayı necə müəyyənləşəcək?
1 gündə 20 akula tutdular-FOTO
“Egey yunan dənizidir”

- ŞƏRHLƏR