Səhərlər yuxudan gözümü açan kimi isti, təzə çörək qoxusu duyuram. Evdə sadiq köməkçim var. Bu köməkçim səhər tezdən xəmir yoğurur, mayalandırır və mən yuxudan durana kimi isti, yumşaq, ətirli çörəyimi bişirir. Hər gün belə edir, özü də nə deyinir, nə yorulur, nə də usanır. Köməkçimin adı çörəkbişirən aparatdır.
Antisanitariyanın baş alıb getdiyi sexlərin çoxluq təşkil etməsi heç kimə sirr deyil. Hansı qadın ailəsinə, uşaqlarına gigiyenik qaydalara uyğun olan keyfiyyətli çörək yedirtmək istəməz ki? Təbii ki, bütün xanımlar bunu istəyir. Lakin qadınlarımızın çoxu hər gün xəmir yoğurmağa tənbəllik edir, çoxları vaxt tapmır və ya sağlamlığı buna yol vermir. Bəs çxış yolu nədir? Çörəkbişirən aparatlar.
Texnikanın inkişaf etdiyi indiki dövrdə çörəkbişirən aparatlar mağazalarda öz yerini tutub. Müxtəlif firmaların müxtəlif formada istehsal etdiyi aparatlar xanımlarımızın əsl köməkçisinə çevrilib. Onlardan istifadə etmək asandır: lazım olan ərzaqları aparatın qabına tökmək, çörəyin növünü, çəkisini (750 qram, 1000 qram və 1500 qram), qızartma dərəcəsini (zövqə görə az qızarmış, orta dərəcədə qızarmış və çox qızarmış) seçmək lazımdır. Bişirmə müddətini aparat özü avtomatik olaraq seçir. Çörəyiniz hazır olanda isə siqnalla sizi xəbərdar edir. Ən əsası odur ki, zamanı özünüz də təyin edə bilərsiniz. Axşam yatmazdan əvvəl yuxarıda sadalananları yerinə yetirdikdən sonra taymeri səhərin istənilən saatına qura bilərsiniz. Nəticədə səhər yuxudan duranda artıq hazır isti çörəyiniz sizi gözləyəcək.
Belə aparatlarda çörəyin bir çox növünü bişirmək olar: ağ, kəpəkli, qara, hamburqer, sendviç, fransız çörəyi və s. Bundan başqa kekslər və cemlər bişirə, mayalı xəmirlər hazırlaya bilərsiniz. Aparatı alarkən sizə verilən kitabçada istifadə olunan ərzaqlar, onların miqdarı, bişirmə müddətləri qeyd edilir. Yaddan çıxarmayın: bütün ərzaqlar mütləq yazıldığı qədər tökülməlidir (elektron tərəzidən istifadə etməklə), əks halda çörəyiniz keyfiyyətli alınmayacaq.
Belə aparatları ixtisaslaşmış mağazalardan almaq daha məqsədəuyğundur. Çünki adi mağazalardan alınan aparatların çoxunda çörək tam bişmir və çiy qalır.
XƏBƏR LENTİ
Koronavirusu qəsdən yayan adam öldü
Acundan AÇIQLAMA-FOTO
Tarkandan kimsəsizlərə BÖYÜK DƏSTƏK
Gəlinlik yerinə Dinozavr paltarı geyindi-FOTO
Payızın rəngləri
Gözəlliyi ilə seçilən quşlar
Uşaqlara "bank"a qoymaq olmaz!
Bakının harasında ev tikilməz?
Apple şirkətindən sensasion etiraf
Pullarınızdan ehtiyatlı olun: dəhşətli virus yayılır
Castin Biber xanımının şəklini paylaşdı
Avropa İttifaqı 10 ölkəyədək kiçilə bilər
Qəribə və nadir heyvanlar (4)
Daha bir şəhidmizin adı bilindi
Gəzməyə qərib ölkə, bəs bayrama?
Əvvəlki illərin məzunları üçün imtahandır
Qaşlarını yan dara, qız...
Bakıda Türkiyə Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib
Daha bir serial Final edir
Azərbaycan etiraz etdi, erməni abidəsi qoyulmadı
Depressiya sənətkarın gözündən
MTN "işi" ilə bağlı RƏSMİ AÇIQLAMA - 7 nəfər həbs olundu
Qara zirənin faydaları-2
Quranı ayaqladı, polis tutdu
Xəstəlik: heç nə gördüyümüz kimi deyil
Günün ulduz falı
Aİ Azərbaycan-Ermənistan arasında vəziyyətin gərginləşməsindən təəssüflənir
"Fazilet hanım ve kızları"dan sonra bu serialda oynayacaq
Sarkisyan Azərbaycanla sərhədin demarkasiyası üçün Putindən kömək istədi
Yeməyə görə kalorini necə yandırmalı?
Ingilis Dili-XXI Dərs
Aslı Enver məşhur aktyorla görüşdü-SƏBƏB/FOTO
Sızanaqlar aradan qaldıran qidalar
İmkan verin, bir az da yatım...
Kirkorovun qətlini Maksim Qalkin sifariş verib?
62 yaşlı beş uşaq anası cəlbediciliyinin sirlərini açdı - FOTO
Burak və Fahriye oğullarına bu ADI verəcək
İctimai Televiziya Şuşada - VİDEO
Zirəddin Rzayev "Ekstrasenslər"in olmadığını ETİRAF etdi-VİDEO
Böyük Britaniya rekord həddə avtomobil istehsal edib
Kişilər də nə vaxtsa qadınlar qədər yaşayacaqlarmı?
Mark vəzifəsini itirə bilər!
Səlçuk Bayraktardan Gəncə ilə bağlı paylaşım
Avropa Parlamentinin üzvü: "Ermənistan Dağlıq Qarabağdan geri çəkilməlidir"
Metin Haranın yeni sevgilisi Simgedir?-FOTO
Sueprmarketdə görülməmiş hadisə-FOTO
Meyvə şirələrinin faydası
Yalnız kişilər üçün!
Avropa Oyunlarına hazırlıq işləri çərçivəsində 700 polis əməkdaşı xarici dil kurslarına cəlb olunub
HAVA necə olacaq?-30 Sentyabr
- ŞƏRHLƏR