Dr Agayeva
Mənim məktəb illərində ən çox arzuladığım arzu həkim olmaq idi. Tibb universitetinə daxil oldum, elə 1-2 həftədən sonra çətin, yuxusuz günlərimdə dedim gör neçə illər nəyi arzulamışam e... Növbəti arzum tələbəlik illərində yarandı. Mən gitara eşqinə düşdüm, elə bilirdim ki, əlimə alan kimi istədiyim mahnını çalacam. Cahillik dövrüm, nə bilim. Aha, demək gitaranı da musiqi alətləri dükanında görmüşdüm. "Həm ziyarət, həm ticarət" filmində Mustafa müəllim qlobusa baxan kimi mən də bir müddət bu gitaraya baxdım. Çünki tələbəydim, ona o pulu verməyə əlim gəlmirdi. Axırda arzumdu deyib aldım. Elə ki gördüm hər şey göründüyü kimi asan deyilmiş, həvəsim öldü, hətta qaytarmaq fikrinə belə düşdüm, ancaq gec idi. Gətirib verdim atama. Üçüncü manyak kimi arzuladığım şey maşın sürmək oldu. Ancaq onun xəyalını qururdum. Ona da yoldaşım şərait yaratdı. Məni qorxu necə basdısa sükana yaxın durmadım. Və anladım ki, heç bir şeyi çox arzulamaq lazım deyil. Həyatı axarına buraxıb yaşamaq lazımdı. Yalnız ailəmə, sevdiklərimə can sağlığı arzulayıram. Qalan şeylər Allah məsləhət bilsə olacaq, olmasa da şükür Rəbbimin məsləhətinə... Bir az uzun oldu, bu qədər.
Seli
SəRRaS, xəbərə dəvətin üçün təşəkkürlər, indi isə keçim xəbərə! Mənim də hər bir insan kimi həyata keçən və keçməyən arzularım olub. Həyata keçmiş arzularım azlıq təşkil etsə də ən mühüm arzularım olub. Ancaq insan övladının arzuları tükənmək bilmir. Buna görə də bir arzu yerinə yetdikcə yeni arzular doğulur. Həyata keçməyən arzularım arasında ən çox məni incidəni yazmaq istəsəm də yaza bilmədim. Çünki konservant olmağım səmimiyyətimə mane oldu. Buna görə üzr istəyirəm hər kəsdən! Həyata keçən ən böyük yox, ən gözəl arzum isə Allahımın mənə öz ürəyim istəyən kimi gözəl qəlbli həyat yoldaşı bəxş etməsidir. Ən böyük və artıq uzun zamandır həyata keçməyini gözlədiyim arzum isə "Analıq" zirvəsinə qalxmaq istəməyimdir, hələ ki Rəbbim məni bu mərtəbəyə layiq görmür. Ancaq bu arzum həyata keçməyincə artıq mənim ikinci böyük arzum yaranmayacaq. İkinci həyata keçməyini çox istədiyim arzum isə doğma torpaqlarımızın qaytarılmasıdır. Çünki o torpaqların saf havasının, saf suyunun həsrətini həqiqətən çox çəkirəm. Məndən bu qədər! İnşAllah Allah hər kəsi qəlbindəki bütün arzularına çatdırsın.
M...A.Zeynalli
SəRRaS, sizə təsəkkür edirəm mənə də yer verdiyiniz üçün .Əlbəttə hamı kimi mənim də həyata keçən və keçməyən arzularım var. Mənim arzum Həkim olmaq, olub amma bu sənətə yox, sevdiyim basqa sənətə yiyələndim. Amma indiki arzularım budur ki, valideynlərimin, bacımın, qardaşımın Allah canını sağ eləsin. Başqa elə böyük arzularım olmayıb, indi də arzu, istəyim budur ki, yoldaşımla başqa evə çıxaq, mənim də işləmək məsələm tezlikə alınsın, xoşbəxt, hüzur dolu günlər yaşayaq, valideynlərimiz sevdiklərimiz də yanınımızda.
Emila
Çox sağ ol canım, mənə xəbərində yer ayırdığın üçün. Uşaqlıqdan nə istəmişəmsə, çox sağ olsunlar, valideyinlərim hər istəyimi yerinə yetiriblər, amma bircə arzum ali məktəbə daxil olmaq idi. O da alınmadı və bəzi səbəblərə görə üstünə düşmədim, sonra da ailə qurdum, inşAllah o arzumu Allahın köməkliyi ilə yoldaşım söz verib yerinə yetirəcək. Üç ildir ailəliyəm, şükür Allahıma həyatımdan narazı deyiləm. Allah bütün ailələri sevindirsin və ürəklərindəki, arzuları versin inşAllah. Gözəl bacım, Allah sənin də ürəyindəki arzunu versin, yazıların davamlı olsun.
MELEYIM
Əvvələ bacı, mənə də xəbərində yer verdiyin üçün çox sağ ol. Hamı kimi mənim də arzularım çoxdu. Ümumiyyətlə insan yaşadıqca arzuları bitmir. Bu da olsun da heç arzum qalmayıb deyirik, amma o arzumuza çatandan sonra yenə arzular başlayır. Şükür Allaha istədiyim hər şeyi Allah verib. Amma ixtisasımla bağlı arzum ürəyimdə qaldı. Mühasibatçı olmaq istəyirdim, amma musiqi müəlliməsi oldum (fortepiano üzrə). Buna da şükür, əlimdə sənətim var. Amma insanın ürəkdən istədiyi olanda daha yaxşı olur. İndi də arzusunda olduğum arzumun həyata keçməsinə İnşAllah Allahın köməkliyi ilə azca qalıb. Ən böyuk arzum odur ki, Allah ailəmə, hamıya can sağlığı versin İnşAllah. Allah cümləmizi arzularına çatdırsın İnşAllah.
farida-asadova
SəRRaS, canım, bu xəbərdə məni də görmək istədiyin üçün çox sağ ol.
Mən həyatımda baş verən ilkləri heç vaxt unutmuram, sən də mənim həyatıma mənə ilk dəfə xəbərdə yer ayıran bir insan kimi daxil oldun.
Allaha şükurlər olsun ki, bu vaxta kimi elə bir arzum olmayib ki həyata keçməsin, həmişə necə biriylə ailə quracağım haqda düşündükdə gələcək həyat yoldaşımda təsəvvür etdiyim xususiyyətlərin hamısı həyat yoldaşımda var, mən doğurdan da yarımı tapmışam.
Yerinə yetməyən arzum budur ki özumə həmişə 3 -4 övlad arzu etsəm də deyəsən bu qədər övladım olmayacaq, çünki səhhətim və ailə durumum buna imkan vermir.
Bir də özümə onu arzulayıram ( bəlkə də bu istəkdir) ki, kəndimizdə bir çay var, bu yayda o çayda olmaq istəyirəm.
dj alena
Canım bacım, əvvəla mənə də xəbərində yer ayırdığın üçün sənə dərin minnətdarlığımı bildirirəm. Arzular sonsuzdur, əsas da mənim arzularım, mən Allahdan yerinə yetirilməsi çətin olan arzular diləmirəm heç vaxt. Çünki bilirəm ki, belə arzular elə həmişə arzu olaraq da qalır. Rəbbimə şükürlər olsun ki nə vaxt əlimi ona açmışamsa, heç vaxt boş qaytarmayıb, həyatda başıma nə gəlirsə, istər yaxşı, istər pis, bunun Allah tərəfindən mənə göndərildiyini bilirəm. Həyatdakı ən böyük arzum ailəmin və mənim can sağlığımız olub, çünki mən əminəm ki canın sağ olduqdan sonra istədiyin hər şeyə sahiblənə bilərsən. Sonrakı arzum təhsil almaq idi (evimizdə olanda), özü də həkim olmaq istəyirdim, amma alınmadı, belə qismətmiş. Üçüncü arzum sevdiyim bir insanla ilə qurmaq və onunla xoşbəxt olmaq olub, şükürlər olsun ki bu arzuma nail olmuşam. Hal-hazırda ən böyük arzum ana olmaqdı, inşAllah Allah Təala məni bu arzuma çatdırar, elə səni də, burdakı ana olmaq arzusunda olan bütün qızlarımızı da... Övlad sahibi olduqdan sonra da arzum onu xeyrli böyüdüb, boya-başa çatdırmaq olacaq hər halda. Dediyim kimi arzular tükənmək bilmir, elə hey bir-birinin ardınca gəlir. Sonda hamıya dilədikləri arzularının yerinə yetməsini arzu edirəm. Çox sağ ol, canım...
Gunew
Həyata keçməyən arzum çox olub. Ən birinci arzum təhsil almaq idi. Universitetə iki dəfə imtahan verdim, qəbul olmadım. Hər bir qızın arzusu gözəl gəlinlik geyinməkdir. Mən öz gəlinliklərimi və qızıllarımı toy günü gördüm. Pis deyildilər, amma mənim arzuladığım gəlinliklər olmadı. Hər iki toy günü arzularımın əksi oldu. Təsəvvür etmədiyim hadisələrlə qarşılaşdım. Ondan sonra ən böyük arzum övlad sahibi, ana olmaq idi. Allahıma şükürlər olsun ki, bu arzum həyata keçdi. Artıq iki övladım var. Və mən çalışacam ki, Allahın izni ilə onların arzularını həyata keçirim.
♥ Fatime.M ♥
Adətən həyatımda başqaları üçün arzuladığım arzular həyata keçib, amma özüm haqqında olan arzularıma bunu şamil etmək olmaz. Məsələn, istəmişəm universitetə daxil olum, alınmadı. Amma yenə cəhd edəcəm, inşAllah. İstədim hicaba keçim, yenə də arzum ürəyimdə qaldı, anam icazə vermədi. Amma bu halıma şükürlər olsun. Necə deyərlər, Allahdan ümid kəsilməz. İnşAllah bir gün həyat mənim də üzümə gülər.
Fidan
İlk öncə xəbərində mənə yer verdiyinə görə çox sağ ol, bacı. Mənim arzularımın çoxusu axirətlə bağlıdı. Amma bu dünyada yaşayırıqsa, istər-istəməz arzular olur. Hələ mənim yaşında bir qız üçün... Mənim yaşım az olduğuna görə hələ arzularım qabaqdadı. Mənim ən böyük arzum fars dilində oxumaqdır. Allah atamın canını sağ eləsin, mənə Qurani-Kərimi ərəbcə oxumağı öyrədib. Elə dini kitablar var ki, farsca yazılıb və mən oxuya bilməyəndə çox təəssüflənirəm. Atam bilir, amma mən hələ öyrənmək istəmirəm, çünki çətindi və gərək söz ehtiyatım çox olsun. İnşAllah bir gün özümü tam hazır hiss edəndə öyrənməyə başlayacam. İkinci ən böyük arzum isə dünya arzusudu və coğrafiya müəlliməsi olmaqdı. Bu arzum 6-cı sinifdən başlayıb, amma artıq həvəsim bir az ölüb, çünki bir başa instituta verə bilməyəcəm (hicablı olduğuma görə), gərək kollecə verim, sonra instituta da verim. Amma yenə də ümidim var. Mənim kimi çox hicablı qızların arzusu arzu olaraq qalıb, təkcə hicablı qızların yox, tez ərə verilən qızların, valideynlərin istəyi ilə məktəbdən çıxardılan qızların. Amma İnşAllah heç kimin arzusu arzu olaraq qalmaz. Həyatda hər kəsə uğurlar arzu edirəm.
XƏBƏR LENTİ
“Dünyanın ən yaxşı futbolçusu özüməm”
Bu kənddə adamın kiprikləri də donur
İstehsal tarixindəki səhvlər
Gerenuk
Klaç çanta modelləri
Xanım Qafarova dəfn edildi
Qızı aparıcını çətin vəziyyətə saldı - VİDEO
Gələn il “BakıKart”ın yeni növü hazırlana bilər
HAVA necə olacaq? 25 Mart
Azərbaycan himni Moskvada səsləndi və bayrağı yüksəldi!
O mükəmməl bədən kimindir?
Ev heyvanları haqqında doğru bilinən yanlışlar
Bir cümlənin ifadə etdiyi dərin mənalar
Yupiterlə kometa toqquşacaq - Yer məhv olacaq?
Azərbaycanlı məşhurlar itlərlə bağlı ÇAĞIRIŞ ETDİ - VİDEO
Bu avadanlığa görə 3 il gömrük rüsumu alınmayacaq
Sabahın HAVAsı
Yeni il şamı (foto resept)
Məşhur müğənni ərə gedir-FOTO/VİDEO
Atatürk köşkündə gizli sığınacaq tapıldı-FOTO
Dünyanın ən maraqlı 99 faktı-3
Dəhşətli xəstəlik 40 can aldı
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə start verilir
"Burberry" çanta
Qadınlarda menopauza və müalicəsi
Otağında televizor olan uşaqlar təhlükədədir!
Göz rənginə görə makiyaj
Qeyri-adilik üçün 13 ideya
Çingiz "Eurovision" dakı çıxışından danışdı - VİDEO
Hansı meyvə-tərəvəz hansı xəstəliyin dərmanıdır?
Dünyanı məhvə aparan dərman qadağan edilir
Böyrək daşı əməliyyatı
Fərqli ayaq bilərzikləri
Ancelina Colinin oğlu universitetə qəbul oldu-FOTO
Cey Lo ideal bədəninin sirrini açdı - FOTO
Rusiya təyyarələri bombaladı: 40 ölü
İngilislər internetdə mübarizəni gücləndirirlər
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
ABŞ tarixində ilk qadın prezident?
“Çukur”un aktyoru yenidən gündəm oldu-FOTO
Fermerlərə kombaynlar paylanıldı
Günün qoroskopu:Yaranan imkanları dəyərləndirin
Evlərimiz nə vaxt qızacaq?
Rəfiqəsi Maradonadan 6,3 milyon dollar tələb edir
Bakıda yeni doğulmuş uşaqda və anasında koronavirus aşkarlanıb - VİDEO
Günün qoroskopu: soyuqqanlı düşünün, təmkinli olun
Qeyri-adi bəzək əşyaları
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
HAVA necə olacaq? 23 MAY
Dünyanı bu bəladan pişiklər xilas edəcək
- ŞƏRHLƏR