Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-19, gündüz 27-32, Bakıda gecə 17-19, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.
Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında iyunun 07-də gündüz qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 17-22, gündüz 29-34, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
İyunun 07-də Abşeron yarımadasında mövsümə uyğun temperatur rejimi və xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Bakıda və Abşeron yarımadasında iyunun 7-si axşamdan 9-u gündüzədək şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
XƏBƏRDARLIQ
İyunun 9-da gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.
İyunun 7-si gündüz şimal və qərb rayonlarından başlayaraq Azərbaycanın bəzi rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək.
Çaylarda sululuğun artacağı ehtimal olunur. Qeyri-sabit hava şəraiti iyunun 11-dək davam edəcək.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Bu gecə həyəcan başlayır
Nəyə görə İsveçrə dünyanın ən xoşbəxt ölkəsidir?
Dollar yeni müharibəyə hazırlaşır
5 il əvvəl batan gəminin indiki vəziyyəti
Buraxılış imtahanlarında "2" alan şagirdlərin sayı açıqlandı
Qazlı içkilərdən gələn bəla
Ebola qapımızı döyə bilər...
2013-cü il ən isti illərin onluğuna düşəcək
İlin adamı seçildi
Bürclərin sevgiliykən ortaya çıxan xüsusiyyətləri
Albert Eynşteynin tüklü "qohum"u tapıldı
Seda Sayan QƏZƏBLƏNDİ-SƏBƏB
Ağ-qara şəklini paylaşdı, Sezen Aksuya bənzədildi
Votsap istifadəçilərinin yazışmaları necə izlənilir?
TQDK bu gün cavabları elan edəcək
Milyonlar qazandıqları halda ucuz avtomobil istifadə edənlər
Ananaslı kartof salatı (foto resept)
Apple-in əfsanəsi yalan çıxdı
Pizza xəmirində balıq
Culiya Roberts yenə corab markasının üzü oldu
Dekorasiyada vintage tərzi
O, SSRİ-də bu mükafata layiq görülən ilk qadın idi... - 7 FAKT
İlham Zəkiyev 6-cı dəfə Avropa çempionu oldu
Türkan Şorayın daha bir istedadı üzə çıxdı_FOTO
Beren Saat bu dəfə sadəliyi ilə diqqət çəkdi
Baş ağrılarına səbəb olan amillər.
Ordumuz Ermənistanın 1,2 milyard dollarlıq hərbi texnikasını məhv edib
Türkiyədə koronavirusa yoluxanların sayı artıb
Buraxılış imtahanı təxirə salındı-SƏBƏB
Yol kənarındakı çantadan şübhələndi: Yaxınlaşanda gördüklərinə inana bilmədi
Günün ulduz falı - 04.02.2014
Manikürün 4 trend rəngi
Günün qoroskopu: qəfil gəlişlər xoş ola bilər
Eyvandan atılmış alma üç aylıq körpəni komaya saldı
Günün tövsiyəsi: film, mahnı, kitab
"Ermənilər Azərbaycanda gücsüzlüklərini göstərirlər"
Yağ yandıran detoks çayı
Azərbaycanlı həkim: “Xəstə bir saat əvvəl su içib test versə, neqativ cavab ala bilər” - MÜSAHİBƏ
Nazirlik GMO-larla bağlı analizlər apara biləcək
Bakıda səkkiz fəndən “iki” alan şagirdlə bağlı RƏSMİ AÇIQLAMA
Siçan ilində bizi nə gözləyir? - Şərq təqviminə görə ASTROLOJİ PROQNOZ
Azərbaycan Fransa mineral suyunun istehsalına başlamağı planlaşdırır
Qaməti dikəltmək üçün
Ancelina Colinin uşaqları əlindən alına bilər-FOTO
Azərbaycanda daha 131 nəfər koronavirusa yoluxub, bir nəfər vəfat edib
Uşaqlar neçə saat yatmalıdır?
Hava XƏBƏRDARLIĞI
Ermənilərdən insanlığa sığmayan təxribat: Əsgərlərimizə tələ qurmaq istədilər - VİDEO
Baş nazirdən məktəblərdə tədris ilinin müddəti ilə bağlı MÜHÜM QƏRAR
Ermənidən şok Qarabağ etirafı














