
APA-nın xəbərinə görə, baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, beynəlxalq tədbirlərdə iştirak edən erməni deputatlar Azərbaycanın, Bakının inkişafını, müasirləşməsini, qüdrətini görərkən onlarda qıcıqlar yaranır.
Onların bu qıcıqları provokasiya şəklində ifadə etdiklərini deyən Ə.Əhmədovun sözlərinə görə, bu hərəkətləri ilə bir daha özlərini biabır edirlər: “Bundan qorxmaq lazım deyil. Ermənilərin Bakıya gəlməsi məsələsinə gəlincə, Bakıda keçirilən beynəlxalq tədbirdə iştirak edən qonaqları Azərbaycandan daha çox təşkilatçılar olan ATƏT, ATƏT-in Parlament Assambleyası dəvət edir. Amma bunun bir müsbət cəhəti də var ki, ermənilər Azərbaycanın, Bakının inkişafı ilə öz ölkələrinin uçuruma doğru inkişafının nə qədər böyük təzadlar yaratdığını öz gözləri ilə görürlər. Təbii ki, belə bir mənzərə onlarda qıcıq yaratmaya bilməz.
Bu qıcığın ifadə forması isə ayrı-ayrı təxribatlar olur. Provokasiyalara Azərbaycan tərəfindən cavab vermək iqtidarında olan insanlar da, arqumentlər də var. Güman edirəm bütün mövqelər, istiqamətlər üzrə erməni tərəfi gücsüzlüyünü həm nümayiş etdirir, həm bunu etiraf etmək zorundadır, həm də bunu bütün dünyaya göstərir. Əgər Bakıda keçirilən ATƏT Parlament Assambleyasının Daimi Komitəsinin iclasında da yenidən provokasiya etməyə cəhd etsələr, lazımi cavablarını alacaq və bir daha özlərini biabır etmiş olacaqlar”.
Ə.Əhmədov vurğulayıb ki, ATƏT Parlament Assambleyasının Daimi Komitəsinin növbəti iclasının Bakıda keçirilməsi bütövlükdə Azərbaycanın Avropa meydanında, səviyyəsində əhəmiyyətinin, nüfuzunun artmasına bilavasitə göstəricidir: “Azərbaycan bir çox beynəlxalq təşkilatların tədbirlərini keçirmək üçün seçdiyi məkana çevrilib. Bu da Azərbaycanın inkişafının bilavasitə göstəricisi, beynəlxalq aləmdə hörmətinin, nüfuzunun, əhəmiyyətinin, rolunun artmasının ifadəsidir”.
Mənbə: Milli.Az

XƏBƏR LENTİ
Rəqəmsal portretlər
İŞİD-in azad etdiklərindən şok etiraflar
Dolların qiyməti kəskin dəyişdi
Arıqlamağın asan yolları
20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir
Şimal qütbündə nələr baş verir? - FOTO
Anasına bənzəməmək üçün 200 əməliyyat keçirdi - FOTO
"Bir ailə bir uşaq" siyasəti ləğv olunur
Pakistan baş naziri “Facebook”u anti-islam məzmunlu fikirləri bloklamağa çağırdı
Azərbaycanda ana adına namizədlərə xoş xəbər
Danışıqlar nəticə verməsə...
Tom Kruz və Keti Holmsun qızı gözəlliyi ilə diqqət çəkdi-FOTO
Rusiyadan qorxulu addım
Koronavirusla bağlı SON STATİSTİKA
Maykl Ceksonun gödəkçəsi 300 minə satıldı-FOTO
Ledi Qaganı kuklaya bənzətmək istədilər-FOTO
Erməniləri qorxudan təlim
Hamilə xanımlar üçün geyimlər
Kameralara düşən ən nəhəng ilanlar-VİDEO
Aslı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Paytaxtda unikal işıqforlar quraşdırılacaq
Merlin Monronun öldüyü ev rekord qiymətə satıldı
Yuxusuzluq da stresə səbəb olur
Kələm turşusu (foto resept)
Elmin hələ də aça bilmədiyi 15 sirr
Pomidor ucuzlaşdı!
Ərdoğan İstanbulun fəth olunmasına həsr olunan tədbirdə çıxış edib
Bakıda "Röya adası" gerçək olur
Uşaqlar üçün yataq örtüyü dəstləri
Biləkdəki xətlər NƏYƏ İŞARƏDİR? - İnanmayacağınız GİZLİ MƏNALARI
40 yaşdan sonra necə geyinək?
Tanış olun: dünyanın yeni, ən yaraşıqlı canisi - FOTO
Noyabrın son günü Azərbaycanda hava necə olacaq?
Hicab qadağası ləğv olundu
Məşhur aktrisaya 2milyonluq TƏKLİF
Mozaika ilə ev dekorasiyası
Lotereyada 7,3 milyon dollar udub
10 yaşlı uşaqdan 2 kilo şiş çıxarıldı–Həkimlər ŞOKda
Qəzzada atəşkəs pozuldu
Qarabağda darmadağın olan erməni ordusu qadınların ümidinə qalıb - VİDEO
Ciyər qovurma (foto-resept)
Havayla bağlı ciddi XƏBƏRDARLIQ
104 yaşlı moda ikonu-FOTO
Gənclər bu xəbəri çoxdan gözləyirdilər!
Cennifer Enistonu ölümlə hədələdi-FOTO
İsti qurbanlarının sayı 2000-i ötdü
Bakı-Sumqayıt qatarı ilə bu yerlərə də getmək mümkün olacaq
2015-in bizdən aldığı məşhurlar
Bu necə razılıqdır?
Ağ Evin qarşısında atışma

- ŞƏRHLƏR