Qida sənayesində son illərdə çox qazanclı bir sahə kəşf edilib. Uşaqların unlu-şəkərli qidalara qarşı marağının çox olmasını nəzərə alan işbazlar bu zəifliyi istismar edirlər. Demək olar ki, bütün dünyada uşaqlar şəkər asılılığına tutulub. İçkilər şəkərli qidalar arasında ən çox istehlak edilən maddələrin başında durur. Limonadlar, soyuq çay, boyalı meyvə suları, meyvəli qazlı sular, qutu meyvə sularından bu gün hamı istifadə edir. Bu qidaların istehlakı isə gündən-günə artır. Lakin yetkin bazarı belə qidalardan doyduğu üçün hədəf uşaqlara yönəlir. Qazlı içki sənayesi uşaqların maraq dairəsinə daxil olmaq üçün reklama milyardlarla dollar xərcləyir. Bu marketinq fəaliyyətlərinin çoxu oyuncaqlar, çizgi filmləri, filmlər, yarışmalar, oyunlar, radio-televiziya, jurnallarla uşaqları hədəfə alır. Əgər fikir vermisinizsə, televiziyada yayımlanan reklamlardan 4-dən 3-ü uşaqlara istiqamətlənir. Bu gün marketlərdə, dükan və mağazalarda, bufetlərdə bu zərərli içkilər satılır. Ümumiyyətlə, limonad, kola, adları ilə satılan qazlı içkilər şəkərli suların karbon qazı ilə doyurulması nəticəsində meydana gəlir.
ABŞ Sağlamlıq Qrupunun verdiyi məlumata görə, hər adam il ərzində 700 qab qazlı su istehlak edir. Son 30 ildə qazlı içki istehlakı qadınlarda iki, kişilərdə üç dəfə artıb. Qeyd edək ki, qazlı içkilərdən 12-29 yaş arası kişilər daha çox istifadə edirlər.
Terapevt Bəsti Əlməmmədovanın sözlərinə görə, qazlı içkilər köklük, diabet, diş çürüməsi, sümük əriməsi, ürək xəstəlikləri və nevroloji xəstəliklərə səbəb olur. "Qazlı su içənlərin əksəriyyəti, demək olar ki, meyvə-tərəvəz yemirlər. Bu səbəblə də onlarda vitamin və mineral çatışmazlığı əmələ gəlir. Şəkərli qazlı içkilərin ən böyük zərəri köklükdür. Bu suların tərkibində sürətlə əmilən şəkər olduğu üçün tez bir zamanda insanda şəkər asılılığı xəstəliyinə səbəb olur. Bu səbəblə də digər narkotiklər kimi asılılıq yaradır və həzz verir".
Qazlı içkilər turşu xüsusiyyətli olduğu üçün bədəndə turşu-qələvi tarazlığını pozur. Bunun nəticəsində turşu bir mühit meydana gəlir. Uzun davamlı turşu mühit isə mədədə yanma və ağrı yaradır. Diş çürükləri, sümük əriməsi və sümük qırılmasına səbəb olur. Diş çürüməsi ilə yanaşı, həzm problemləri də meydana gəlir. Buna görə də ABŞ-ın bir çox əyalət məktəblərində qazlı içkilərin satılması qadağan edilib.
Qazlı içkilərin səbəb olduğu bir başqa problem isə çay, qəhvə və spirtli içki kimi su itkisinə səbəb olmasıdır. Lakin insanın dil-dodağı islandığı üçün susuz qaldığını anlamır.
Mütəxəssislər bildirirlər ki, qablaşdırılmış meyvə şirələri də sağlamlıq üçün zərərlidir. Sənaye tipli meyvə suları, içindəki meyvə nisbətinə görə dörd yerə bölünür. Qida mühəndisi Fərman Əhmədovun bildirdiyinə görə, bunlar meyvə suyu, meyvə nektarı, meyvəli içki və ətirli içkilərdir. "Meyvə sularında 100 faiz, meyvə nektarında 24-99, meyvəli içkidə 10-24, ətirli içkilərdə isə 0-9 faiz meyvə var. Bəzən ətirli içkilərə heç meyvə də qatmırlar".
Müsahibimiz bildirir ki, "saf" meyvə suları təbii şirə kimi faydalı olmur. Çünki qablaşdırılmış meyvə şirələrinin ömrünü uzatmaq üçün 95-105 C-dı qablaşdırılır. Beləcə meyvə suları 1 il turşumadan, qıcqırmadan qala bilir. Yəni 100 faiz meyvə şirəsi yazılmış qablarda olan şirələr digərlərindən yaxşı ola bilər, amma təbii şirənin yerini vermir. Ən yaxşısı ev üsulu ilə hazırlanmış meyvə şirələrindən istehlak etməkdir.
Elm adamları yaşlanmağa, Alzheymer, xərçəng və bu kimi digər xəstəliklərin qarşısının alınması üçün təzə sıxılmış meyvə şirəsi içmək məsləhət görürlər. Xüsusilə, qara üzüm, qreypfrut, alma və nar suyu hər cür xəstəliklə mübarizə apara biləcək qədər antioksidanla zəngindir. Təzə sıxılmış meyvə sularının həftədə ən az 3 dəfə istehlak etmək məsləhət görülür.
Araşdırmalara görə, həftədə orta hesabla 3 dəfə bu meyvələrin suyunu istehlak etmək Alzaymer riskini 100/76, ürək xəstəlikləri riskini isə 100/30 nisbətində salır. Bu mevyə sularındakı antioksidanlar sərbəst radikalların hüceyrələrə hücumunu yox etməsinə maneə törədir. Bu da yaşlanma təsirlərini azaldır. Mütəxəssislər meyvə sularında rast gəlinən antioksidanların qırmızı şərab, qəhvə və şokoladda da olduğunu, bu qidaların da məqbul miqdarlarda qəbul edilməsini məsləhət görürlər.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Qızıl dəqiqədə arzu tut
Azərbaycan əsgəri ilə erməninin dialoqunu əks etdirən görüntülər yayıldı - ŞƏRHSİZ VİDEO
"2 yaş" tortu (foto resept)
Azərbaycanda hansı ixtisaslar üzrə vakant müəllim yerləri qalıb?
Aktyorun yeni imici bəyənildi - FOTO
Akının FOTOsu 20 dəqiqədə 150min LİKE yığdı
Ordumuz üçün 60 milyon
Saunanın faydaları
İlandan hazırlanan alkoqollu içkilər
Bir-birindən gözəl yay ayaqqabıları
Azərbaycanda daşınmaz əmlak UCUZLAŞACAQ
HAVA necə olacaq?
Dahilərdən gözəl sözlər - 5
Göz oxşayan gəlinliklər
Düzgün duruş üçün 4 idman hərəkəti
Övladınızı internetdə gözləyən təhlükələr
Evinizi payıza hazırlamaq üçün 5 yol
Messi anti-koronavirus döşəkdə yatır
Dodaqları dolğunlaşdıran təbii üsullar
NASA alimindən YADPLANETLİ açıqlaması
Gülşen oğlunu 75 minlik bağçaya qoydu-FOTO
Kənan Doğulu paylaşdığı FOTO ilə diqqət çəkdi
Dövlət katibi Con Kerri Azərbaycan xalqına müraciət etdi
Tozdan sənət əsərləri
Gəlinlik tacları
Bütün bədəni skaner edən ilk qurğu - VİDEO
Məşhur müğənninin anası öldü-FOTO
Meryem Üzerli Dominikdə belə görüntüləndi-FOTO
Çinin ağılagəlməz kosmik planı
Payız depressiyası və ondan xilas yolları
Şeyma Subaşı HƏBS edilə bilər-SƏBƏB
"Ölüm körpüsü"nə çarə tapdılar
Orta əsr coğrafiyası (V-XV əsrlər )
İngilis dili-Ww
Dərini təmizləyən və ağardan maska
Həzrət İsanın doğulduğu yerdə Milad ağacı quruldu
Yaralıyam, dəymə…
Çəmənotu
Reynmendən ailəsinə bahalı hədiyyə
Səni sevirəm... Deyim niyə?
Nazirlik işçi axtarır
Düşmən şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib - RƏSMİ
Xaçmazlı idmançı Avropa çempionatının qalibi oldu
Həftənin ulduz falı
İngilis dili - İ (1)
Eksklüziv Porsche 911 Turbo S
Şeymanın FOTOsu diqqət çəkdi-FOTO
Cennifer Lopez gözəlliyi ilə diqqət çəkdi-FOTO
Prezident: “Türkiyə-Rusiya birgə atəşkəs nəzarət mərkəzinin yaradılması bölgədə iş birliyinin yeni formatıdır”
Yeni tədris ilində dövlət universitetlərinin təhsil haqlarında artım olacaqmı?
- ŞƏRHLƏR