Hər birimiz gözəl saçlara sahib olmaq istəyirik, amma payız və qış fəslində havada rütubətin çoxalması geyindiyimiz geyimlərin qalınlığı və ən əsası yediyimiz qidalarda vitamin və mineralların azlığı saçların tökülməsinə və saçqıranların əmələ gəlməsinə səbəb olur. Saç hüceyrələri havadakı nəmi canına çəkir və ağırlaşır və ona görə də sıx yığılma və kobud daraq saçların tökülməsinə səbəb olacaq. Sağlam və gözəl saçlara sahib olmaq istəyirsinizsə, qidanızda Fe (dəmir) və Zn (sink) ilə zəngin olan qidaları bol etməlisiz. Dəmirlə zəngin olan qidalara alma, alça, moruq, lobya, yulaf yarması, dana əti, göbələk; sinklə zəngin olan qidalara kələm, yumurta, dana əti, kəpəkli çörək aiddir.
Saçlarınızın gözəl və sağlam qalması üçün xüsusi qaydalar da var ki, onlara əməl olunmalıdır:
1. Yaş halda saçları daramaq olmaz;
2. Saçlarınızı ilıq və bir qədər də soyuq su ilə yaxalayın;
3. Saçlarınızı müntəzəm darayın və daramağa saçlarınızın ucundan başlayın;
4. Xüsusilə qış aylarında saclarınızı sıx yığmayın;
5. Saç ayırımını tez-tez dəyişin;
6. Stressdən uzaq olun.
Saçlarınızın tökülməməsi üçün sınanmış saç maskalarını sizə təqdim etmək istəyirəm.
Maska 1.
100 q dəmirov otu
100 q atpıtrağı
100 q söyüd qabığı
500 q zeytun yağı
Ərzaqlar qarışdırılıb su hamamında 15 dəqiqə qaynadılır. Sonra yağ süzülür. İstifadə edən zaman yağ ilıq olmalıdır və saçlarda 1saat saxlanılmalıdır.
Maska 2.
1 ədəd yumurta sarısı
1 x\q bal
1 x\q aloe şirəsi
1 diş əzilmiş sarımsaq
Hamısını qarışdırıb, saçların dibinə sürtüb 20 dəq saxlanılır. Saçlardan sarımsaq iyinin gəlməsindən narahat olmayın. Əgər yenə də ehtiyat edirsinizsə, 5 l suya 1 damcı lavanda, qızılgül və ya istədiyiniz digər gül yağını damızdırıb saçlarınızı durulaya bilərsiz. Əmin olun heç bir qoxusu olmur.
Maska 3.
1 x.q soğan suyu
1 x.q gənəgərçək yağı
Saçlarda 30 dəq saxlanılıb, yuyulur.
Maska 4.
1 x.q bal
1 x.q konyak
1 x.q zeytun yağı
20-25 dəq saçlarda saxlanılaraq yuyulur.
Maska 5.
1 ədəd yumurta sarısı
1 x.q xardal
1 x.q qatıq
Saçlarda 30 dəq saxlanılır.
Maskaların effektini görmək üçün ilk dəfə həftədə 2 dəfə, sonralar isə həftədə 1 dəfə olmaqla 3-4 ay mütəmadi etmək gərəkdir. Təbii vasitələr gec təsir göstərsə də təsirləri uzun müddətli olur və heç bir əks təsiri olmur.
XƏBƏR LENTİ
Günəş "üzünü çevirir"-FOTO
Beren Saat boşanması haqqında İLK DƏFƏ DANIŞDI
Ağrıları aradan qaldıran təbii üsullar
Adriana Lima yenə TƏƏCCÜBLƏNDİRDİ
"Almaniya Qarabağ məsələsində ikili standartlar tətbiq etmir"
Sevgi dediyin təmənnasızlıqdır
Uşaqlarda özünə inam
İlk qadın nazir Bakıya qayıdır
ATƏT-in Minsk qrupu dərhal Azərbaycan hərbçisinin meyitinin vətənə qaytarılmasına çağırır
Pomidor, xiyar, kartof, soğan ucuzlaşıb
"Güzəştli mənzil" sistemi yaradılır
Xalq Qəhrəmanı Abbasqulu Bəy Şadlinski
Kraliça geyimlərinin qiymətindən yazdı-FOTO
Bu günün işini sabaha qoyma...
ABŞ-da ilk üz köçürülmə əməliyyatı edilən qadın öldü
Bu ata və qızı dünya tanıyır
Azərbaycan Diplomatik Akademiyasında İngilis Dili Mərkəzi yaradıldı
Bu şagirdlər qəbul imtahanından azad olacaq-FOTO
Con Kerri: "ABŞ Azərbaycana minnətdardır"
Toxuduqlarım
Ancelina Coli İlk Dəfə Etiraf Etdi-FOTO
Spirtdə xərçəng var
BÜRCLƏR bizə nə vəd edir?- 8 fevral
Şəhid polkovnikin oğlu atasının arzularından danışdı - VİDEO
Bakıda gözəl quş qalmayacaq?
Alişan və Buseyə 270 min manatlıq qızıl taxdılar_FOTO
Övladlığa götürülən uşaqlara görə müavinət veriləcək – LAYİHƏ
Düzgün nəfəsalmanın sağlamlıq üçün faydaları
Bayram gecəsinin və gününün əməlləri
Gözəlliyinizin sirri maskalar
Azərbaycanda 10 milyona yaxın nömrə var
Bir həftəlik tətilə 55 min ödədilər-FOTO
Soba kababı (foto resept)
Cütlük 8 milyona villa alır
Fincanlar(2)
Günün qoroskopu: təşəbbüs göstərməkdən çəkinməyin
Güləşçilərimiz ABŞ-da dünya 3-cüsü oldu
Türkiyəli aktrisa xəstəxanaya yerləşdirildi
IV sinif dərsliklərinin taleyi nə olacaq?
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan birlikdə Şuşaya gedəcəklər
Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq
Aşağılanan, heçə sayılan ölkə: günahkar bəlli
Çin şirniyyatı
Günün qoroskopu: biri sizdən sui-istifadə etməyə can atır
Günün qoroskopu: gərgin, ancaq məhsuldar fəaliyyət zamanıdır.
Fidan bu gün çıxış edəcək!
Nadir heyvanlar
Qeyri-sabit hava oktyabrın 8-dək davam edəcək
Dünyada koronavirusa yoluxanların sayı 1.8 milyonu keçdi
ƏHALİNİN DİQQƏTİNƏ: işıq və qazla bağlı limit artırıldı
- ŞƏRHLƏR