Hər birimiz gözəl saçlara sahib olmaq istəyirik, amma payız və qış fəslində havada rütubətin çoxalması geyindiyimiz geyimlərin qalınlığı və ən əsası yediyimiz qidalarda vitamin və mineralların azlığı saçların tökülməsinə və saçqıranların əmələ gəlməsinə səbəb olur. Saç hüceyrələri havadakı nəmi canına çəkir və ağırlaşır və ona görə də sıx yığılma və kobud daraq saçların tökülməsinə səbəb olacaq. Sağlam və gözəl saçlara sahib olmaq istəyirsinizsə, qidanızda Fe (dəmir) və Zn (sink) ilə zəngin olan qidaları bol etməlisiz. Dəmirlə zəngin olan qidalara alma, alça, moruq, lobya, yulaf yarması, dana əti, göbələk; sinklə zəngin olan qidalara kələm, yumurta, dana əti, kəpəkli çörək aiddir.
Saçlarınızın gözəl və sağlam qalması üçün xüsusi qaydalar da var ki, onlara əməl olunmalıdır:
1. Yaş halda saçları daramaq olmaz;
2. Saçlarınızı ilıq və bir qədər də soyuq su ilə yaxalayın;
3. Saçlarınızı müntəzəm darayın və daramağa saçlarınızın ucundan başlayın;
4. Xüsusilə qış aylarında saclarınızı sıx yığmayın;
5. Saç ayırımını tez-tez dəyişin;
6. Stressdən uzaq olun.
Saçlarınızın tökülməməsi üçün sınanmış saç maskalarını sizə təqdim etmək istəyirəm.
Maska 1.
100 q dəmirov otu
100 q atpıtrağı
100 q söyüd qabığı
500 q zeytun yağı
Ərzaqlar qarışdırılıb su hamamında 15 dəqiqə qaynadılır. Sonra yağ süzülür. İstifadə edən zaman yağ ilıq olmalıdır və saçlarda 1saat saxlanılmalıdır.
Maska 2.
1 ədəd yumurta sarısı
1 x\q bal
1 x\q aloe şirəsi
1 diş əzilmiş sarımsaq
Hamısını qarışdırıb, saçların dibinə sürtüb 20 dəq saxlanılır. Saçlardan sarımsaq iyinin gəlməsindən narahat olmayın. Əgər yenə də ehtiyat edirsinizsə, 5 l suya 1 damcı lavanda, qızılgül və ya istədiyiniz digər gül yağını damızdırıb saçlarınızı durulaya bilərsiz. Əmin olun heç bir qoxusu olmur.
Maska 3.
1 x.q soğan suyu
1 x.q gənəgərçək yağı
Saçlarda 30 dəq saxlanılıb, yuyulur.
Maska 4.
1 x.q bal
1 x.q konyak
1 x.q zeytun yağı
20-25 dəq saçlarda saxlanılaraq yuyulur.
Maska 5.
1 ədəd yumurta sarısı
1 x.q xardal
1 x.q qatıq
Saçlarda 30 dəq saxlanılır.
Maskaların effektini görmək üçün ilk dəfə həftədə 2 dəfə, sonralar isə həftədə 1 dəfə olmaqla 3-4 ay mütəmadi etmək gərəkdir. Təbii vasitələr gec təsir göstərsə də təsirləri uzun müddətli olur və heç bir əks təsiri olmur.
XƏBƏR LENTİ
Pijamalar
Qarderob otağının faydası
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Badamdar qəsəbəsindəki "Könül" körpələr evi-uşaq bağçası əsaslı təmir olunacaq - FOTO
Prezident ailəsində xoş gün-36 il birlikdə!
2020-ci ilin trendləri
Göygölün 5 küçəsi qoruğa çevrilir
İsrail raketləri Suriyanı vurdu
Tayson qəfəsdəki Qorilla ilə döyüşmək istədi
Rəngarəng plov (foto resept)
O dünyanın ən gönüqalın rəssamıdır
İdeal insan necə olmalıdır?
2020-2021 payız/qış gözəllik trendləri
Astroloq koronavirusa yoluxma ehtimalı az olan bürclərdən danışdı
Toydan qabaq əl və ayaqlara qulluq
Hərbçilərimizin Sumqayıta həsr etdikləri ifa Rusiya mediasında - VİDEO
Kombilərdən istifadə zamanı qaz sərfiyyatını bu yolla 35 faiz azaldın
Rəfiqənin xəyanəti
Baş Prokurorluq: 3 vəzifəli şəxsə cinayət işi açılıb
Konserv balıqlı yüngül qəlyanaltı (foto-resept)
Qazaxıstan yeddi ölkə ilə uçuşları bərpa edir
Mükəmməl qadının 5 xüsusiyyəti
İslamşünaslıq ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
Bürclərin mənfi xüsusiyyətləri (1)
Bakıda Ermənistan bayrağı yandırıldı
İnsan orqanizmi üçün zərərli olan ərzaqlar
Pul xərcləmədən asılqan düzəltmək
Düşmən itki verərək geri çəkilməyə məcbur edilib - RƏSMİ
Dünyanın beşinci ən iri almazı satılıb
Bakı sakinindən maraqlı ixtira
Tramp niyə koronavirus təhlükəsini gizli saxladığını açıqladı
Gəlinlərə toydan əvvəl xüsusi maskalar
İstilər 2200 can aldı
2017-ci ilin ən yaxşı toy şəkilləri
Gələcəyinizi kimlərə tapşırmısınız?
Gecə lampaları
Kartoflu çörək (foto-resept)
Yataq otağı rəngləri
Fahriye Evcen hamilədir? - FOTO
Ən gözəl üzə sahib olan qadınlar
Başınız ağrayırsa, bunları yeyin
Dilimizdən 1000-dən artıq söz çıxarılır
Bu dəfə yol bağlanmayacaq
Birce Akalay məsxərəyə qoyuldu-SƏBƏB -FOTO
Azərbaycanda güclü vulkan püskürdü
Ölkəmizdə 48 üçəm doğulub
Milyarder statusundan məhrum olan Kayli Cenner məhkəməlik olacaq?
Dəhşətli epidemiya ilə bağlı xəbər yayıldı
"Kupça" ilə bağlı 5 vacib suala - Cavab
Dövrə
Gözlərinə mavi döymə etdirən qız kor oldu - FOTO
- ŞƏRHLƏR