Hər birimiz gözəl saçlara sahib olmaq istəyirik, amma payız və qış fəslində havada rütubətin çoxalması geyindiyimiz geyimlərin qalınlığı və ən əsası yediyimiz qidalarda vitamin və mineralların azlığı saçların tökülməsinə və saçqıranların əmələ gəlməsinə səbəb olur. Saç hüceyrələri havadakı nəmi canına çəkir və ağırlaşır və ona görə də sıx yığılma və kobud daraq saçların tökülməsinə səbəb olacaq. Sağlam və gözəl saçlara sahib olmaq istəyirsinizsə, qidanızda Fe (dəmir) və Zn (sink) ilə zəngin olan qidaları bol etməlisiz. Dəmirlə zəngin olan qidalara alma, alça, moruq, lobya, yulaf yarması, dana əti, göbələk; sinklə zəngin olan qidalara kələm, yumurta, dana əti, kəpəkli çörək aiddir.
Saçlarınızın gözəl və sağlam qalması üçün xüsusi qaydalar da var ki, onlara əməl olunmalıdır:
1. Yaş halda saçları daramaq olmaz;
2. Saçlarınızı ilıq və bir qədər də soyuq su ilə yaxalayın;
3. Saçlarınızı müntəzəm darayın və daramağa saçlarınızın ucundan başlayın;
4. Xüsusilə qış aylarında saclarınızı sıx yığmayın;
5. Saç ayırımını tez-tez dəyişin;
6. Stressdən uzaq olun.
Saçlarınızın tökülməməsi üçün sınanmış saç maskalarını sizə təqdim etmək istəyirəm.
Maska 1.
100 q dəmirov otu
100 q atpıtrağı
100 q söyüd qabığı
500 q zeytun yağı
Ərzaqlar qarışdırılıb su hamamında 15 dəqiqə qaynadılır. Sonra yağ süzülür. İstifadə edən zaman yağ ilıq olmalıdır və saçlarda 1saat saxlanılmalıdır.
Maska 2.
1 ədəd yumurta sarısı
1 x\q bal
1 x\q aloe şirəsi
1 diş əzilmiş sarımsaq
Hamısını qarışdırıb, saçların dibinə sürtüb 20 dəq saxlanılır. Saçlardan sarımsaq iyinin gəlməsindən narahat olmayın. Əgər yenə də ehtiyat edirsinizsə, 5 l suya 1 damcı lavanda, qızılgül və ya istədiyiniz digər gül yağını damızdırıb saçlarınızı durulaya bilərsiz. Əmin olun heç bir qoxusu olmur.
Maska 3.
1 x.q soğan suyu
1 x.q gənəgərçək yağı
Saçlarda 30 dəq saxlanılıb, yuyulur.
Maska 4.
1 x.q bal
1 x.q konyak
1 x.q zeytun yağı
20-25 dəq saçlarda saxlanılaraq yuyulur.
Maska 5.
1 ədəd yumurta sarısı
1 x.q xardal
1 x.q qatıq
Saçlarda 30 dəq saxlanılır.
Maskaların effektini görmək üçün ilk dəfə həftədə 2 dəfə, sonralar isə həftədə 1 dəfə olmaqla 3-4 ay mütəmadi etmək gərəkdir. Təbii vasitələr gec təsir göstərsə də təsirləri uzun müddətli olur və heç bir əks təsiri olmur.
XƏBƏR LENTİ
ABŞ kosmosa hərbi baza yerləşdirəcək?
Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər görüləcək
Özünüzə inanın
Yayda xəstələnməyəsən, o ki xəstələndin...
Azərbaycanda tibb təhsilli bəzi şəxslər üçün təyinat sistemi bərpa edilib
Azərbaycanda valideynlərə müraciət: "Onları almayın!"
Babasil
Marsa pilotlu uçuşun vaxtı açıqlandı
Bunlara diqqət edin
Limon suyunun faydaları
Balların hesablanması QAYDASI DƏYİŞƏCƏK - DİM
Leonardonun adası hər kəsi təəccübləndirdi
Gənc göstərən makiyaj
Bir ildə 285 kitab oxudu!
"Cənubi Afrikadan Azərbaycana" adlı kitabın təqdimatı keçirildi
Ağ zəncirotu salatı (foto-resept)
Koronavirusa yoluxmuş insanın bədənində baş verən dəyişikliklər açıqlandı
Albalı piroqu (foto resept)
Dəniz84 ilə müsahibə
Bakıda Məmməd Arazın xatirə gecəsi keçirildi
Yaponlar "kosmos lifti" hazırlayırlar
269 kiloqram arıqladı, həyatı dəyişdi-FOTO
Üzüklər
Təbiət həmişə qalib gəlir
Evlənmək iyundan çətinləşir
Statistika: Erməni xəstəliyi ildən ilə güclənir
Bayrağı təkbaşına ermənilərdən qoruyan azərbaycanlı azadlıqda
2017-ci ildə texnologiyalara həsr edilən ən yaxşı 9 kitab
Vətəndaşlığı baha olan ölkələr - SİYAHI
"Qarabağ" niyə uduzdu?
Müəllimin bu addımı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Şəhid generalın xanımı - VİDEO
İdeal kişidə olan 6 xüsusiyyət
Günün ulduz falı - 02.02.2014
Məhkəmə Dəniz Çakır haqda qərar verdi
Bakıda valideyn uşağı üçün bağça tapa bilmir
Britaniyalı alimlər Azərbaycan atalar sözünü yalan çıxardılar
Dünyanın ən çox qazanan futbolçusu "Forbes" açıqladı
Bredli Kuper İrina Şeyk haqqında danışdı-FOTO
Windows Phone Avropanı fəth edir
Bakıda mağazalardan bizə ölüm gətirən paltarlar
Tarixin ilk selfisi
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
Türkiyə çempionatında möhtəşəm oyun oldu
Gün ərzində Facebook-da nə qədər vaxt itirirsiniz?
Niyə hər gün eyni paltarı geyinirlər?
Həyatınızı asanlaşdıracaq praktik məlumatlar
Karamelli keks (foto resept)
Maradonanın autopsiyası ürəkdə ciddi patologiyasını ortaya qoydu
Ləzzətli yeməklər üçün qızıl təkliflər
- ŞƏRHLƏR