Qadin.NET / Saçlarımız tökülməsin

Saçlarımız tökülməsin

Saçlarımız tökülməsin

Hər birimiz gözəl saçlara sahib olmaq istəyirik, amma payız və qış fəslində havada rütubətin çoxalması geyindiyimiz geyimlərin qalınlığı və ən əsası yediyimiz qidalarda vitamin və mineralların azlığı saçların tökülməsinə və saçqıranların əmələ gəlməsinə səbəb olur. Saç hüceyrələri havadakı nəmi canına çəkir və ağırlaşır və ona görə də sıx yığılma və kobud daraq saçların tökülməsinə səbəb olacaq. Sağlam və gözəl saçlara sahib olmaq istəyirsinizsə, qidanızda Fe (dəmir) və Zn (sink) ilə zəngin olan  qidaları bol etməlisiz. Dəmirlə zəngin olan qidalara alma, alça, moruq, lobya, yulaf yarması, dana əti, göbələk; sinklə zəngin olan qidalara kələm, yumurta, dana əti, kəpəkli çörək aiddir.

Saçlarımız tökülməsin

Saçlarınızın gözəl və sağlam qalması üçün xüsusi qaydalar da var ki, onlara əməl olunmalıdır:

1. Yaş halda saçları daramaq olmaz;

2. Saçlarınızı ilıq və bir qədər də soyuq su ilə yaxalayın;

3. Saçlarınızı müntəzəm darayın və daramağa saçlarınızın ucundan başlayın;

4. Xüsusilə qış aylarında saclarınızı sıx yığmayın;

5. Saç ayırımını tez-tez dəyişin;

6. Stressdən uzaq olun.

Saçlarımız tökülməsin

Saçlarınızın tökülməməsi üçün sınanmış saç maskalarını sizə təqdim etmək istəyirəm.

Maska 1.

100 q dəmirov otu

100 q atpıtrağı

100 q söyüd qabığı

500 q zeytun yağı

Ərzaqlar qarışdırılıb su hamamında 15 dəqiqə qaynadılır. Sonra yağ süzülür. İstifadə edən zaman yağ ilıq olmalıdır və saçlarda 1saat saxlanılmalıdır.

Maska 2.

1 ədəd yumurta sarısı

1 x\q bal

1 x\q aloe şirəsi

1 diş əzilmiş sarımsaq

Hamısını qarışdırıb, saçların dibinə sürtüb 20 dəq saxlanılır. Saçlardan sarımsaq iyinin gəlməsindən narahat olmayın. Əgər yenə də ehtiyat edirsinizsə, 5 l suya 1 damcı lavanda, qızılgül və ya istədiyiniz digər gül yağını damızdırıb saçlarınızı durulaya bilərsiz. Əmin olun heç bir qoxusu olmur.

Saçlarımız tökülməsin

 Maska 3.

  1 x.q soğan suyu

1 x.q gənəgərçək yağı

Saçlarda 30 dəq saxlanılıb, yuyulur.

Maska 4.

1 x.q bal  

  1 x.q konyak

1 x.q zeytun yağı

20-25 dəq saçlarda saxlanılaraq yuyulur.

 Maska 5.

1 ədəd yumurta sarısı

1 x.q xardal

1 x.q qatıq

Saçlarda 30 dəq saxlanılır.

Maskaların effektini görmək üçün ilk dəfə həftədə 2 dəfə, sonralar isə həftədə 1 dəfə olmaqla 3-4 ay mütəmadi etmək gərəkdir. Təbii vasitələr gec təsir göstərsə də təsirləri uzun müddətli olur və heç bir əks təsiri olmur.

11 dekabr 2013
GO BACK