Qeybətin lüğəti mənası "iştirakı olmadan kiminsə (və ya kimlərinsə) ünvanına xoşagəlməz sözlər demək"dir. Şəri termin olaraq isə “qeybət” – müsəlmanın öz müsəlman bacı-qardaşının iştirakı olmadan onun eyib və nöqsanları haqda danışmasından ibarətdir. Belə ki, əgər həmin səxs onun haqda deyilən sözləri eşitsə, inciyib narahat olar. Eyib və nöqsan deyildikdə istər əxlaqi, istər cismi, istərsə də məişət çatışmazlıqları və s. nəzərdə tutulur.
Peyğəmbər (s.a.s) bu haqda buyurur: “Əgər həmin eyib və nöqsan onda olarsa və onu başqalarına deyəriksə qeybət, əks təqdirdə isə ona töhmət vurmuş olarıq”.
Qeyd etməliyik ki, qeybəti olunan şəxs mömin və müsəlman olsa, onda haram olar. Haqqında danışılan şəxsin kimliyi bəlli olmadıqda isə deyilən sözlər qeybət hesab olunmur.
Qeybətin haram və böyük günahlardan biri olduğunun təsdiqi haqqında bir çox Quran ayələrinə və hədislərə istinad etmək olar. Allah Təala Qurani-Kərimdə buyurur:
“...Bir-birinizin qeybətini etməyin! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu, sizdə ikrah oyadar (qeybət də belədir)...”
Göründüyü kimi, ayədə müsəlmanın qeybəti onun qətlə yetirilməsinə və qeybət edən şəxsin onun ətini yeməsinə bənzədilir. Bu da günahın böyüklüyünə dəlalət edir. Günahsız bir şəxsin qətlə yetirilməsi haram olduğu kimi, onun qeybətini etmək də bir o qədər haram və böyük günahlardandır. Qan tökülməklə bir şəxs qətlə yetirildiyi və onu bir daha həyata qaytarmaq qeyri-mümkün olduğu kimi, qeybəti olunan şəxsin də haqqında xoşagəlməz sözlər deməklə onun şəxsiyyətinə xələl gəlir və mənəviyyatının qorunması qeyri-mümkün olur. Müsəlmanların qanı, canı və malı toxunulmaz olduğu kimi, onların şəxsiyyət və mənəviyyatı da qorunmalı və onlara qarşı hörmətsizliklərə yol verilməməlidir.
Peyğəmbər (s.a.s) buyurur:
“Müsəlmanın canı (qanı), malı və şəxsiyyəti müsəlmana haramdır”.
Hz.Əli (ə.s) buyurur:
“Qeybət etməkdən çəkinin! Çünki o, cəhənnəm itlərinin yeməyidir”.
Ariflərdən birinə: “Filankəs sənin qeybətini etdi” dedikdə, gülümsəyib həmin şəxsin evinə bir qutu şirni aparmalarını və ona belə bir xəbər çatdırmalarını istəyir: “Eşitdim öz xeyirli işlərinin bir qismini mənim əməl dəftərimə göndərmisən. Bunun üçün sənə öz təşəkkürümü bildirib, bu şirni qutusunu sənə hədiyyə göndərirəm”.
Qeybət etmək böyük günahlardan sayıldığı və qeybət edən şəxs Allahın qəzəbinə gəldiyi kimi, qeybətə qulaq asmaq da haram və böyük günahlardan hesab olunur.
“Qeybətə qulaq asan şəxs qeybət edən kimidir”.
“Qeybət etməkdən çəkinin! Çünki, qeybət zinadan daha da pisdir. Çünki, zinakar tövbə etməklə günahlarını bağışlatdıra bilər. Lakin qeybət edən şəxs qeybətini etdiyi şəxsi özündən razı salmayınca (halallıq almayınca) bağışlanmır”.
İslamda zinaya gəldikdə isə o başqa xəbərin mövzusudur.
XƏBƏR LENTİ
Taylandın ağ məbədi
Məşhur aktyorun ayağı zədələndi
HAVA necə olacaq?
Qaxda yeni körpü salınır
2012-nin köynək modelləri
Akademikdən ölkənin ekoloji durumu ilə bağlı qorxunc xəbərdarlıq
Azərbaycanda abortların sayı artıb
"Safeguard" öz antibakterial gücünü "Ən uzun təmiz əllər zənciri" ilə nümayiş etdirdi...
Şirvanşah Şahənşah
Hörüklü-muncuqlu qolbağı
Bütün Dünya bu qızdan danışır-FOTO
Eşq beyinlə başlayır, ürəklə bir əlaqəsi yoxdur!
HAVA necə olacaq?-19 Sentyabr
Ermənilərə tutarlı cavab
Ramazanda ürəyin yorulmasına səbəb olan 8 vərdiş
Hava haqqında - 07.10.2013
Birinci sinfə qəbulda yenilik
Unutqanlıq xəstəliyi - Amneziya
Ya həmişə, ya heç vaxt psixologiyası
Mövlana sözləri-3
Balın dəriyə təsiri
Koronavirusla bağlı son STATİSTİKA
Yumurtanın içindən çıxan hamını heyrətləndirdi - FOTO
Mehmet Ali Erbildən xəbər var-FOTO
Qabarıq ətək modelləri
Pandemiyadan sonra maaşlarında artım gözlənilən peşə sahibləri - SİYAHI
Ancaq qadınların bildiyi hallar
Türkiyə və Azərbaycan birlikdə istənilən problemi həll etməyə qadirdir
İggi ilk dəfə ana olduğunu etiraf etdi
Məşhur aktyorun həbs əmri çıxdı-SƏBƏB
Türkiyəli aktyor ata olacaq
Serenay Sarıkaya "Alisa" olacaq!-FOTO
Fantastik gözəlliyə sahib yerlər
71 yaşlı məşqçi koronavirusa qalib gəldi
Gülüş...
Əncirli keks (foto-resept)
Hər bürcün öz gizli silahı olduğundan xəbəriniz var?
Azərbaycan qış vaxtına keçdi
Ali məktəblərdə illik təhsil haqları niyə artıb?
6 gün qaranlıq olacaq
Amerika alimlərindən qəribə açıqlama-"Tez evlənənlər..."
Səbzi qovurma (foto resept)
Ramazanı sağlam keçirmək istəyənlər üçün məsləhətlər
Daima gənc qalmağın 3 yolu
Arıqladan mixək suyu
Sabahın HAVAsı
Kafedə müştərilərə robotlar xidmət edəcək
“WhatsApp” rekord qırır
Qıvırcıq saçları düzləşdirmək üçün maska
İşdə sizə kömək olacaq oyuncaqlar
- ŞƏRHLƏR