
Psixiatr Elşən Rzayevin sözlərinə görə, uşağın dünyaya gəlməsi valideynlərə hədsiz sevinc bəxş edir. Lakin bəzi hallarda bu proses qadının həyatında xoşagəlməz dəyişikliklərə səbəb olur. Doğuşdan bir müddət sonra qadın özünü qəribə aparır. Adətən bu dəyişiklik özünə qapılmaq, qorxu hissi keçirmək, küçəyə çıxmamaq kimi hallarla özünü büruzə verir. Bu zaman ciddi problem yaranır - doğum sonrası psixoz.
Doğumsonrası psixoz zamanı qadınlarda yuxusuzluq, gərginlik, baş ağrısı, rahatsızlıq müşahidə olunur. Qadın doğulan uşağın onun olmamasını, uşağın dəyişik düşməsini, uşağın ciddi xəstə olduğunu düşünür. Bu psixozdan əziyyət çəkən qadınlara elə gəlir ki, onlar yaxşı ana deyillər. Uşağa düzgün qulluq edə, ona düzgün tərbiyə verə bilməyəcək. Qadınlarda özünü günahlandırma hissi də müşahidə olunur. Doğuş sonrası psixoz ağırlaşdıqca ana körpəsini hətta öldürmək və ondan qurtulmaq istəyir.
Rzayev bildirib ki, doğuşa qədər bu psixoza məruz qala bilən qadınlar başqalarından heç nə ilə fərqlənmirlər. Həm də doğuşa yaxın qadınların həyəcan, qorxu keçirməsi, yuxusuzluqdan əziyyət çəkməsi normal haldır. Lakin əsas problemlər doğuş zamanı və ondan sonra başlayır. "Bəzən doğuş zamanı qadın çox qan itirir və ya qanına infeksiya keçir. Bütün bunlar qadının psixoloji durumuna təsir edir. Qadının bədəni də dəyişir. Bütün bu dəyişikliklərə öyrəşmək çətin olur".
Doğuşdan sonrakı psixozun yaranması həm də irsi xarakter daşıyır. Psixiatrın dediyinə görə, anada doğuşdan sonrakı psixoz baş veribsə, deməli, onun qızında da bu baş verəcək: "Bu psixoz daha çox ipoxondriya, depressiya və isteriyadan əziyyət çəkən insanlarda baş verir. Doğuşdan sonra səhhəti ağırlaşan qadınlarda da bu psixoz baş verir. Psixi dəyişikliklərsə birdən üzə çıxmır. Bir neçə gündən və ya həftədən sonra nəzərə çarpmağa başlayır. Doğum evindən sonra belə qadınlar evə əhvalsız, əzgin və yorğun qayıdırlar. Uşağın dünyaya gəlişinə görə sevinmək əvəzinə qadında qəribə fikirlər yaranır. Qadında uşağa qarşı laqeydlik, qəzəb hissləri müşahidə olunur. Ailənin digər üzvlərinə qarşı olan münasibət isə tez-tez dəyişir. Yorğunluğa baxmayaraq, ana yuxusuzluqdan əziyyət çəkir. Elə bu da narahatlığa səbəb olmalıdır".
Doğuşdan sonrakı psixozdan əziyyət çəkən ana uşağa ya heç yaxın durmur, ya da əksinə uşağın yanından bir addım belə kənara çəkilmir. Tez-tez uşağın nəfəs alıb-almadığını düşünür, onun əl-ayağını, bədənini yoxlayır. O, uşağa görə daim qorxu keçirir.
Bəzən ana səbəb olmadan belə körpəsinə kiminsə ziyan vuracağını düşünür. Anaya elə gəlir ki, kənar şəxs və ya ailə üzvlərindən kimsə onun uşağını oğurlamaq, öldürmək istəyir. Onlar tez-tez uşağın yatdığı otağın qapısını açıb uşağın orda olub-olmadığını yoxlayır. Bəzi qadınların isə psixikası o qədər pozulur ki, onlar uşağın çox xəstə olduğunu zənn edirlər. Ona görə də uşağa müxtəlif dərmanlar verməyə başlayırlar. Bu cür sayıqlamaları ilə yanaşı qadında hallüsinasiyalar da başlayır. Bu səbəbdən də ana artıq öz hərəkətlərinə görə cavab verə bilmir. O, uşağını qorumaq məqsədilə qohumlarının üstünə hücum çəkə və başqa təhlükəli hərəkətlər də edə bilər.
Psixiatr qeyd edib ki, doğuş sonrası psixoz yüngül və ağır formada gedə bilər: "Əgər bu problem vaxtında aradan qaldırılmasa, gələcəkdə uzunsürən, hətta qarşısı alınmayan problemlərə - ana və uşağın ölümünə gətirib çıxara bilər".
Müsahibimizinn sözlərinə görə, doğuşdan sonrakı psixoza hormonal dəyişiklik, doğumdan əvvəl psixi pozuntulardan əziyyət çəkmə, doğumla bağlı stress, xüsusilə doğuşdan sonra estrogenlərin azalması, narkotik maddələrdən istifadə (həşiş, marixuana) səbəb ola bilər.
E.Rzayevin dediyinə görə, doğum sonrası psixozun əsas simptomlarına maniakal əlamət, oyanıqlığın artması, sayrışan fikirlər, hallüsinasiya - əsasən də eşitmə hallüsinasiyası, şəxsiyyət dəyişikliyi və anormal təfəkkür, özünü qiymətləndirmənin adekvat olmaması, iştahanın pozulması aiddir. İntihar və ya uşağa qəsd barədə fikirlər bu prosesin ağırlığını göstərir.
Onun sözlərinə görə, qadında doğuş sonrası psixoz başlayıbsa, mütləq həkimə müraciət etməlidir: "Belə hallarda antipsixotik dərman maddələri - neyroleptik və antidepresant dərman maddələri verilməlidir. Əgər anada ciddi problemlər olarsa, uşaqdan ayrılmalı, psixiatrik stasionara yerləşdirilməlidir. Bu çətin vəziyyətdə yaxınları ona dəstək olmalıdır. Qadının evdə, yaxud xəstəxanada olmasından asılı olmayaraq, daim yaxınları onunla maraqlanmalı, ona qayğı ilə yanaşmalıdır. Xəstə həm də psixoloji məsləhətxanaya getməlidir".
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Məşhurların pəhrizləri
Ən uzunömürlü smartfon satılacaq
"Qarabağda böyük sülh üzərində birgə iş vacibdir"
2020-nin ən yaxşı çantaları
İndoneziyada cinayətkar dəstələr karantin qaydalarına nəzarətə cəlb oluna bilərlər
Rəngarəngliyi sevənlər üçün
Adət etdiyimiz əşyalarda ölümcül təhlükə gizlənir
Əhali GMO məhsullar barədə məlumatlandırılacaq
Memar sahəsi 7,5 kvadratmetr olan mikro ev tikib - FOTO
Robert Jurakın əl işləri
2 min 600 illik möhür aşkar edilib
Hava haqqında - 19.01.2014
“Titanik” filmini təqlid edən cütlüyün sonu faciə ilə bitdi
Kimsəsiz ölən məşhur aktrisa
ARDNŞ-in NEZ işçiləri Azərbaycanda yeni emal zavodunun istismarına cəlb ediləcək
Orta ixtisas təhsili müəssisələrinə sənəd verən abituriyentlərə "Buraxılış vərəqəsi"nin verilməsinə başlanıb
İngiltərənin Dəmir Yolları ağıllı bilet sisteminə keçib
Ərdoğan Kəlbəcərin azad olunması barədə: “Hamı bölgədəki yeni reallığa uyğun davranmalıdır”
Bu gündən rayonlara gediş-gəliş açıldı
Qadınlar üçün vacib 10 KİTAB
Dəniz Çakır yeni imicdə-FOTO
Tanış olun: Toyota Aqua Cross
Myasnikovdan koronavirus PROQNOZU: “2023-cü ildə...”
Ekslüziv şou-maşın
Bel ağrısını azaldan 3 yoqa pozası
Maus və klaviaturasız kompüter
Yay üçün donlar
Qurban Bayramınız Mübarək!
Məşhur qidaların adlarındakı sirr
Az su içdiyinizi göstərən işarələr
Hikmət Hacıyev: “Ermənistanın yaydığı saxta məlumatların ifşası üçün Azərbaycanın müdaxiləsinə gərək qalmır”
İrandan şok açıqlama
Bülent Ersoy 20 kq-lıq paltar geyindi-FOTO
VKönül Kərimova DƏYİŞİB BELƏ OLDU - FOTO/VİDEO
Məşhur müğənninin paltarı fantastik qiymətə satıldı
İltihab əleyhinə pəhriz nədir?
Neft yenidən ucuzlaşıb
Alimlər koronavirusun radiasiya ilə müalicə üsulunu təklif ediblər
Məktəbəqədər idrak inkişafı standartları(3-4 yaş)
Bütün ölkədə telefon və İnternet kəsildi
“Facebook”da silah və narkotik satılmasına başlanıb
Uşaqlar üçün zərərli olan qidalar
Amerikalı alimlərdən yeni ixtira
Azərbaycanını mənzil bazarı donur: hamı çaşqınlıq içində
Balqabaqlı pankek
Yeni trend: Böyük ölçülü şərflər
4 gün sonra ulduz axını olacaq - FOTO
Beyninizdən hansı qorxunu çıxarardınız?
"Fazilet hanım ve kızları"nın aktrisası nişanlandı-FOTO
Prezident Hikmət Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verdi















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]