Bir kəsin mənfi xüsusiyyətlərini və ya açılmasını istəmədiyi eyiblərini onun olmadığı bir yerdə müzakirə etməyə qeybət deyilir. Diqqət yetirilməli məsələ budur ki, qeybətin mövzusu həqiqət olsa da, yəni qeybət olunan şəxsdə həmin mənfi sifətlər olsa da, onları faş etmək günahdır.
Əgər deyilən sifətlər həmin adamda olmasa, artıq bu, iftira sayılır və daha ağır günaha çevrilir. Bir kəsin həm zahiri görünüşü, həm xasiyyəti, həm əməlləri, həm ailə üzvləri, həm də yaşayış səviyyəsi, evi, peşəsi qeybətin mövzusu ola bilər.
Qeybət etmək İslam dinində çox məzəmmət olunur. Quranda bu barədə buyurulur: "Bir-birinizin qeybətini etməyin! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?!" ("Hücurat", 12). Ayənin mənası budur ki, müsəlmanın ölmüş adam əti yeməsi nə qədər dəhşətlidirsə, qeybət etməsi də bir o qədər ağır günahdır.
Hədislərdə buyurulub ki, hər kim başqasının eyiblərini açıb ifşa etsə, Allah da onun öz eyiblərini açar və onu rüsvay edər. Qeybət söhbətində hətta susmaq şərti ilə olsa belə, iştirak etmək günahdır. Hər kim bir müsəlmanın qeybətinin edildiyini görüb-eşitsə, onu müdafiə etməli və qeybətçilərə etirazını bildirməlidir. Qeybət etməyin günahını həmin adamdan halallıq almaqla yumaq olar.
Rəvayətlərdə gəlib ki, oruc tutduğu halda qeybət edən adamlara Peyğəmbərimiz deyirmiş ki, onların orucları batildir. Çünki qeybət ediblər. Bundan əlavə, hətta insanın nəfəsinin ətrinin pis qoxu almasına səbəblərdən biri kimi qeybət göstərilir.
Bəzi istisna hallarda qeybət etməyə icazə verilir. Məsələn, adam bir kəsin əmanətə xəyanət etdiyini bilirsə, həmin adama əmanət vermək niyyətində olan insana bu barədə xəbərdarlıq edə bilər. Yəni, bir insanın başqa müsəlmanlara hər hansı zərər vura biləcəyini önləməyə başqa yol olmasa, xəbərdarlıq məqsədilə onun əməlləri deyilə bilər.
Milli.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Tək-tənha
Melaniya Tramp ad günündə hədiyyəsiz qalıb- FOTO
Britni Spirs rəqs zamanı ayağını sındırdı - VİDEO
Yoqanın faydası nədir?
Bu yay harada istirahət etməli?
Doğuşdan sonra qadın sağlamlığı
Günün qoroskopu: Yeni ideyalara açıq olun!
Daha 339 nəfərdə koronavirus aşkarlandı - 4 xəstə vəfat etdi
4 yaşlı oğul atanı peşman etdi
Çanta modelləri
Sobada az kalorili, dadlı yemək (foto-resept)
Balqabaqlı tart (foto resept)
Günün qoroskopu:Qətiyyətli və sürətli olun!
Azərbaycan Avropaya elektrik satacaq
Ermənistan ordusu Ağdam istiqamətində bir neçə kəndi şiddətli atəşə tutub
Azərbaycanda hərbi gəmilər inşa olunacaq
Doğum sonrası psixoz: çarəsi yoxdur?
Hamilə qadınlar üçün zərərli olan qidalar
Əməliyyatdan sonra inanılmaz dəyişilən məşhurlar - FOTO
Məşhur müğənni və oğlu koronavirusa yoluxdu - FOTO
Kremldən İrəvana Qarabağ şoku
Vaxtı keçmiş məhsullar doğrudanmı zərərlidir?
Azərbaycan 10 helikopter aldı
Məktəb bazarlığı neçəyə başa gəlir? - VİDEO
Bu da Mitsubishi Lancer Evolution X
Məşhurlar qarın əzələlərini hansı idmana borcludur?
Bakı sakinləri, qəpikləri unudun!
Sürətlə kökələn Selena Gomezin son fotoları
Hər gün 10 min addım atın!
Evdə hazırlaya biləcəyiniz makiyaj məhsulları
Baxımlı olmaq çətin deyil
Ağız qoxusunun qarşısını alacaq tövsiyələr
Milyarder biznes-leydinin ixtirası təəccübləndirdi-FOTO
İslam dünyası ayağa qalxacaq
Şokoladlı-bezeli tort (foto resept)
Siqareti ata bilmirsiniz? Çarə tapıldı
Arıqladan qəribə üsullar
Dünya bu ay dağılacaq - EKSPERT RƏYİ
Mobil telefonlar
İmam sarığı tortu(foto resept)
“Selfie” çəkib paylaşan kişilər xəstədir
Elə et ki, üzr istəsin...
1 siqaret həyatınızdan 12 dəqiqə alır
Qidaların qaynadılma müddəti
Bilirsinizmi?
Təmayül sinifləri üçün yeni dərsliklər hazırlanacaq
Burak Özçivit ata olmaq istədiyini etiraf etdi-FOTO
Balalarını xilas etmək üçün özünü fəda etdi - VİDEO
Ledi Qaqa fanatlarını söydü-SƏBƏB
1 həftəyə 10 kilo arıqla














