Peyğəmbər əfəndimizə varis olan yüksək İslam alimləri Onu bütün gözəllikləriylə görmüş və aşiq olmuşlar. Bunların ən başında Əbu Bəkri Sıddık gəlməkdədir. O, Rəsulullah əfəndimizdəki peyğəmbərlik nurunu görməkdə, Onun üstünlük, gözəllik və yüksəkliklərini idrak edərək, Ona aşiq olmaqda elə irəli getmişdir ki, başqa heç bir kimsə Əbu Bəkri Sıddık kimi ola bilməmişdir. Bir dəfə, "Bütün yaxşılıqlarımı, sizin bir səhvinizə dəyişərəm" buyurmuşdu.
Rəsulullah əfəndimizin gözəlliyini ən yaxşı görüb anlayan və izah edənlərdən biri də, möminlərin anası Həzrəti Aişə idi. Aişə anamız alimə, ağıllı və ədibə idi. Qurani Kərimin mənalarını, halal və haramları, Ərəb şeirlərini və hesab elmini çox yaxşı bilərdi.
Aişə anamız buyurur ki:
"Bir gün Rəsulullah mübarək nalınlarının qayışlarını çaxırdı. Mən də iplik əyirirdim. Mübarək üzünə baxdım. Parlaq alınından tər damlayırdı. Tər damlası, hər tərəfə nur saçırdı. Gözlərimi qamaşdırırdı. Çaşıb qaldım. Mənə doğru baxıb; "Sənə nə oldu ki, belə dalğın dayanırsan?" buyurdu. "Ya Rəsulullah! Mübarək üzündəki nurların parlaqlığına və mübarək alınındakı tər dənələrinin saçdıqları işıqlara baxaraq özümdən keçdim" dedim. Rəsulullah qalxıb yanıma gəldi. Alınımı öpdü və; "Ya Aişə! Allahu təala sənə yaxşılıqlar versin! Məni sevindirdiyin kimi, səni sevindirə bilmədim" buyurdu. Yəni, sənin məni sevindirməyin, mənim səni sevindirməmdən çoxdur, dedi." Həzrəti Aişənin mübarək gözlərinin arasını öpməsi, Rəsulullah əfəndimizi sevərək, Onun camalını anlayaraq gördüyü üçün afərin və təqdir olmaqdadır.
Rəsulullah əfəndimizin Qurani Kərimdə keçən adlarından biri də Yasin surəsindəki Yasin sözüdür. İslam alimlərinin böyüklərindən olan Seyid Abdülhakimi Arvasi; "Yasin, ey mənim söhbət dəryamın dalğıcı olan həbibim, deməkdir" buyurmuşdur. Bu dəryanın adını eşidənlər, uzaqdan görənlər, yaxınına gələnlər, içinə girib nəsibi qədər dərinə enənlərin hamısı, ömürlərinin hər mərhələsində Rəsulullah əfəndimizin eşqi ilə yanıb alovlanmışlar, yanıq fəryadlar, içli gözyaşları və yandırıcı misralarla bu eşqlərini dilə gətirmişlər. Bunların içində ən böyük və məşhurlarından olan və bu söhbət dəryasından böyük pay sahibi olan Xalidi Bağdadi də Sevimli Peyğəmbərimizə olan söhbət və eşqini dilə gətirdiyi əsərlərinin birində belə deməkdədir:
Sərvəri aləm, sənə aşiq olub da, yanaram!
Hər harada olsam, o gözəl camalın axtararam.
Kəbə kavseyn taxtının sultanı sən, mən heçim,
Qonağınam desəm hörmətsizlik sayaram.
Hər şey dünyada sənin şərəfinə bilərəm,
Rəhmətin yağsa mənə hər gün olar baharım.
Hər kəs Kəbəni təvaf üçün gəlir Hicaza,
Sənə qovuşmaq üçün mən dağları aşaram.
Səadət tacına qovuşdum mən yuxuda.
Yağın torpağı səpildi üzümə sanaram.
Dostunu tərifləyən aşiqlərin bülbülü, ey Məscid!
Divanında bu yazılar, olur, tərcüməçim.
Dili sallanmış, susuz qalmış, uyğun gəlik bir it kimi,
Sənin lütfkarlıq dənizindən bir damla arzularım.
Allahım! Məhəmmədə və onun ailəsinə də İbrahimə və onun ailəsinə xeyir-dua verdiyin kimi xeyir-dua ver! Sən həqiqətən alqışlara layiq və şan-şövkətlisən! Məhəmmədə və onun ailəsinə də İbrahimə və onun ailəsinə bərəkət verdiyin kimi bərəkət ver! Sən həqiqətən alqışlara layiq və şan-şövkətlisən!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Günün qoroskopu: Münaqişə etməyin!
Günəş tutulacaq
Azərbaycanda hansı xarici universitetlərin diplomu tanınmır?
Yağlı dərinin parıldamasını necə aradan qaldıraq?
Magistraturaya qəbul planı açıqlandı
Yer altında böyük sirr tapıldı
Ən böyük brilliant satıldı
30 yaşa qədər bunları etmək gərəkdir
Viber dəyişdi
Niyə arıqlaya və ya kökələ bilmirik?-3
Məşhur aktrisa tanınmaz halda - FOTO
İnteryer dizaynında yeni dəb - fotopərdələr
Beyni işləməyə necə məcbur etmək olar?(1)
4 gün iş olmayacaq
Kişilər niyə evdən qaçır?
"Rusiya ABŞ-ın istifadə etdiyi bazanı bombaladı"
Evlilik təkliflərində yeni tendensiya formalaşır
Türkiyədə seçkilərin nəticələri açıqlandı: AKP öndədir
Türkiyədə insanlar özlərinə ən yaxın ölkə kimi Azərbaycanı görürlər
Cennifer Lopezdən yeni FOTOsessiya
Bekhemin oğlu "topçu" oldu inShare.
Ulduzların maşınları
Abituriyentlərin DİQQƏTİNƏ: keçid ballarında yanlışlıq
Şahdağ Milli Parkında üçüncü zubr balası dünyaya gəldi - FOTO
Subaru Outback təzələndi
67 il birlikdə yaşayıb, birlikdə öldülər
Aloe Vera və dəri baxımı
İtalyanlardan "Can Yaman" dondurması
Bu kənddə uşaq qalmayıb - FOTO
Acunla Şeymanın ayrılması Türkiyə Parlamentində
Sabahdan bu yol bağlanır (XƏRİTƏ)
Rubl kəlləmayallaq diyirlənir
TQDK-dan xəbərdarlıq!
Qurban bayramı ilə bağlı Açıqlama
Maraqlı tətil üçün bura gedin
İşğaldan azad edilmiş ərazilərimizdə sərhəd zastavaları quruldu - SİYAHI
Eynəyin şüşəsi buxarlanırsa...
Altsheymer xəstəliyinə qarşı peyvənd hazırlandı
Külək zəngi nümunələri
Azərbaycanda zəlzələ olub
Ford söz verdi
Qeyri-adi fotosessiyalar
WhatsApp üçün yeni bir xüsusiyyət daha əlavə edildi
1587 zəvvar Məkkədən qovulacaq
Dövlət Komitəsi məktəbli forması ilə bağlı məlumat yaydı
Bir ildə 90 kilo arıqladı - Həyatı dəyişdi - FOTO
Rihannanın gözəllik sirləri
Bu gün 2019-cu ilin ilk iş gündür!
Çiyələkli sufle (foto resept)
Azərbaycan Prezidentinin əfv sərəncamının icrasına başlanılıb
- ŞƏRHLƏR