Merac nə deməkdir və bu gecənin əhəmiyyəti nədir?
Merac - nərdivan deməkdir. Rəsulullah əfəndimizin göylərə çıxarıldığı, bilinməyən yerlərə aparıldığı gecədir. Rəcəbin 27-ci gecəsidir. İsra surəsinin ilk ayəs(n)i kəriməsində, Mirac kimi bildirilir.
Mutəzilə təriqəti Rəsulullah əfəndimizin bir anda Cənnəti, Cəhənnəmi və daha bir çox yerləri gəzib gəlməsini anlaya bilməmiş, "Meracı qəbul etmək Allaha məkan ittihaz etmək olar" deyərək Meracı inkar etmişdir. Allahu-Təala Həzrəti Musa ilə Dövr dağında danışmışdır. Dövr dağı Allahu-Təalanın məkanıdırmı? Əlbəttə deyil. Allahu-Təala məkandan münəzzəhdir.
"Kavl-ül-fasl" kitabında deyilir: "İsra surəsinin ilk ayəsində Allahu-Təala əcaib işlərdən bəzilərini göstərmək üçün Məhəmməd Əleyhissalamı Məkkədən Qüdsə apardığını bildirir. İsra sözündən yuxu üçün istifadə edilmir. Oyanıq ikən, gecə getmək mənasında istifadə edilir. "Sənə [Meracda] göstərdiyimiz tamaşanı insanlar üçün bir fitnə etdik" ayəsindəki fitnə - imtahan deməkdir. İmtahan isə oyanıqkən olar. Peyğəmbər əfəndimizin izah etdiyi yuxu olsaydı, heç kim qəribə qarşılamazdı. Həzrəti Əbu Bəkir təsdiq edib, yüksək dərəcələrə qovuşmazdı. Rəsulullahın Məkkədən Qüdsə aparıldığına inanmayan kafir olar. Göylərə və bilinməyən yerlərə aparıldığına inanmayan pozğun olar (Bahr).
Bir neçə saniyədə Məkkədən Qüdsə aparan Allahu-Təala, niyə daha uzaqlara apara bilməsin? Allahın qüdrətindən ancaq kafirlər şübhə edər.
Peyğəmbər Əfəndimiz Meracı belə izah edir: "Verilən Buraka minib Beyt-ül-Makdisə gəldim. Onu, əvvəlki peyğəmbərlərin bağladığı halqaya bağladım, sonra məscidə girib orada iki rükət namaz qılıb çıxdım. Cəbrayıl bir qab şərab, bir qab da süd gətirdi. Mən südü seçdim. Cəbrayıl "Yaradılışa uyğun olanı seçdin" dedi. Sonra bizi birinci səmaya çıxardı. Göy qapısında "Sən kimsən?" deyə bir səs gəldi. "Mən Cəbrayılam" dedi. "Yanındakı kimdir?" soruşuldu. "Məhəmməd Əleyhissalam" dedi. "O, peyğəmbər olaraq göndərildimi?" soruşuldu. Cəbrayıl "Bəli" dedi. Göy qapısı açıldı. Həzrəti Adəmlə qarşılaşdım. Mənə salam verərək xeyir-dua etdi. 2-ci səmaya çıxdıq. Orada da eyni söhbət oldu. Göyün qapısı açıldı. Burada iki xala oğlu İsa və Yəhya ilə qarşılaşdım. Onlar da mənə salam verərək dua etdilər. 3-cü səmaya çıxdıq. Bu qapıda da eyni danışıqlar oldu. Göyün qapısı açıldı. Orada Həzrəti Yusufu gördüm. O da dua etdi. 4-cü səmaya çıxdıq. Eyni sözlər danışıldı. Qapı açıldı. Həzrəti İdrisi gördüm. O da dua etdi. 5-ci səmaya çıxdıq. Yenə eyni danışıqlar oldu. Qapı açıldı. Həzrəti Harunu gördüm. O da dua etdi. 6-cı səmaya çıxdıq. Yenə eyni danışıqlar oldu və qapı açıldı. Həzrəti Musanı gördüm. Salam verərək dua etdi. 7-ci səmaya çıxdıq. Yenə eyni danışmalar oldu və qapı açıldı. Arxasını Beyt-ül-Mamura söykəmiş Həzrəti İbrahimi gördüm. O da dua etdi. Beyt-ül-Mamuru gördüm. Sonra Cəbrayıl məni Sidret-ül-Müntəhaya apardı. Allah gündə əlli vaxt namazı fərz etdi. Musanın yanına gəlib izah etdim. "Rəbbindən azaltmasını istə! Ümmətin buna güc çatdıra bilməz. Təcrübəm var" dedi. Bir neçə dəfə Rəbbimlə görüşməyə davam etdim. Nəhayət Rəbbim "Beş vaxt namazı fərz etdim. Hər vaxt üçün on savab vardır. Beləcə, əlli vaxt namaz olar" buyurdu. (Müslim)
Merac gecəsini necə qiymətləndirməlidir?
Merac gecəsini ibadətlə, gündüzü də orucla keçirməli. İki hədisi şərifin tərcüməsi: "Merac gecəsində yaxşı əməl edən üçün yüz illik mükafat vardır". "Rəcəbin 27-ci günü oruc tutana 60 illik oruc savabı verilər".
Cümə günü tək olaraq oruc tutmaq bəzi alimlərə görə məkruhdur. Şənbə günü oruc tutmaq isə bütün alimlərə görə məkruh olduğu üçün bu mübarək gün cüməyə rast gəldiyi zaman orucu cümə axşamı və ya şənbə ilə birlikdə tutmaq yaxşı olar. Şənbə gününə rast gəlsə, cümə ilə şənbə və ya şənbə ilə bazar günü birlikdə tutmaq lazımdır.
Bu gecə qəza namazı etməli, Qurani-Kərim oxumalı, dua, tövbə etməli, sədəqə verməli, müsəlmanları sevindirməli, bunların savablarını ölülərə də göndərməlidir!
Hər vaxt doğru iman sahibi olmağa, fərzləri edib haramlardan qaçmağa, tövbə edib fərz borclarını ödəməyə çalışmalıdır! Bütün bunları etmək isə elmlə olar. Hədisi şərifdə buyuruldu ki: "Gecə bir müddət elm ilə məşğul olmaq bütün gecə səhərə qədər ibadət etməkdən daha qiymətlidir" [Əbu Nuaym].
Merac ağlın bitdiyi, imanın başladığı yerdir. Hikmət əhli şəxslər buyurur ki: "Bir iş nə qədər çətinliklə olmuşsa, o qədər uzun ömürlü olar". Peyğəmbər Əfəndimiz "Ən çox çətinliyi mən çəkdim" buyurur. O halda, haqq olan dini də qiyamətə qədər sürəcək.
Adəm Əleyhissalam qupquru bir dünyaya gəldi, çətinlik çəkdi. Sonra Peyğəmbər Əfəndimizin üzü suyu hörmətinə dua etdi. "Rabbena zalemna enfüsena" duasını davamlı oxuyardı. Sonra iki övladından biri kafir oldu və müsəlman olanını öldürdü. Bir ata üçün nə çətindir!
Nuh Əleyhissalama 950 il inanmadılar, çox əziyyət etdilər. Döyərdilər, hər səfərində "Öldü" deyib buraxardılar. Cəbrayıl Əleyhissalam gəlir, yaralarını sarıyardı, təkrar təbliğə başlardı. Sonra Allahu-Təala ona "Gəmi düzəlt" əmrini verdi.
İbrahim Əleyhissalamı Allahu-Təalanın xəliliykən atəşə atdılar, oğulunun boğazını kəsmə əmri verildi.
Musa Əleyhissalam da çox çəkdi, doğulduğu il Firon bütün oğlanlarını öldürdü. İllərlə çobanlıq etdi. Xanımı hamilə, zülmət qaranlıq, çarəsiz... Bir işıq gördü, işığa getdi. Orada Allahu-Təala onunla danışdı. Bu Merac deyildi, Merac tək Peyğəmbər Əfəndimizə verildi.
Eyyüb Əleyhissalamın qurdlanmayan yeri qalmamışdı. Onun yaralarının qurdlandığını böyük alim Alaaddini Attar həzrətləri də bildirməkdədir.
Yaqub Əleyhissalam ağlamaqdan gözlərinin nurunu itirdi.
Yusuf Əleyhissalam quyuya, zindana atıldı.
Zekeriya Əleyhissalam ağacın içində ağacla birlikdə mişarla kəsildi.
İsa Əleyhissalam bir neçə adamı razı salmaq üçün nələr çəkdi. Öldürməyə çalışdılar.
Onların hamısı Peyğəmbər idi. Niyə bu qədər çətinlik çəkdilər? "La ilahə illəllah" dedikləri üçün...
Peyğəmbər Əfəndimiz "Mənim çəkdiyimi heç bir Peyğəmbər çəkmədi" buyurur.
Kainat Onun xatirinə yaradılıb.
Peyğəmbər (s.a.a.s) Əhli-Beytinin (a) çəkdikləri zülmlər, Həzrəti Əlinin (a) çəkdikləri, Ona olunan təqibler, Peyğəmbərin (s.a.a.s) şəhadətindən sonra ümmətin xəyanəti… Hələ Həzrəti Hüseynin (a) Kərbəlası, başına gələnlər...
Həzrəti Əbu Bəkir nələr çəkdi, neçə dəfə döydülər!
Həzrəti Ömər namaz qılarkən, Həzrəti Osman Qurani-Kərim oxuyarkən şəhid edildi.
Nəticədə Peyğəmbər Əfəndimizin varisləri də çox əziyyət çəkdilər. Nə üçün? "La ilahə illəllah, Məhəmmədin Rəsulullah" dedikləri üçün. Bu səbəbdən iman, inanmaq çox çətin, inandırmaq daha çətindir. İman Allahu-Təalanın qullarına lütf etdiyi xüsusi nemətidir. İmanı olanlar sevincdən oynasa, yeridir...
Allahu-Təala dünyanı verdiyinə axirəti verməz. Hədisi qüdsidə "İki qorxunu bir ürəkdə cəm etmərəm" buyurulur. Dünyada Allahu-Təaladan qorxanlar axirətdə qorxmasın, dünyada qorxmayanlar axirətdə çox qorxsun.
Peyğəmbər Əfəndimiz Ümmihaniyə Meracı söylədikdə "Amandır, kimsəyə izah etmə, kimsə inanmaz və inananlar da imtina edər" dedi. Peyğəmbər Əfəndimiz də "İzah etməyim lazımdır, inanmayanlar sonra da imtina edər. Çürük daşlar üzərində bina olmaz, ayrılacaq olan indidən ayrılsın, möhkəmləri qalsın" buyurdu. Ağıl dayandı, zaman dayandı, hər şey dayandı, iman başladı. Peyğəmbər Əfəndimizin heç yalan danışmadığını müşriklər də bilirdi. "Cənnəti, cəhənnəmi gedib görənmi var?" deyənlər olur. Bəli, var. Kim var? Həyatında heç yalan danışmayan Məhəmməd Əleyhissalam var.
XƏBƏR LENTİ
Rihannadan yeni FOTOsessiya
Əhaliyə HAVA XƏBƏRDARLIДћI: "Bu gecə...."
Növbəli işləyənlərin beyni SÜRƏTLƏ QOCALIR?
Düşüncənin riyazi dili - Çoxüzlü
İran Azərbaycanın investisiyalarını alqışlayır
Sağlamlığa faydalı çaylar
Nemtsovun Əliyev etirafı
Berkayın saatının qiyməti dodaq uçuqladır_FOTO
Jirinovskinin yeni sevdası
HAVA necə olacaq?
Şokoladlı keks (foto resept)
"Sizdən soruşsalar, heç kəsin adını çəkməyin"
Bakı-Sumqayıt qatarı bu gün işə düşür
13 yaşlı qızından Ancelina Coliyə BÖYÜK ZƏRBƏ
Zərif və zövqlü ziyafət geyimləri (3)
Saç detoksu
Moskva Qarabağdan gətirilən "Artsax" arağının satışına icazə verib
Azərbaycanda daha 136 nəfərdə koronavirus aşkarlandı, 3 nəfər vəfat etdi
Türkiyə Silahlı Qüvvələrindən ordumuza növbəti dəstək
Türkiyənin məşhur aktyorları Bakıya gəlir - FOTO
Əcaib qadınlar
"ASAN Kommunal" dövlət büdcəsindən maliyyələşməyəcək"
Diqqət testi
İstehsal tarixindəki səhvlər
Azərbaycanda nəqliyyat tarifləri yenə artdı
Tikinti şirkəti iflas olarsa, alıcı nə etməlidir?
Pendirli bulkular (foto-resept)
1400 əkizimiz var
Rəssam Nachi Diaz
Cennifer Enistonun yeni eşqi diqqət çəkib-FOTO
Gəncədə 5 zavod tikiləcək
Bu günün hava proqnozu
Məşhurluqdan uzaq qalan filmlər
Qoz maskası
Evdə paltar qurutmayın
Burak Özçivitdən GÖZLƏNİLMƏZ AÇIQLAMA-FOTO
Messi daha bir rekorda imza atdı
Tuba Ekinci Xocalı soyqırımından yazdı
Coan Roulinqdən xeyirxah addım
Sabahın HAVAsı
Sadiq cütlüklərin xüsusiyyətləri
Ağcaqanadları uzaqlaşdırmaq üçün istifadə etdiyimiz maddələr toksiki təsir göstərə bilər
Bakıda daha bir yolun yenidən qurulmasına başlanıldı
Azərbaycan qadınları Orduya yazılır
Bakının uşaq bağçalarında bayraq aksiyası
Görməniz lazım olan yerlər (1)
İmtahanlardan kəsilənlərin nəzərinə
Məşhur markaların siması indi odur-FOTO
Kərə yağı alarkən nəyə diqqət yetirməliyik?
Məşhur filmin premyerası təxirə salındı-SƏBƏB















- ŞƏRHLƏR