Zəncan vilayəti İranın mərkəz və şimal-qərb hissəsində yerləşir.Sahəsi-21 841 kv. Km, əhalisi 1 milyona yaxındır.12 şəhəri və 15 qəsəbəsi var.Zəncan mülayim iqlimə malikdir.Dağlıq ərazi oluğuna görə ab-havası çox yaxşıdır.Bu vilayətdə təbii su mənbələri olduqca çoxdur.Bu çeşmələri 2 yerə bölmək olar:
1.İçməli suyu olan və əhalinin gündəlik istifadə etdiyi çeşmələr.
2.Mədən suları.
Vilayətin mühüm çaylarından biri də Ağ çaydır.Zəncanlılar onu “Qızılüzən çay” adlandırırlar.Bu ərazinin torpaqları əkinçilik üçün çox əlveişlidir.Zəncanda daha çox taxıl və taxıl məhsulları istehsalı üçün münbit torpaqlar vardır.Zəncanın “tarım” düyüsü təkcə İranda deyil, bütün dünyada məşhurdur.Bu ərazi həm də dənli bitkilərin və göyərtinin mənbəyidir.
Zəncanda kənd təsərrüfatı çox inkişaf etmişdir.Burada bol miqdarda meyvə və pambıq da becərilir.
Zəncanda əl sənayesi də çox inkişaf etmişdir.Xalçaçılıq, kilim və cecim toxumaq, bıçaq düzəltmək,misgərlik, güləbətinlə bafta tikmək, saxsı qab hazırlamaq zəncanlıların əsas peşəsidir.
Zəncan şəhəri
Vilayətin mərkəzi olan Zəncan şəhərinin tarixi haqqında müxtəlif fikirlər vardır.Belə ki, bu barədə məlumat verilən mənbələrdən birində- “Nozhətolqulub” kitabında göstərilir ki, şəhərin yaranma tarixi Ərdəşir Babəkanın zamanına,yəni III əsrə təsadüf edir.Bu zamanlar onun adının Şəhin-Zənqan-Zəncan fərmasında dəyişildiyini də yazırlar.
Zəncanın mühüm tarixi yadigarlarından şəhərin mərkəzində yerləşən Cümə məscidini, şəhərin 45 km-də yerləşən Sultaniyyə günbəzini (bunun haqqında növbəti xəbərdə ətraflı danışacağıq), Hələbioğlu məqbərəsini, Molla Həsən Kaşani məqbərəsini, İmamzadə Yaqub məqbərəsini, Kətəlixor mağarasını, Zəncan çayının üzərindəki Mirbəhayəddin körpüsünü göstərmək olar.Bütün bu saydığımız yerlərin hamısı tarixinə, mənzərəsinə görə İranın mühüm turistik və görməli yerlərindən hesab edilir.
Lakin onların arasında öz qədimliyinə və özünəməxsus xüsusiyyətlərinə görə fərqlənən Zəncanın tarixi bazarı da mühüm yer tutur.Tarixinə görə bu bazarı 2 yerə ayırmaq olar:
1.Bazar kompleksini təşkil edən aşağı hissə Səfəvilər zamanı Şah Təhmasib tərəfindən tikilib.
2.Yuxarı hissə isə Fətəli şah Qacar zamanında tikilib.Bazarın bir neçə tarixi karvansarası, hamamı vardır.
XƏBƏR LENTİ
Hava necə olacaq?
Savçenko: "Sərt reaksiya verə bilərəm"
Bakıda internet köşklərinin sayı artırılır
Azərbaycanlı rəssam Merilin Monronun portretini elə yaratdı ki... - VİDEO - FOTO
Tıxaclarda nə qədər vaxt itiririk?
İki qolu olmayan qız: "İradə hər şeydir"
Bayram namazının vaxtı açıqlandı
Ronaldo 5-ci dəfə ata olacaq - FOTO
İlham Əliyev: “Bu, bizim növbəti siyasi qələbəmizdir”
Vyetnam Rusiyadan koronavirus vaksini alacaq
Menstruasiya haqqında qısa məlumat
Bu gün "Son zəng"dir
Cazibədar görünmək istəyənlər üçün
Yaponlar ürəyi əvəz edəcək mini nasos əldə ediblər
Müdafiə Nazirliyi ermənilərin "itki strategiyası"na aydınlıq gətirdi
Pambıq şəkəri necə hazırlanır?
Qırmızı Bazar istiqamətində düşmənin qərargahı atəşə tutulub - VİDEO
Dağlar qucağındakı yurdum-Zaqatala
Bərəkətli bitki
Günün qoroskopu:Təmkinli davranın
Məşhur müğənni "qara siyahı"ya düşdü-SƏBƏB
"Synergy-Baku" İspaniyada
Süni ətlə bağlı yayılan video narahatlıq yaradıb
Ümidini ipotekaya bağlayanlar, xoş xəbər var!
Peledən Ronalduya cavab: “Unutma, mən 1283 qol vurmuşam”
Valideynlərə bir sıra məsləhətlər
Məşhur modelyer həbs oluna bilər-SƏBƏB
“Selfie” çəkib paylaşan kişilər xəstədir
Sabah Bakı və Abşeronun bir sıra ərazilərində qaz təminatında fasilələr olacaq
"Su damlası" effektinin hazırlanması
Bu smartfon 2 əməliyyat sistemində işləyir
Bədii gimnastika üzrə XXII Bakı çempionatı və birinciliyi start götürüb
Murat Hande üçün oxudu-FOTO
Gəlin obrazı (2)
Alcaqdaban ayaqqabılar
İnternetin qiyməti düşə bilər
Sabahın HAVAsı
Murat Bozdan sevgi açıqlaması
Tibbdə ilk - "Kişi" uşaq doğdu - FOTO
Elmə məlum olmayan canlılar aşkarlandı
Üzüm pəhrizi
Yeməyini tülkü ilə paylaşdı, trend oldu - VİDEO
Amerikalılar Facebook-dan narazıdırlar
Ronaldo sevgilisinə 615 minlik üzük aldı
Leksika - 1
BÜRCLƏR bizə nə vəd edir?-4 Noyabr
İbrahim Tatlısesin yeni sevgilisi üzə çıxdı - VİDEO
Rus əsgərlər ukraynalılara atəş açdılar
Murad Dalkılıç Bakıya gəlir
Tvitter ABŞ hökumətini məhkəməyə verdi















- ŞƏRHLƏR