Gündəlik istehlak etdiyimiz kərə yağı tərkibində 72-83 faiz yağ, 16-25% su və 1% quru yağsız süd qalığı olan qatılaşdırılmış süd məhsuludur. Kərə yağında mineral maddələr, vitaminlər, xolesterin və s. var. Məhz bunlar da ona xüsusi dad və ləzzət verir. Kərə yağının duzlu, duzsuz, həvəskar, kəndli, pəhriz, əridilmiş və s. növləri var.İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti vətəndaşlara məsləhət verir ki, yağ alarkən onun keyfiyyətinə diqqət yetirmək lazımdır. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bunun üçün bəzi məlumatları bilmək lazımdır.Yağ hissəcikləri kristalik, duru və amorf vəziyyətdə olurlar. Qidalılıq dəyəri yağın tərkibindəki yağ turşularının kəmiyyət və keyfiyyətindən, vitaminlərin və digər bioloji fəal maddələrin miqdarından asılıdır. Yağın keyfiyyəti orqanoleptik və kimyəvi göstəricilərinə görə qiymətləndirilir. Keyfiyyətli kərə yağı xarakterik təmiz dada və qoxuya malik olmalıdır. Kənar dad və qoxunun olmasına yol verilmir. Konsistensiya 10-12ºC temperaturda bərk, həmcins, kəsimində səthi parıltılı, dənəvər, əridildikdə tam şəffaf və çöküntüsüz, görünüşü quru olmalıdır. Rəngi ağdan açıq sarıya qədər və bütün kütlə boyu eyni olmalıdır.Yağın keyfiyyətinin qorunması üçün onun qablaşdırılması və daşınmasının böyük əhəmiyyəti vardır. Belə ki, hazırlanmış tara əvvəlcədən doymuş duz məhluluyla isladılmış perqament kağızı ilə örtülməlidir. Hava boşluqlarının qalmaması üçün yağ sıx yığılmalıdır.Qablaşdırılan yağ etiketlənməli və üzərində istehsalçının adı, emal tarixi, yağın adı, yağın kütlə payı, çəkisi, növü, standartı, digər normativ-texniki sənədin nömrəsi, tərkibi, saxlanma müddəti, temperaturu, enerji dəyəri və s. məlumatlar qeyd olunmalıdır. Pərakəndə satış üçün yağ perqament, yaxud folqaya bükülərək, xırda çəkilərlə qablaşdırıla bilər.Yağ ancaq avtorefrijeratorlarda 4-5ºC-də daşınmalıdır. Spesifik qoxusu olan məhsullarla birlikdə, eləcə də sanitar-gigiyenik tələblərə cavab verməyən nəqliyyat vasitələrində yağın daşınması qadağandır.Yağdan istifadə təkcə onu istehlak etməklə bitmir, onun düzgün şəkildə saxlanılmasının da mühüm əhəmiyyəti var. Mənfi 18ºC temperaturda duzsuz yağı 12, duzlu yağı isə 7 ay saxlamaq olar. Mənfi 12ºC temperaturda isə bu göstəricilər müvafiq olaraq 9 və 6 aydır. Xırda qablarda qablaşdırılmış yağ mənfi 18ºC-də bir aydan çox olmayan müddətdə, əridilmiş yağ mənfi 8 –mənfi 3ºC temperaturda 1 ilə qədər saxlanıla bilər.Ticarət şəbəkələrinə yağ 10ºC-dən çox olmayan temperaturda daşınmalıdır. Anbarlarda isə yağ -2+2ºC-də 10-15 gün müddətində saxlanıla bilər. Ticarət şəbəkələrində isə yağ adətən 8ºC və daha yüksək temperaturda saxlanılır.Kərə yağının qüsurlu olması özünü daha çox onun dadında, qoxusunda, xarici görünüşündə, konsistensiyasında, rəngində büruzə verir. Bu qüsurların bəziləri istehsal prosesi zamanı, bəziləri isə saxlanma müddətində yaranır.
Yağın saxlanmasından qaynaqlanan qüsurlar əsasən temperaturla əlaqədar əmələ gəlir. Belə ki, müsbət temperatur şəraitində saxlanılan yağın dadı və qoxusu dəyişir, uzun müddət saxlandıqda isə tamamilə yararsız vəziyyətə düşür.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
"ASAN xidmət"də yenilik
Ceyms Uorlik kimə işləyir?
Qara dəlik üçün "Oskar" verdilər
DİQQƏTLİ OLUN: İnternetdən istifadə edənlərin NƏZƏRİNƏ
BÜRCLƏR bizə nə vəd edir?-15 noyabr
Bakı sakinləri həkimləri nəyə görə narahat edirlər?
Ümumdünya Səhiyyə Təşkilatı valideynləri xəbərdar edir
Dünyanın ən bahalı şokoladı
"İnternet və texnologiyalar əsrində belə tədbirlərin keçirilməsi olduqca vacibdir"
Ornella Muti hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Bu məhsullar UCUZLAŞDI - SİYAH
Dərdin ən böyük dərmanı - təsəlli
Leyla Əliyeva “Yeddi gözəl”i izlədi - FOTO
Azərbaycanın bəzi rayonlarında sərt karantin rejimi uzadıldı - SİYAHI
"Vatanım Sensin" serialı finala hazırlaşır
Ronaldunun uğurunun sirri açıldı
Eurovision-2019-un sloqanı məlum oldu
Nazirlik ölkədə müşahidə olunan toz-dumanın səbəbini açıqladı
Sevgilisindən qisas almaq üçün pilot oldu - FOTO
Matriksin dəbə təsiri
Mehriban Əliyeva: “Hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir”
Dünyanın ən məşhur, ən xəsis milyarderi - FOTO
Divar saatları
Azərbaycanda güclü zəlzələ olacaq?
8 mindən çox adam öldü
Çətirlər
Uşaqlar üçün qəlyanaltı ideyaları
Özünü “İsa Məsih” elan edən şəxsdən koronavirus iddiası: “Milyardlarla insan…”
Günün ulduz falı
İdmanla məşğul olarkən motivasiyanı necə artırmalı?
HAVA necə olacaq?-24 FEVRAL
Şənbə havası
Cennifer Lopezin konsertində şok - İnsanlar təxliyyə edildi
Günün qoroskopu: Səhhətinizin qayğısına qalın!
Təkrarlanan yuxuların insan həyatında və sağlamlığında rolu
Həkim Bəhram Bağırzadənin son vəziyyətindən danışdı
Moldova yığmasının baş məqşçisi Azərbaycan çempionu oldu
İtaliyaya səyahət (II hissə)
Hülya Avşar efirlərə qayıdır?
"Şaban"-ın oğlu evləndi-FOTO
Tibb işçilərinin NƏZƏRİNƏ
Bu gecə ilk Qədr gecəsidir
Cəbhədə növbəti təxribat
Marsda “pinqvin” tapıldı - FOTO
"Quş qripi" xəstəliyinin törədicisi müəyyən edilmədi
Ağdam istiqamətində şəhid olmuş baş leytenant dəfn olundu
Sağlam dizlər üçün 5 məsləhət
Bu domen 3,6 milyon dollara satıldı
Gözəllik standartlarını dəyişdirən model - FOTO
Qısa vaxtda gözəlləşmək üçün ən yaxşı məsləhətlər
- ŞƏRHLƏR