Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, dərd - insanın hansısa bir itkidən sonra göstərdiyi reaksiyadır. Dərd çəkməyin dörd mərhələsi var: "Dərdin hiss olunduğu ilk mərhələ şok mərhələsidir. Şok ağır ruhi sarsıntı və ya bədənin ağır zədələnməsi nəticəsində orqanizmin funksiyalarının ümumi pozuluşudur. Şok mərhələsi bir neçə saniyədən bir neçə həftəyə qədər uzana bilər. Bu mərhələdə insan baş verənlərə inana bilmir. O bu dövrdə hissiyyatsız, az hərəkətli olur. Lakin bəzi anlarda hiperaktivlik müşahidə olunur. İlkin mərhələdə həm də insanın iştahı itir, yuxusu pozulur".
İkinci mərhələdə isə insan dərd çəkməyə başlayır. Bu, 6 həftədən 7 həftəyə qədər davam edir. İnsan dərdini anlayır və dərd çəkməyə başlayır. Bu zaman insanda diqqətin zəifləməsi, yaddaşın və yuxunun pozulması müşahidə olunur. İnsan daim narahat olur, tənhalığa meyl edir, özünü əzgin hiss edir. Bu mərhələdə mədədə ağrılar da başlaya bilər. Əgər bu mərhələ yaxın insanın itirilməsi ilə əlaqədardırsa, bu mərhələdə o, ölən insanı ideallaşdıra, yaxud da əksinə, ona qarşı qəzəb hiss edə bilər. İnsan ölənə qarşı günahkarlıq hissi də keçirir. Hansısa sözləri deyə bilmədiyi üçün üzülür, vaxtın keçdiyini və heç nəyi geri qaytara bilməyəcəyini dərk edərək ümidlərini itirir. Dərdi qəbul etmə mərhələsi isə baş verən hadisədən bir il sonra baş verir. Bu zaman yuxu rejimi qaydasına düşür, yaddaş və diqqət zəifliyi də keçir. Düzdür, insan bundan sonra da dərd çəkməyə davam edir. Lakin tutma halları getdikcə nadir hallarda baş verir: "Bərpa olma mərhələsi isə il yarım və iki ildən sonra baş verir. Bu mərhələdə dərd kədərlə əvəz olunur. İnsan baş verən bədbəxtliyə artıq sakit yanaşır. Hisslər o qədər də onu incitmir. Bəzi hallarda xatirələrə qapılsa da, dərdin üstündən keçdiyini və bədbəxtliyin geridə qaldığını duyur. İtki çox ağır idisə, o bu acıyla ömür boyu yaşayır. Amma artıq ilkin mərhələlərdə olduğu kimi güclü dərd çəkmir". A.Qurbanova bildirib ki, dərd çəkən insanı mütləq sakitləşdirmək lazımdır. Əgər insanı sakitləşdirməsən, onda bir çox xəstəliklər yarana bilər: "Bildiyiniz kimi, bütün xəstəliklərin kökündə stress dayanır. Bu səbəbdən də sakitləşmək vacibdir. Sakitləşmədikdə, davamlı olaraq stress keçirmək, əsəbiləşmək ürək xəstəlikləri, alkoqolizmə və narkotik vasitələrdən asılılığa gətirib çıxara bilər. Dərd çəkən insan asanlıqla depressiyaya düşə, hətta intihar edə bilər".
Psixoloqun dediyinə görə, dərd çəkən insanla söhbət etmək vacibdir: "Bəzən sizə elə gələ bilər ki, o, sizə qulaq asmır. Amma buna fikir vermədən onunla danışmağa, onu sakitləşdirməyə davam edin. O, sizə qarşı aqressiv yanaşsa belə, bir müddətdən sonra sakitləşəndə sizə minnətdar olacaq. Ona görə ki, bədbəxtliklə üzləşən insan üçün təsəlli böyük rol oynayır. Xüsusilə də şok və dərdi anladığımız dövrdə təsəlliyə çox ehtiyac duyuruq. Belə ki, dərdlə üzləşdiyimiz zaman ilk iki mərhələ daha çətin hesab olunur".
Şok mərhələsində olan insanı tək qoymaq məsləhət deyil. Mütəxəssis qeyd edib ki, bu mərhələdə sakitləşdirmək üçün insana ehmalca toxunmaq da olar: "Misal üçün, əlini tuta və ya əlinizi onun çiyninə qoya bilərsiz. Əgər insan sizə çox yaxındırsa, başına sığal çəkə və ya onu qucaqlaya bilərsiz. Bunu edərkən dərd çəkənin reaksiyasına fikir verin. O, sizi itələyir və sizdən uzaqlaşmaq istəsə belə, getməyin. Ona görə ki, əslində sizə çox ehtiyacı var". Bununla yanaşı, nəzarət edin ki, şok mərhələsini keçirən insan daha çox istirahət etsin və yeməyi vaxtında yesin. Yaxşı olar ki, onu hanısa bir məşğuliyyətə cəlb edəsiniz. Psixoloq deyir ki, dərdli insana diqqətlə qulaq asmaq lazımdır: "Ola bilsin ki, o, çox qəribə şeylər danışmağa başlasın. Onu dinləyin və ona başa düşdüyünüzü deyin. Əgər insan bu mərhələdə susur və danışmaq istəmirsə, ona danışdıqca yüngülləşəcəyini deyin. Ona ürəyini boşaltmağa kömək edin. O, hiss etdikləri ilə bölüşdükcə yüngülləşəcək. Eləcə də insanı sakitləşdirmək üçün, bədbəxt hadisə haqqında keçmiş zamanda baş verən hadisə kimi danışın. Əgər siz ölən insanı tanıyırsınızsa, onun haqqında yaxşı sözlər deyin". İnsanlar başqasını sakitləşdirməyin yollarını bilmədikləri üçün çox vaxt yanlış ifadələrdən istifadə edir və insanın dərdinin üstünə dərd gətirirlər: "Bu səbəbdən də başqasını sakitləşdirərkən ehtiyatlı olmalı və danışdığımız sözlərə fikir verməliyik. Məsələn, "Bundan sonra çətin düzələsən", "Sən güclüsən, buna dözə biləcəksən", "Sən baş verənləri heç vaxt unuda bilməyəcəksən", "Gör başımıza nələr gəldi", "Sən günahkarsan", "Sən belə etməsəydin, heç nə olmazdı", "O, sənə görə öldü", "Bu heç vaxt keçməyəcək" kimi sözlər demək olmaz. Bu sözlər insanın kədərini daha da çoxaldır və dözülməz həddə çatdırır. Bunun əvəzinə "Hər şey yaxşı olacaq" deməyi öyrənmək lazımdır. Dindar insanlar üçün kədəri qəbul etmək nisbətən asan olur. Ona görə də onlara "Allah bilən məsləhətdir" kimi ifadələr demək olar. Dərd çəkən insan günahkar olsa belə, ona bunun əksini inandırın".
XƏBƏR LENTİ
Koronavirusla bağlı son vəziyyət açıqlandı
İri ticarət mərkəzlərinin aqibəti necə olacaq?
Uşağın cinsiyyətini öyrənmək istəyən cütlük ŞOK YAŞADI
Məşhur futbolçunun qabırğası sındı
Burak Özçivitin filminə qadağa qoyuldu-FOTO
Bu gün ixtisas seçimi başa çatır
Müxalifət Paşinyana istefa üçün vaxt qoydu
Qanunsuz tikilmiş evlərin qeydiyyatı bizə nə verəcək?
Qorxulu film izləməklə arıqlaya bilərsiniz
Bakıda 10В°- dək isti olacaq
Shakira öz əl işini təqdim etdi
Permdə doğulan Ömər Xəyyam
"Bobbi"nin ulduzu Rişi Kapur öldü-FOTO
Azərbaycanda Facebook-a maraq azalıb
Hindistan tarixində ilk dəfə
Körpənin yuxuya rahat getməsi üçün tövsiyələr
Minsk qrupu Nalbandyanla Dağlıq Qarabağ nizamlanmasını müzakirə edib
Artıq çəkidən azad olmaq üçün 8 qızıl qayda
Koronavirusa yoluxan ən kiçik xəstə sağaldı-FOTO
Hər ay bir şəhzadəyə çevrildi
Beyonsenin konsertində zal boş qaldı-FOTO
Doğma kəndim - Baş Küngüt
Kompüter oyunlarını sevənlərə bəd xəbər
Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik etdi
Bu gün Aşuradır
Hulusi Akar Qarabağda anlaşma barədə: “Türkiyə həm masada, həm də ərazidə olacaq”
Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ad günüdür
Prezident İlham Əliyev: “...əlimizdən gələni edəcəyik”
Almaniya kuboku: Türk futbolçu matçın qəhrəmanı oldu, "Bavariya" qalib gəldi
Azərbaycanda sahibkarlar bu xərcdən azad edildi - QƏRAR
Azərbaycanda müəllimlərin işə götürülməsi üzrə elektron ərizələrin qəbulu başlanır
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 143 yeni yoluxma
Dəri çatlarının qarşısını necə almalı?
"Coca-Cola"nın "gücü"
Banklara xəbərdarlıq etdi
Qış aylarında dəri baxımı
Yasəmən gülü və faydaları
Düşmən təəccübləndirdi: cəmi 26 dəfə?
Körpə doğulandan sonra hansı qurban kəsilməlidir?
BenQ bazara qayıtdı
Kimə qırmızı kürü yemək olmaz?
Ən çox gəzən turist
Onların da geyimləri var
Ordumuz ermənilərə daha bir zərbə
Mehriban Əliyeva Xalq artistinə avtomobil HƏDİYYƏ ETDİ - FOTO
"Ermənistan rəhbərliyindəkilər, sanki, başqa planetdən gəliblər"
Azərbaycan valyuta bazarının həftəlik icmalı
Yaxşı işləyib tez qocalmamaq üçün nə edək?
İnsanların mənfi enerjisindən necə qorunmalı?
Jurnalistin ölümünə prezidentdən reaksiya
- ŞƏRHLƏR