Affekt halına meylli insanların heyvan, yüksəklik, xəstəlik, yaralanma, ölüm qorxusu olduğundan onlar evdən çıxmağa, tək qalmağa qorxurlar. Affekt halı hər yaşda baş verə bilər. Ən çox 45 yaşdan sonra görünən bu xəstəlik, zehni işlərlə məşğul olan, narkotik maddələrdən və ya spirtli içkilərdən istifadə edənlərdə özünü daha çox büruzə verir.
Psixoloq Elnurə Bağırovanın sözlərinə görə, affekt halının yaranma səbəbləri müxtəlifdir: "Affekt halı qəfildən yaranır və bir neçə dəqiqə davam edir. Affekt halı iki cür - patoloji və fizioloji - olur. Fizioloji affekt halı qorxu, narahatlıq, əziyyət, nevroloji çatışmazlıq, ürək sıxıntısı ilə, patoloji affekt halı isə narkotik maddə qəbulu zamanı şizofreniya, depressiya halı şəklində özünü göstərir. Patoloji affekt çox ağır keçir. Hesab olunur ki, bu vəziyyətdə olan adamın ağlı başında olmur. Bu cür vəziyyətə pxioloji travmaya səbəb olan hadisələr, digər şəxslərin davranışı, dediyi sözlər səbəb ola bilər. Affekt halında olan insanı idarə etmək olmur. Onlar çox aqressiv davranır və ətrafdakılar üçün təhlükə yaradır. Affekt vəziyyətində olan insan öz emosiyalarını, nitqini, hərəkətlərini idarə edə bilmir. Bu halda insan nə etdiyini anlamır, bəzi hallarda affekt vəziyyətindən sonra amneziya da müşahidə olunur. Patoloji affekt halı tam psixi sağlam insanlarda da psixioloji travmalar nəticəsində yarana bilər".
E.Bağırova bildirib ki, affekt halı 3 mərhələdə davam edə bilər. Affekt halının birinci mərhələsi psixoloji travmaya səbəb olan informasiyanı qəbul etdikdə başlayır. Affektiv gərginlik tədricən artmağa başlayır. İkinci mərhələ affekt halının pik nöqtəyə çatmasıdır. Bu zaman emosiyaların partlayışı baş verir. Bu fazanın əlamətləri tipikdir. İnsanda səslərin qəbul etməsi pozulur. Səslər sanki ya uzaqlaşır, ya da yaxınlaşır və güclənir. İllüziyalı qavrama müşahidə olunur, hallüsinasiyalar yaranır. Elə hallar olur ki, affekt vəziyyətinə düşən insan sayıqlayır, özünü hədsiz aqressiv və qəddar aparır. Affekt vəziyyətində insan baş verənləri və ola biləcək nəticəni obyektiv qiymətləndirə bilmir. İnsanın matorikasında da problemlər yarana bilər (ayaqlarında taqət olmaya, qulaqlarında küy yarana və hətta huşu itə bilər). "İkinci mərhələdən sonra affekt halının üçüncü mərhələsi başlayır. Bu mərhlədə insan baş verənlərə və ya etdiklərinə heç bir reaksiya vermir. Bu zaman insan çox pis vəziyyətdə olur. Onda ruh düşkünlüyü müşahidə olunur. Bir müddət heç kimlə ünsiyyət qurmaq istəmirlər.
Fizioloji affektdə olan insanın isə ağlı başında olur".
Psixoloqun dediyinə görə, bu vəziyyət müvəqqətidir və qıcığa qarşı partlayış xarakterli reaksiyadır: "Fizioloji affekt halı pozitiv və neqativ olur. Bu cür affekt halı qəfil yaranır və insanın davranışının, psixi fəaliyyətinin qəfil dəyişməsi ilə müşayiət olur. Fizioloji affekt zamanı insan öz hərəkətlərini anlayır və özünü idarə edə bilir. O, həmin an ağlını itirmir və affekt halından sonra amneziya da baş vermir".
Fizioloji affektin səbəbləri müxtəlifdir. Affekt vəziyyətinə şəxsin yaxınlarından kiminsə və ya hansısa insanın həyatının təhlükəli vəziyyətdə olması, konflikt, insanların onu təhqir etməsi, özünə qiymətləndirmənin aşağı salınmasına, şəxsiyyətin alçaldımasına yönələn sözlər səbəb olur.
İnsanın fizioloji vəziyyətə düşməsi şəxsin yaşından, əsəb sistemindən, özünə qiymətləndirmənin hansı səviyyədə olmasından, psixikaya təsir edən müvəqqəti fizioloji vəziyyətlərdən (yorğunluq, yuxusuzluq və s.) asılıdır.
Müsahibimiz qeyd edib ki, istənilən hisslər artaraq effekt halına qədər çata bilər: "Adətən cəmiyyətdə insanlar öz güclü hisslərini büruzə verməkdə çəkinir və emosiyalarını idarə etməyə çalışırlar. Lakin bu o demək deyil ki, insan daim bütün emosiyalarını sıxmalı və üzə çıxmağa imkan verməməlidir. Xüsusilə də müsbət hisslərin affekt vəziyyətinə səbəb olması insanın normal və sağlam həyat tərzi sürməsi üçün vacibdir. Müsbət hisslərin açıq və səmimi büruzə verilməsi şəxsiyyətin müsbət mənəvi keyfiyyətlərini üzə çıxardır. Müsbət affekt sağlamlığına, əhavlına da müsbət təsir edir".
Psixoloq onu da bildirib ki, neqativ emosiyalara söykənən affekt vəziyyətinə düşən insan təhlükəlidir: "Xüsusilə də, patoloji affektə düşən insanı daha da qıcıqlandırmaq, onunla mübahisə aparmaq olmaz. Yaxşı olar ki, affekt vəziyyətinə düşən insanı sakitləşdirməyə çalışasınız. Nəzərə almaq lazımdır ki, şəxsiyyətin alçaldılmasına yönələn, psixoloji travmaya səbəb olan sözlər, hərəkətlər insanı affekt halına sala bildiyi üçün, bu cür hərəkətlərdən və sözlərdən uzaq durmaq lazımdır".
Onun dediyinə görə, affekt halına meylli olan isanlara yaşıl rəng sakitləşdirici təsir edir: "Yaxşı olar ki, evin dizaynında yaşıl rənglərə və otaq bitkilərinə üstünlük verilsin".
Mənbə: Ekspress.Az
XƏBƏR LENTİ
Koronavirusun təcili müalicəsi vacibdir - Sübut edildi
ABŞ-da 112 illik temperatur rekordu vuruldu
Feysbuk-da səsli köməkçi
Evlilikdən sonra sevgi azalır?
Dazlaşma problemi olanlar, çarə tapıldı
Qanvermə aksiyası başa çatdı
Qabil Hüseynli: "Ərdoğan öz əkdiklərini biçməkdədir"
2,5 milyon uşaq Ebolaya yoluxa bilər
Onların sayı 70,4 milyona çatacaq
Kişi kollektivində davranış
ABŞ-da Zika virusu daşıyıcıları artıb
"Barsa"nın əfsanəvi kapitanından bədbin açıqlama
Azərbaycan efirində rekord
Bu lampalar əslində xərçəng daşıyıcısıdır
Ağızla eşidə biləcəyik
2013 Qızıl Qlobus mükafatında ulduzların geyimləri
Fermadakı köhnə maşınlar əsl xəzinə imiş
Məsləhət istəyirəm
Şirin xəmirdən hazırlanan tortlar
Ərdoğandan Vaşinqtona xəbərdarlıq
Beren Saatdan gözlənilməz gizli eşq etirafı - Mən idim...
“BTS”-in onlayn konserti olacaq
Məşhur aparıcı komaya düşdü-SƏBƏB/FOTO
Qadının əməli hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Günün ulduz falı - 04.09.2013
Gözəllik ondur,doqquzu dondur
Laçın rayonunun işğalından 26 il ötür
Yeni eynək trendi; cat eye
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
Bu gün niyyət axşamıdır - Ramazan təqvimi - FOTO
DİN vətəndaşlara müraciət etdi
Yeni ilə indidən hazırlaşın
Yuxu yozmaları gərçəkdirmi?
İşləmək istəyirsiniz?
Uşaqlarda D Vitamini
Piroq
“TRT”yə açıqlaması ilə məşhurlaşan şəxs Qarabağ qazisi imiş: Ürəyində düşmən gülləsi ilə yaşayır - VİDEO
Növbəti erməni yalanı ifşa edildi
Whatsapp-dan unikal yenilik
Ermənistandan Azərbaycana avtomobil yolu çəkilir
Türk dizayner Ferrari 458 İtalia-nı dəyişdirir
Əmək pensiyasının minimum məbləği artırıldı
Çox pul gətirən yeni işlər
Hazal Kaya Alinin ikinci evliliyi imiş-FOTO
127 kq arıqladı, ölümdən qurtuldu - FOTO
Qadın.netin "xarici" xanımları (IV hissə)
Qonaq otağı dekorasiyası
Günün ulduz falı
Meksika naxışları tortlarda
Təhsil İdarəsindən rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına qəbulla bağlı AÇIQLAMA
- ŞƏRHLƏR