Kərə yağı
Alınma üsulu insanlara qədimdən məlumdur. Tərkibində 32-45% yağı olan qaymaq nehrədə çalxalanır. Turşudulmuş və ya şirin qaymaqdan şirin kərə və turş kərə yağı istehsal edilir. Bunlar öz növbəsində duzlu və duzsuz olur. Bu yağların tərkibində 16% su, 81,5-82,5% xalis yağ, 1%-dək yağsız quru qalıq vardır. Voloqod kərə yağı qaymağın yüksək temperaturda pasterizasiya nəticəsində özünəməxsus qoz dadı verir. Duzsuzdur, tərkibində 16% su vardır. Tərkibində yağsız quru qalığı çox olan olan yağlarda, həvəskar yağlarda 20% su, kəndli yağında 25% su, 72,5% yağ, 1,5%-dən çox yağsız quru maddə olur. Dadı şirin, duzlu və turş ola bilər. Əlavəli kərə yağları da istehsal olunur. Şokoladlı yağın tərkibində 62% xalis yağ, 18% şəkər, 2,5% kakao tozu və 16% su vardır. Bunlardan başqa buterbrod kərəsi, meyvəli, pəhriz, çay, desert kərəsi və s. yağlar istehsal olunur. Ərinmiş yağın tərkibində 98,5% xalis yağ, 1% su olur. Kərə yağı alarkən etiketlərində yağın və suyun tərkibi göstərilir.
Heyvani yağlar qaraciyərə ziyanlı olduğundan qaraciyəri xəstə olanlar kərə və qaymaqdan işlədə bilərlər. Bunların hər ikisi bədəni qüvvətləndirir. Kərə yağı istilik gətirən və yumşaldıcıdır. Səsi, nəfəs borusunu və boğazı təmizləyir, yumşaldır. Diş çıxaran uşağa kərə yağını damağına sürtdükdə diş çıxması asanlaşır və ağrı azalır. Ev şəraitində kərə yağını əritdikdə onu qazanda həcminin yarısından çox olmamaqla töküb qaynayana qədər qızdırılır. 1 kq yağa 1 ç.q. duz əlavə edib qarışdırılır və soyuyana qədər sakit saxlayırlar. Sonra yağ olan qazanı soyuducuya qoyub dondurulur. Yağın bir qırağından dəlik açıb alt hissəsindəki ayran süzülür və yağ əridilir. Belə halda yağın əriməsi tez başa çatır. Ayrılmış yağlı ayrandan müxtəlif mayalı və mayasız xəmirlər hazırlamaq olar. Əgər quru maddəsini qalıq halında istəyirsizsə, yağı qalıqsız çəhrayı rəng alana qədər qaynadın, əks halda lap çox qaynasa qalığı bərkləşər, rəngi qaralar və yararsız hala düşər.
İnək yağını mənfi 12 dərəcədə 9 ay, mənfi 18 dərəcədə 12 ay saxlamaq olar. Qalan yağların saxlama müddəti istehsal olunmuş firma tərəfindən yazılır.
Kərə yağından daha çox səhər yeməklərində və tortlar üçün kremlərdə istifadə olunur. Əgər reseptdə kərə yağı nəzərdə tutulubsa, onu marqarinlə də əvəz etmək olar. Amma marqarini çiy halda istifadə etmək məsləhət deyil.
Marqarin
Marqarin yüksək keyfiyyətli yağ olub, bitki və heyvanat yağları, süd, tamlı və ətirli maddələrin qarışığından hazırlanan məhsuldur. Marqarin bərk yeyinti yağlarına olan tələbatı ödəmək məqsədi ilə istehsal olunur. Əsas məqsəd dad və iyinə, keyfiyyətinə, habelə qidalılıq dəyərinə görə kərə yağına oxşar əldə edilməsidir. Marqarinin istehsalında təbii və hidrogenləşdirilmiş bitki və heyvan mənşəli yağlar, aşağı temperaturda əriyən heyvani yağ, kokos, palma və yerfındığı yağı şəffaf, iyli dada malikdir. Saflaşdırılmamış və hidratasiya edilmiş günəbaxan yağı keyfiyyətindən asılı olaraq əla, 1 və 2-ci əmtəə sortlarına bölünür. Bu yağdan marqarin və mayonez, mətbəx küncüt yağları, günəbaxan yağından alınmış salomas daha çox istifadə olunur. Yardımcı xammal kimi süd, qaymaq, şəkər, duz, ətirləndiricilər, vitaminlər, boya maddələri, konservantlar, su və emulqatorlardan istifadə olunur. Marqarində kərə yağına məxsus iy və dad əmələ gəlməsi üçün süd turşusu bakteriyaları vasitəsilə turşudulur.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Bülbülün 120 illik yubileyi keçiriləcək
Aktrisa ayrılıq xəbərlərindən danışdı
Qayıq harada xoşbəxtdir?
Bakının orta ixtisas təhsili müəssisələrində imtahanların vaxtı dəyişdi
Virusları öldürən ən yaxşı 7 MƏHSUL
Bu günün hava proqnozu - 30.10.2013
Bakı bulvarında pulsuz yenilik
Dövlət hesabına peşə məktəblərində oxumaq istəyənlərlə bağlı yenilik
Ermənistana məcburi eniş edən azərbaycanlılarla bağlı ilginc detal
Qarnınızı əritmək üçün bunları yeyin!
20 il yararlılıq müddəti olan batareyalar hazırlanıb
BBC Maykl Ceksonun mahnılarına qadağa qoydu-SƏBƏB
Dərsə davamiyyət barmaq izi ilə yoxlanılacaq
Səyahətə getmək istəyənlərə xəbərdarlıq
“Napoli”nin stadionuna Maradonanın adı verildi
Namaz və onun qaydaları (4-cü hissə)
Samsung bükük batareya göstərdi
Qalxanvari vəzə ziyan vuran vərdişlər
Evdə romantik vaxt keçirməyin yolları
Bel bölgəsindəki piylər infarkta səbəb olur
İranda bu gündən dərslər başlayır
Koronavirusun qalıcı ZİYANLARI
Düşmənin iki artilleriya batareyası məhv edilib - VİDEO
Keçən ilin möhtəşəm şəkilləri
Bit bazarından aldığı şifonerdən sərvət çıxdı - FOTOLAR
60 manat ver, baba ol
Məişət zəmnində baş verən cinayət hadisələrinin qarşısı necə alınmalıdır?
Məşhur müğənninin oğlu qəzaya düşdü-FOTO
Bergüzarla Halitdən 3,5 milyonluq reklam
Ərdoğan: "Türkiyə Misirə çevrilə bilərdi"
"İnter"ə tanış rəqib
Bakı yolları belə avtomobillər görməyib
Çiyələk haqında bilmədiklərimiz
Hava haqqında - 11.01.2014
Sirr saxlamağı bacarırsanmı?
ASAN xidmət lisenziyaların verilməsinə başladı
Günün qoroskopu: qayıdana fikir verin
Serenay Sarıkaya diqqət çəkdi-FOTO
MTRŞ-dan seriallarla bağlı açıqlama
Qurban bayramının vaxtı bəlli oldu
Azərbaycan tarixindən yüz şəxsiyyət-89
DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ
Bir az əylənək
Həyət evləri üçün dekorasiya nümunələri
WhatsApp-ın aqibəti necə olacaq?
"Interstellar" filmi yeni elmi kəşf təmin edib
İŞİD-in Türkiyəyə yolu açılır
Fərqli qurabiyyə (foto resept)
Hamiləlikdə hansı idmanlar edilə bilər?
Mobil telefon satışları niyə artır?















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]