
Onun gəliri uşaqların əyləncəsindən çıxır. Əsas məşğuliyyəti klounluq etmək olan 43 yaşlı Rəncbər Tağıyevin Yeni il bayramı ərəfəsində bəxti üzünə gülür. Çünki o, artıq 5 ilə yaxındır ki, Bakı küçələrində Şaxta baba libasında dolaşır.
“Yeni il bayramı mənim üçün xoşbəxtlik deməkdir. Çünki Şaxta baba kimi uşaqları əyləndirməkdən çox xoşum gəlir. Üstəlik, bu məşğuliyyətlə pul da qazanıram. Bundan böyük xoşbəxtlik ola bilməz. Uşaqlarla işlədikcə qəlbimdə saflıq duyuram”, - deyən Rəncbər Tağıyev səbirsizliklə Yeni il bayramını gözləyir.
Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, hər il dövlət rüsumu qismində 60 manat pul ödədiyini deyən Rəncbər Tağıyev bu bayrama da xüsusi hazırlaşıb. O, ümid edir ki, bu il də dövlət rüsumu 60 manat olaraq qalacaq.
Məsələyə aydınlıq gətirmək üçün anspress Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırovla əlaqə yaradıb. Qurum rəsmisinin verdiyi məlumata görə, bu il də ötən illərdəki kimi Şaxta baba və Qar qız olmaq üçün tələb olunan rüsumun məbləği artırılmayacaq.
"Onlar "yolka" qurub, Şaxta baba və Qar qız kimi xidmətlə məşğul olmaq üçün bizdən yer alırlar. Şaxta baba olmaq üçün dövlət rüsumu 60 manat müəyyən olunub. Biz yeri müəyyən edirik. Amma Şaxta baba, Qar qızın xidmət haqqı və foto çəkdirmək üçün tələb olunan pulun məbləğinə qarışmırıq. Bunun bizə dəxli yoxdur. Biz ancaq yolkaların qurulması üçün yeri müəyyən edirik. Müraciət edən şəxsləri, demək olar ki, tanıdığımıza görə, onlarla işləmək daha rahatdır. Əlbəttə, əgər yeni şəxslər də müraciət edərlərsə, onlara da lisenziya verilməsi üçün baxılacaq”, - deyə Əliabbas Bağırov vurğulayıb.
Qurum rəsmisi deyir ki, hələlik Bakıda fəaliyyət göstərəcək şaxta babaların və qar qızlarının sayının nə qədər olacağı dəqiq bilinmir: “Müraciət edənlərin sayından asılı olaraq, hələlik paytaxtda nə qədər “yolka” qurulacağı məlum deyil. Geyimlərə gəlincə, şaxta babaların və qar qızların geyimləri sahibkarlar tərəfindən müəyyən ediləcək, yəni Bakı Şəhər İcra Hakimiyyəti sahibkarlar tərəfindən qurulacaq yolkaların, həmçinin Şaxta baba və Qar qız kimi fəaliyyət göstərəcək şəxslərin görkəminə də cavabdeh deyil”.
Qeyd edək ki, şaxta baba və qar qızların lisenziya alması üçün onlar xüsusi tibbi yoxlamalardan keçəcəklər. Onlarda xəstəlik aşkarlanarsa, avtomatik olaraq onlara xidməti lisenziya verilməyəcək.
Bundan başqa, şaxta baba və qar qızlara lisenziyalar verilərkən onların qabiliyyətinə və bacarıqlarına da xüsusi diqqət veriləcək. Onların uşaqlarla ünsiyyət saxlamaq bacarığı və s. məsələlərə diqqət yetiriləcək.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Ana bətnində bunu da etdilər
Beyonce sevənlərini məyus etdi-SƏBƏB
Daxili İşlər Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ
Sinoptiklər hava ilə bağlı nə deyirlər?
Kedlərini təmizləyib sosial şəbəkə ulduzu oldu - FOTO
Saçlarını kəsdirmə səbəbini AÇIQLADI -FOTO
Dil təmizliyi üçün təbii üsullar
Hamiləlikdə mənəvi qidalar
Qeyri-adi sürücülər
Sabahın HAVAsı
Gəncədə "Gənclər evi"nin açılışı olub
2019-cu ilin ən gözəl dekorasiya nümunələri
Emin Ağalarovdan möhtəşəm mahnı-VİDEO
Telman Adıgözəlov - O, 57-dən qorxurdu...
В«Gürcüstan və Moldovanın avro-inteqrasiyasını dəstəkləyəcəyikВ»
Bakının bir hissəsində su olmayacaq
Marsa gedən ilk asiyalı
FHN əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib
Edis və Soner arasında 30 minlik məhkəmə işi
Paşinyan erməni əsgərlərinin döyüş meydanından qaçdığını etiraf etdi
"Rafaello"-nun sahibi öldü
Azərbaycan tarixindən yüz şəxsiyyət-83
Mənim əl işlərim
Sabah ildırım çaxacaq
Ermənistanın hərbi cinayətləri QHT-lər ayağa qaldırdı
Vergilər Nazirliyi daha 74 nəfərin ölkədən çıxışına qadağa qoyub
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 162 yeni yoluxma
Azərbaycanda kiçik təyyarələr varlılara icarəyə verilir
Balıqlarla dişlərini təmizləyən dalğıc
PA-dan helikopter cavabı
D vitaminli su hazırlanıb
Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan k
Yosunlardan bioyanacaq istehsal ediləcək
Bu günün tarixi
Bankomatlarda koronavirus təhlükəsi: toxunduqda... - XƏBƏRDARLIQ
İlham Əliyev: Ermənilərə vaxt lazım olacaq
Çipsi: biz onu niyə sevirik?
Məşhur aktyor 6-cı dəfə ata olmağa hazırlaşır-FOTO
YAŞIL rəngdə QAR yağdı-ŞOK FOTO
Dəri ləkələrini aradan qaldıran üsul
Azərbaycanda avtomobil sahibləri sığortasının beynəlxalq sisteminə qoşulmaq üçün əsas tələblər müəyyənləşdirilib
3000-dən çox ana 5 uşağına necə baxır?
Fərqli soyutma (foto resept)
Bu kəndin sakinləri şəhərə getmir - FOTO
Son 10 gündə 4-cü təyyarə qəzası
Sizi sakitləşdirəcək nəfəs məşqləri
Mum təbaşirlərdən heykəllər
Nikah öncəsi icbari tibbi müayinə ilə bağlı qanun layihəsi niyə işləmir?
Dəbli geyim nümunələri
Avtobuslarda qiymətlər qalxdı















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]