Xəbər verdiyimiz kimi, “Ukrayna Hava Yolları”na məxsus Kiyev-Tiflis reysini həyata keçirən təyyarə nasazlıq səbəbindən İrəvana məcburi eniş edib. Bu zaman təyyarədə 25 azərbaycanlı da olub. Aeroportda təyyarədən düşmək istəməyən azərbaycanlılar sonradan gözləmə zalına aparılıblar.
Burada onlara sərhəd-keçid məntəqəsində pasportlarına möhür vurularaq quru yolu ilə Gürcüstana getmək təklif olunub. Azərbaycanlıların israrından sonra onlara təyyarənin təmirini gözləmək məsləhət görülüb. Uzun müddət aradan sonra onlar təyyarə ilə Tiflisə yola salınıblar.
Təyyarədəki 25 azərbaycanlının əksəriyyəti tələbə olub. Bunu anspress-ə açıqlamasında Ukraynadakı Azərbaycan diasporunun sədri Hikmət Cavadov deyib. O, məcburi eniş edən uçaqda diaspora nümayəndəsinin də olduğunu söyləyib. Hikmət Cavadov qeyd edib ki, Yeni il ərəfəsi olduğundan, azərbaycanlı tələbələr Azərbaycana getməyə başlayıblar:
“AZAL-da qiymətlərin baha olması və bilet tapmaq çətinliyi yarandığı üçün tələbələr Kiyev-Tiflis reysindən istifadə edirlər. 25 həmyerlimiz İrəvan aeroportunda bir müddət gözləməli olub və daha sonra uçuş həyata keçirilib”.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin xidmət rəisiMəhərrəm Səfərli isə"Yeni Müsavat"a açıqlamasında baş vermiş hadisədə AZAL-dakı qiymətlərin bahalığı faktorunun qabardılmasını doğru saymadığını söylədi: “Bu barədə deyilən fikir subyektiv yalandır. Mən qiymətlərin bahalığı ilə bağlı iddialara elə sizin qəzetiniz vasitəsilə cavab vermişəm. Bildirmişəm ki, qiymətlərin yüksək olmasının səbəbi dünya aviabazarında şirkətlər arasında rəqabətin getməsidir. Səbəb odur ki, ”Azərbaycan Hava Yolları"nın təyyarələrində servis çox yüksək səviyyədədir.
İkinci səbəb isə odur ki, təyyarələrimiz təzədir, Avropa istehsalıdır, təhlükəsiz və komfortludur. Ola bilər ki, başqa ölkələrdə köhnə təyyarələrlə daha ucuz uçuşlar həyata keçirilsin, orada servis günün tələblərinə cavab vermir. Elə aviaşirkətlər var ki, orada uçuş zamanı bir stəkan su da istəsən, pulunu verib, içməlisən. Amma bizdə xidmət, qida pulsuzdur, yüksək səviyyədə təmin olunur.
Məsələn, Gürcüstanda uçan təyyarələr AZAL-ın təyyarələri ilə keyfiyyət və təhlükəsizlik baxımından müqayisə edilə bilməz. “Azərbaycan Hava Yolları” yüksək xidmət göstərməsinə görə beynəlxalq sertifikat alıb. Digər tərəfdən, bizim şirkət aşağı büdcəli bir şirkət deyil. Yəni az büdcə ilə işləmirik, AZAL fullservis şirkətidir. Biz təyyarələrdə qida, sərinləşdirici içkilər, əyləncə, kino və baqaj xidməti göstəririk. Üstəgəl, airbus 319/320 təyyarələrində sərnişinlərimizə “Narmobile” xidməti göstəririk. Sərnişinlər istənilən hündürlükdə dünyanın istənilən nöqtəsi ilə danışa bilərlər".
Müsahibimiz dedi ki, baş vermiş məlum qəza ilə bağlı AZAL-ın hər hansı öhdəliyi yoxdur: “O sərnişinlər bizim şirkətlə uçmayıblar. Onların taleyi ilə bağlı Xarici ölkələrdə yaşayan azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi maraqlanmalıdır”.
“Yeni Müsavat” isə xatırladır ki, analoji hal bu ilin avqust ayında da baş verib. 26.08.2014-cü il tarixində Dubaydan Moskva reysi ilə uçan “Aeroflot” aviaşirkətinin təyyarəsi Ermənistanın paytaxtı İrəvanda eniş edib. Buna səbəb təyyarədəki Azərbaycan vətəndaşının - sərnişinin sərxoş olması və digər sərnişinlərlə kobud rəftar etməsi olub. İrəvana enən təyyarə 2 saat yarım orada qalıb.
Sərxoş şəxsi Ermənistan hakimiyyətinə təhvil vermək istəsələr də, yerli hakimiyyət orqanları bundan imtina ediblər. Ermənistan polisləri onun əllərini yalnız qandallamaqla kifayətləniblər. Təyyarənin ekipaj üzvləri hadisə yerinə çağırılan təcili tibbi yardım həkimlərinə həmin adamı sakitləşdirmək üçün ona yuxugətirən iynə vurmağı məsləhət görüblər. Əlləri qandallanan şəxsə iynə vurulub və o, yuxuya gedəndən sonra təyyarə Moskvaya uçub. Azərbaycanlı Moskvada polisə aparılıb.
Ekspertlər isə xatırladırlar ki, Azərbaycanın da qoşulduğu beynəlxalq konvensiyalar bu sayaq halların yaşanmasına imkan vermir. Belə ki, faktiki müharibə şəraitində olan iki ölkənin vətəndaşlarına qarşı belə davranışı qadağan edir. İndiki halda isə Azərbaycan hökuməti, eləcə də azərbaycanlı sərnişinlər “Ukrayna Hava Yolları”ndan məhkəməyə şikayət edə bilərlər.
XƏBƏR LENTİ
Baş nazirdən tibb işçilərinin əməkhaqları ilə bağlı VACİB QƏRAR
Azərbaycanda "Formula 1" 2015-ci ilin payızında keçiriləcək. (ƏLAVƏ OLUNUB).
Yaşıl çay saç maskası
Həccin vaxtı açıqlandı
Kosmetikamızı özümüz hazırlayaq (2)
Evlilik təkliflərində yeni tendensiya formalaşır
Tikinti üçün icazələrdə irəliləyiş
“Hədəf”-“Xan” nəşrləri “Tarki-Tau”da iştirak edib
Just for girls (2-ci hissə)
“NBC News”: Bayden 30 il sonra Corciyada demokratları qalib etdi
DÇ-2014: hansı oyun, hansı kanalda?
"Santa-Barbara"nın aktrisası vəfat etdi - FOTO
İlham Əliyev ali hərbi rütbələr verdi - SİYAHI
Girovlarla bağlı müraciət
Azərbaycanda 450-dən çox qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb
Saç sağlamlığı üçün saçları necə yumalı?
Ölkə ərazisindəki restoran, kafe və çay evlərinin fəaliyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA
Klaç çanta modelləri
Tolqa Karel:"12 cəsəd daşıdım"-FOTO
Putindən dünyanı ayağa qaldıran həmlə
Ən qoca əkizlər dünyasını dəyişdi
Bayden ABŞ-da maska rejimi tətbiq etmək niyyətindədir
Koronavirus pandemiyasının kişilərə təsiri öyrənildi
Sony Xperia ZL2 göstərildi
Kişilərə romantik görünən davranışlar
Buraxılış imtahanlarının nəticələri AÇIQLANDI
Məni həyata bağlayan yemək və qadınlardır...
Arı pətəyi piroqu (foto resept)
Bəy və gəlinə gözlənilməz surpriz-FOTO
Növbəti 3 gündə güclü geomaqnit həyəcanlaşması gözlənilir - XƏBƏRDARLIQ
Ermənilərə xəbərdarlıq edildi
Birinci xanımdan nümunəvi qış stili - FOTO
"Fidanların arzusu"
Məşhurların daxil ola bilmədiyi ölkələr
Azərbaycanlılar Rusiyadan qaçır
Şəhid anası: “Mən Cəbrayılda rahat gəzə bilərəm, balam orada şəhid olub” - VİDEOREPORTAJ
HAVA necə olacaq?- 11 APREL
Bakıda qumrular kütləvi şəkildə ölür: Virus, yoxsa zəhərlənmə? - FOTO
Gənclər və İdman Nazirliyindən şikayəti olanların diqqətinə
Bananlı tort (foto resept)
Gözəlliyiniz üçün 13 məsləhət
"Çukur"da daha bir ayrılıq-FOTO
Londonda maraqlı oyuncaq dükanı
Bakıya "otaq temperaturu" vəd elədilər
Körpə dünyaya gəldikdən sonra xoşbəxt evlilik üçün...
Xoşbəxt cütlük olmağın sirri
Arpacık nədir?
Yumurtanın içindən çıxan hamını heyrətləndirdi - FOTO
25 min izləyicisi olan nəhəng pişik-FOTO
HAVA necə olacaq?- 2 APREL
- ŞƏRHLƏR