Ədalət Əliyev: “Onlar təyyarədən düşməməklə düz ediblər” Xəbər verildiyi kimi, dekabrın 21-də və 22-də Ukraynanın Beynəlxalq Hava Yolları şirkətinin Kiyev-Tiflis-Kiyev marşrutu ilə uçan təyyarələri Tiflis aeroportundakı qatı duman üzündən məcburi İrəvanın Zvartnots aeroportuna enib.
Birinci halda təyyarənin sərnişinləri arasında 24, ikinci halda 13 azərbaycanlı olub.
Virtualaz.org saytı xəbər verir ki, Ermənistanın Mülki Aviasiya Baş İdarəsindən “Regnum”a bütün sərnişinlərə təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən “müvafiq xidmətlərin” göstərildiyini deyiblər.
“İkinci reysdə azərbaycanlı sərnişinlərdən 4-ü təyyarəni tərk etməkdən imtina edib və heyətlə razılaşdıraraq təyyarənin salonunda gözləyib. Onlar öz hərəkətlərini bununla izah ediblər ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır və Bakıya qayıdanda problemlə üzləşə bilərlər. Havanın mənfi temperaturunu nəzərə alaraq gecə bizim tərəfimizdən təyyarənin salonunun qızdırılması təşkil olunub. Təyyarəni tərk edən sərnişinlər üçün yemək, valyuta mübadiləsi və digər xidmətlər təşkil edilib. Sərnişinlərin pasportu alınmayıb, möhür vurulmayıb, çünki dövlət sərhədini keçməyiblər və tranzit zonada qalıblar. Bütün sərnişinlər isti qarşılanmaya görə təşəkkür ediblər və İrəvanı xeyirxah ruhla tərk ediblər” - deyə açıqlamada bildirilir.
Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının üzvü Səfərəli Babayevdə İrəvana məcburi enən təyyarədə olub. O deyir ki, təyyarənin İrəvana enməyə hazırlaşdığını biləndə azərbaycanlı sərnişinlər arasında panika yaranıb. Onlar pilotdan tələb ediblər ki, təyyarə Gəncəyə istiqamət alsın, çünki Ermənistan düşmən ölkədir və heç bir halda azərbaycanlı sərnişinlər İrəvana enməyə razı deyil.
Buna baxmayaraq, pilot təyyarəni İrəvana endirib. Ukraynalı heyət üzvləri azərbaycanlılara təklif ediblər ki, təyyarəni tərk etsinlər, çünki onların təhlükəsizliyi beynəlxalq konvensiya ilə təmin edilir. Ancaq azərbaycanlı sərnişinlər təyyarəni tərk etməyiblər.
S.Babayevin dediyinə görə, bundan sonra təhlükəsizlik xidməti onları təyyarədən məcburi endirib. Onlara təklif edilib ki, pasport nəzarətindən keçsinlər və İrəvana avtobusla yola düşsünlər. Azərbaycanlı sərnişinlər Kiyevdəki səfirliklə əlaqə yaradıblar. Oradan onlara deyilib ki, aeroportu heç bir halda tərk etməsinlər. Onlar aeroportda bir neçə saat gözlədikdən sonra Tiflisə təyyarə ilə yola salınıblar.
“Yeni Müsavat” ötən saylarında bu mövzu ilə bağlı geniş və detallı xəbər verib. Amma son məlumatda diqqəti cəlb edən məqam heç şübhəsiz ki, təyyarəni tərk etməkdən imtina edən 4 azərbaycanlı ilə bağlıdır. Hüquq-mühafizə orqanlarının əməkdaşları olduqları üçün təyyarəni tərk etməyən sərnişinlərin kimliyi, eləcə də qanunvericiliklə onların hüquqları sual doğurur. DİN bu şəxslərin kimliyi ilə bağlı araşdırma aparırmı?
Nazirliyin mətbuat xidmətindən bildirdilər ki, hazırda o şəxslərin kimliyi ilə bağlı araşdırma aparılır və bu barədə mətbuata məlumat veriləcək.
Aviasiya Akademiyasının müəllimi, professor Ədalət Əliyev bildirdi ki, ölkə aviasiya qanunlarına əsasən, təyyarə sərnişinləri qəza anında harasa enməli olsalar, onların təhlükəsizliyi təmin olunmalıdır: “Bu məqamda Ermənistan məsələsi sual altındadır. Onlar bunu edəcəklər, ya yox? Digər tərəfdən, başqa bir sual da odur iki, Azərbaycan vətəndaşları necə Ukrayna təyyarəsində olurlar? Çox güman ki, bunu qiymət məsələsinə görə ediblər. Ciddi şəkildə məsələnin həlli olmalıdır. Gözləyirdim ki, gec-tez belə hallar baş verəcək”.
Müsahibimiz dedi ki, Azərbaycan bütün hava xətlərinə eyni istiqamətdə, “Azərbaycan vətəndaşı olan təyyarə Ermənistana enməməlidir” mesajını yollamalıdır: “Kiyevdən Tiflisə gedən təyyarə necə olur ki, İrəvana düşür? Kutaisi, Gəncə ondan daha yaxın idi. Sərnişinləri məcburiyyət qarşısında qoyub, İrəvanda endirmək heç bir normativə sığmır”.
Ə.Əliyev həmçinin vurğuladı ki, 4 nəfər hüquq-mühafizə xidməti əməkdaşının sırf daşıdıqları titula görə təyyarədən enməməsi tamamilə doğru hərəkətdir: “Onlar düz ediblər. Çünki hərbi qanunlara tabedir. Dövlət sirrinin daşıyıcısı sayıla bilərlər. Düşmənin əlinə düşmək onlarçün təhlükədir. Hərbçi, polis işçisi, hüquq-mühafizə orqanları əməkdaşları bu məsələdə ehtiyatlı olmalıdılar”.
Müsahibimiz xatırlatdı ki, bütün hava yollarına, Bakıya da keçən xarici təyyarə, eləcə də Azərbaycana uçan təyyarələr İrəvanı ehtiyat liman kimi götürə bilməz: “Bununla bağlı qabaqcadan xəbərdarlıq edilməlidir”.
XƏBƏR LENTİ
Dünyada ən güclü smartfon təqdim edilib
Ronaldo Evlənir!-FOTO
Şokoladlı piroq (foro resept)
Uşaqlar niyə oğurluq edirlər?
ÜST-dən inanılmaz XƏBƏRDARLIQ
Hadisenin Sevgilisi O imiş -FOTO
İçməli kitab hazırlandı
Aktrisanın çılpaq görüntüləri Canlı Yayımlandı-FOTO
Arda Turan ilk dəfə oğlunu göstərdi - FOTO
Dərini nəmləndirən kakao yağı
Azərbaycan xalçaları Çində
Ofis işçiləri darıxanda
Bu bölgədə ağciyər xərçənginin geniş yayılmasının səbəbi nədir?
Azərbaycana ərə gələn Xəzər Xaqanının qızının cehiz SİYAHISI
Uşağım məni niyə anlamır?
Naməlum canlı hər kəsi qorxutdu-FOTO
Bir az pozitivliyə nə deyirsiniz?
Möhtəşəm ziyafət donları
Ən ucuz Volkswagen
Məşhur gözəl bir gecədə 50 il qocaldı
Ən böyük dirijabl
Evlilik təklifi faciə ilə nəticələndi - FOTO
Günün qoroskopu: başınız məişət işlərinə, ailə qayğılarına qarışacaq
Həyat yoldaşı axtaranlara
Ömrümüz uzanıb
Nobel mükafatçısından xərçəng və diabet xəstəliyi ilə bağlı tövsiyə
Havaların kəskin soyuması nələrə səbəb ola bilər?
Bu vitamin COVID-19 RİSKİNİ AZALDIR
Evin qırmızı "həkimi"
Mənim əl işlərim(1-ci hissə)
Qadın dostluğu - xəyal, yoxsa reallıq?
Qadın azərkeşlər yalnız bu şərtlə stadiona buraxılacaq
Evi yeniləyərkən ilk hardan başlamalıyıq?
Virusa qarşı immunitetimiz nə qədər davam edəcək? - İnfeksionist açıqladı
Azərbaycanda daha 520 nəfər koronavirusa yoluxdu – 8 nəfər öldü
Təzə balığın seçilməsi və saxlanması
Bəstəkar Fərəc Qarayevin 70 illiyi qeyd olunacaq
TƏBİB-dən ölkəyə koronavirus peyvəndinin gətirilməsi ilə bağlı AÇIQLAMA
Ancelina Colidən iş geyimi stili (1)
Ramazan ayının 24-cü gününün duası
Aslı və Murad rəqib oldular-VİDEO
Prezidentin nəvəsinin ad günündən FOTO
FHN-nin əməkdaşları xidməti mənzillərlə təmin olunublar
Bu günün hava proqnozu
Ankarada "Xocalı şəhidləri" abidəsinin açılışı olub
Qadin.Netlilərin ixtisas arzuları (2-ci hissə)
Canlılardakı mükəmməl simmetriya
Ermənistan Azərbaycan mallarına qadağanı ləğv etdi: "Gedib türklərə yalvarırlar ki..."
Araz çayının suyunun Urmiya gölünə axıdılması başlayır
Milyarderlərin yeni siyahısı AÇIQLANDI
- ŞƏRHLƏR