
Bu barədə çərşənbə axşamı Trend-ə İranın İqtisadiyyat Nazirliyi İnvestisiyalar, İqtisadi və Texnoloji Yardım Təşkilatının iqtisadi əlaqələr üzrə baş direktoru Sadiq Əkbəri bildirib.
Onun sözlərinə görə, azərbaycanlı sərmayəçilərin İranın metallurgiya və dağ-mədən sənayesi sahələrində iştirakı üçün geniş imkanlar yaradılıb.O qeyd edib ki, Azərbaycanın investisiyaları kənd təsərrüfatı və turizm kimi sahələrə də yatırıla bilər.
S.Əkbəri ticari-iqtisadi və humanitar əməkdaşlıq üzrə Azərbaycan-İran hökumətlərarası komissiyasının 9-cu iclasında iştirak etmək üçün Bakıya gəlmiş nümayəndə heyətinin tərkibinə daxildir.
Nazirlik nümayəndəsinin sözlərinə görə, Bakıda keçirilən görüşlər zamanı investisiyalar, sənaye və ticarət sahələrində əməkdaşlıq haqqında da razılıq əldə olunub.O əlavə edib ki, İranın və Azərbaycanın nümayəndələri investisiyalar sahəsində məlumat mübadiləsinin təşkili və iki ölkənin sərmayəçilərinin əməkdaşlığı üçün müvafiq şəraitin yaradılmasının mümkünlüyünü müzakirə ediblər.
Bundan başqa, Əkbərinin sözlərinə görə, tərəflər investisiya konfranslarının və yarmarkaların keçirilməsi barədə razılığa gəliblər.
Nazirliyin nümayəndəsi qeyd edib ki, habelə Azərbaycan və İran bu yaxınlarda imzalanacaq investisiya əməkdaşlığı sahəsində qarşılıqlı anlaşma memorandumu üzərində işləri başa çatdırıblar.
Azərbaycanın iranlı investorlara təklif edə biləcəyi imkanlar barədə danışarkən Əkbəri ölkənin tikinti və kənd təsərrüfatı sahələrində əhəmiyyətli investisiya potensialının mövcudluğunu qeyd edib.
Onun sözlərinə görə, tərəflər Azərbaycan və İran iqtisadiyyatlarının özəl sektorunu təmsil edən sərmayəçilər üçün zəruri şəraiti təmin etməlidirlər.
İki ölkənin qarşılıqlı sərmayələrin həcmini razılaşdırmaları barədə suala cavab verən Əkbəri bildirib ki, hökumətlərarası iclas çərçivəsində belə həcmlər ətraflı müzakirə olunmur, lakin tərəflər investisiyalar sahəsində ikitərəfli əməkdaşlığın bütün potensialından istifadə etmək barədə razılığa gəliblər.
Bundan başqa, onun sözlərinə görə, ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlverişli viza rejiminin olması mühüm aspektdir.
Nazirliyin nümayəndəsi qeyd edib ki, əgər Azərbaycan iranlı treyderlər və iş adamalrı üçün viza rejimini ləğv edərsə, onda bu Azərbaycan iqtisadiyyatının istehsal sahələrinə İranın sərmayələrinin həcminə təsir edəcək. O, həmçinin İran və Azərbaycanın rəsmi şəxsləri arasında danışıqları çox konstruktiv və müsbət adlandırıb: "İki qonşu ölkənin əməkdaşlığı üçün bütün maneələr ləğv olunmalıdır".
Onun sözlərinə görə, bununla əlaqədar bütün lazımsız əngəllər aradan qaldırılmalıdır.
S.Əkbəri qeyd edib ki, İran Azərbaycan ilə ticarət əlaqələrinin genişləndirilməsi prosesini məhdudlaşdırmır.

Günün müəllifi

XƏBƏR LENTİ
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO
İlham Əliyev 38 il sonra Heydər Əliyevlə şəkil çəkdirdiyi yerdə - FOTO
İlham Əliyev Şuşaya tikilən yol haqqında: “Qələbəyə aparan yoldur” - VİDEO
Prezident: “Cəmi iki ay ərzində Şuşaya yol açmışıq” - VİDEO
Hərbi geyimi qanunsuz daşıyanlara qarşı reydlər başladı -VİDEO
Mehriban Əliyeva Füzulidən görüntülər paylaşdı - VİDEO
Əliyar Əliyevin məzar daşı hazırlandı - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya gedir - VİDEO
Stress sağlamlığımıza hansı ziyanlar vurur?
Kofenin içinə bunları əlavə etsəniz, metobolizmanız sürətlənəcək

- ŞƏRHLƏR