19. Peyğəmbər (s.a.s) qadınlara buyurmuşdur: "Şübhəsiz ki, siz cəhənnəmin böyük hissəsini təşkil edəcəksiniz". Qadınlar soruşdular: "Nəyə görə, Ya Allahın Rəsulu?" O (s.a.s) dedi: "Çünki siz bəlaya uğradıqda səbr etməzsiniz, sizə bir şey verildiyində şükr etməzsiniz, bir sirr verildiyində saxlamaz, ətrafa yayarsınız, ərinizə nankorluq edərsiniz və asanlıqla güvənilməzsiniz" (Səhih Buxari - Yaşar Qurbanov "İslam nuru" kitabından).
20. Peyğəmbər (s.a.s) buyurmuşdur: "Öz qadınlarını başçı edən heç bir millət müvəffəqiyyət qazanmayacaq!" (Səhih Buxari - Yaşar Qurbanov "İslam nuru" kitabından).
21. Peyğəmbər (s.a.s) buyurmuşdur "Ey qadınlar, sədəqəni çoxaldın! Çünki siz cəhənnəmin böyük hissəsini təşkil edəcəksiniz". Qadınlardan biri dedi: "Nə üçün, ya Allahın Rəsulu?" O (s.a.s) cavab verdi: "Şübhəsiz, siz nemətə qarşı insanların ən nankorusunuz. Dərrakəniz və dininiz nöqsandır. Allahdan qorxun! Allahdan qorxun! İşlərində söz sahibi kişilərin qəlblərini sizlər qədər çevirən yoxdur". Buyurdu ki, "Onlardan biri bir kişi ilə evlənir. Kişi bütün həyatı boyu ona yaxşılıq edir, onunla yaxşı davranır, lakin qadın bir dəfə ondan bir sərtlik görən kimi deyəcək: Mən səndən heç zaman yaxşılıq görməmişəm" (Səhih Buxari - Yaşar Qurbanov "İslam nuru" kitabından). Bu hədis, əlbəttə ki , bu sifətdə olan qadınlara aiddir.
22. Peyğəmbər (s.a.s) buyurmuşdur: "Qadınlarınızın məscidə getməsinə mane olmayın, lakin onlar üçün evləri daha xeyirlidir" (Səhih Buxari - Yaşar Qurbanov "İslam nuru" kitabından).
23. Peyğəmbər (s.a.s) buyurmuşdur: "Əməlisaleh qadının malı, əməlisaleh kişi üçün nemətdir" (Əhməd - Yaşar Qurbanov "İslam nuru" kitabından).
24. Əbu Səid nəql edir: Bir qadın Peyğəmbərin (s.ə.s) yanına gəlib dedi: "Ey Allahın Rəsulu! Ancaq kişilər sənin elmindən faydalanırlar. Ona görə də xahiş edirik ki, bizə də bir gün vaxt ayırasan və Allahın sənə öyrətdikərini bizə də öyrədəsən". Peyğəmbər (s.a.s) ona dedi: "Filan gündə və vaxtda filan yerdə yığışın". Onlar yığışdılar və Peyğəmbər (s.a.s) Allahın ona öyrətdiyini onlara öyrətdi. Sonra Peyğəmbər (s.a.s) onlara dedi: "3 uşaq itirən hər bir qadın uşaqları tərəfindən oddan xilas olunacaq". Onların arasından bir qadın durub dedi: "Ya Rəsulullah! Bəs iki uşaq itirən?". Qadın bu sualı iki dəfə təkrarladı. Peyğəmbər (s.a.s) buyurdu: "Hətta iki, hətta iki, hətta iki!" Əbu Hureyrə əlavə et ki, bu uşaqlar həddi-buluğa çatmamış olmalıdır (Buxari - Yaşar Qurbanov "İslam nuru" kitabından).
İslam dini qadın hüquqları üzərində xüsusilə dayanmış və qadını heç bir nizam və sistemin vermədiyi müstəsna bir məqama sahib qılmışdır. Həmçinin, Allahu Təala Qurani Kərimdə də: “Kişilərin qadınlar üzərində haqları olduğu kimi, qadınların da kişilər üzərində haqları vardır”buyurmuşdur. Rəsulullah (s.a.s) kişiləri qadınların haqq və hüquqlarını gözləməyə dəvət etmiş və bu mövzuda: “Qadınların haqlarını yerinə yetirməkdə Allahdan qorxun! Çünki siz onları Allahın bir əmanəti olaraq aldınız”, deyə buyurmuşdur. Başqa hədisi şəriflərində də: “Sizin ən xeyirliniz, əhlinə (qadınına və övladlarına) ən xeyirli olanınızdır. Mən də əhlinə qarşı ən xeyirli olanınızam”, deyə buyurur. Peyğəmbərimiz (s.a.s) kişilərə qadınlara qarşı daim yaxşı davranmaqlarını tövsiyə edərək: “Möminlərin iman baxımından ən yetkini və ən xeyirlisixanımına qarşı ən xeyirli olanıdır", buyurmuşdur.
Vida Həccindəki məşhur xütbəsində Peyğəmbərimiz (s.a.s): "Ey insanlar! Qadınlar haqqında Allahdan qorxun! Sizin qadınlarınız üzrərində haqqınız vardır”, buyurmuşdur.
Bu mövzuda bir çox hədislər bu günümüzə qədər gəlmişdir: “Xanımlarınızı incitməyin. Onlar Allah Təalanın sizə əmanətidir. Onlara qarşı yumşaq olun, yaxşılıq edin!” (Müslim).
“Xanımının pis xasiyyətinə qatlaşan kişi bəlalara səbr edən Hz. Əyyub kimi mükafata qovuşar. Ərinin pis xasiyyətinə səbr edən qadın da Hz. Asiyə kimi savaba qovuşar” (İmam Qəzəli).
“Xanımı ilə yaxşı keçinib zarafatlaşanı Allah Təala sevər, ruzilərini artırar”, “Ən üstün mömin xanımına ən yaxşı, ən lütfkar davranan gözəl əxlaqlı müsəlmandır” (Tirmizi).
“Ən yaxşı müsəlman, xanımına ən yaxşı davranandır”, “İçinizdə xanımına ən yaxşı davranınız mənəm.” (Nəsai).
”Xanımına gülər üzlə baxan kişinin dəftərinə, bir kölə azad etmiş savabı yazılar”.
“Qadınlara ancaq alicənab və şərəf sahibi kişi dəyər verər. Onları ancaq pis və alçaq kişi xor görər”.
“Qızlarınızı qızıl və gümüş ilə bəzəyin! Libasları gözəl olsun. Etibar qazanmaqları üçün ən gözəl hədiyyələrlə ehsan edin!" (Hakim).
"Kim qız uşağını gözəl tərbiyə edib, Allah Təalanın verdiyi nemətlərlə bolluq içində yedirər, geydirərsə, o qız uşağı onun üçün bərəkət olar, Cəhənnəmdən qurtulub asanlıqla Cənnətə girməyinə bir fürsət olar" (Təbərani).
“İki qız övladıyla gözəl rəftar edən mütləq cənnətə girər” (İbn Macə).
“Üç qızına ehtiyacdan qurtulana qədər yaxşı baxan, yedirib, içirdən Cənnəti qazanar" (Əbu Davud).
“Üç qız və ya bacısına baxanı, sıxıntılarına qatlananı Allah Təala Cənnətdə qılar” .Başqa bir hədisdə: “Onlara yediyinizdən yedirin, geyindiyinizdən geyindirin, onları döyməyin, onlara çirkin deməyin, pis söz söyləməyin!” buyrulmuşdur.
Qadınlarla yaxşı davranmaq Qurani Kərimin əmridir: “Qadınlarınızla yaxşı keçinin. Əgər onlardan xoşunuz gəlməsə belə! Ola bilər ki, bir şey sizin xoşunuza gəlməz, Allah ondan bir çox xeyir təqdir etmiş olar".
Hz. Peyğəmbərimiz (s.a.s): "Qadınlar haqqında biri-birinizə xeyir tövsiyə edin!” buyurmuşdur.
Qadınlara qarşı daim xoş olmaq gərəkdir. Həmçinin, bir hədisdə: “Mömin bir kişi mömin qadına qəzəblənməsin! Əgər onun bir xasiyyətindən xoşu gəlməsə, başqa bir xasiyyətindən məmnun ola bilər”, buyrulur. Bir insanın hər işi və hər xasiyyəti xoşa gəlməyə bilər. Fəqət yaxşı niyyətli insan öz xanımında xoşa gələcək xasiyyətlər tapa bilər. Onunla özünü məmnun və məsud edə bilər. Bunun üçün eyib axtarmaq yox, gözəllik axtarmağa tələsmək vacibdir. Mərifət iltifata tabedir. İltifatsız mərifət isə zaydır. İslamiyyətin ilk şəhidi qadındır. İlk müsəlman qadındır. O zaman xristianlar bir qadın İncilə toxuna bilməzmi məsələsini müzakirə edirdilər. Qurani Kərimdə Nisa (Qadınlar), Mühtəhinə (imtahan edilən qadın), Mücadələ (mücadələ edən qadın), Məryəm (Hz. İsanın anası ) kimi surə adları vardır.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
"ASAN" Səyyar xidmət Cəlilabad sakinlərinin xidmətindədir
Mənfi auralı insanların öhdəsindən gəlmək
Yeni konsepsiyaya görə Bakıda bu binalar söküləcək
Yer sakinlərini gözləyən əzablı ölüm
Əminə Yusifqızıdan şeirlər
Fincanlar(2)
Azərbaycanlı tələbələr İsraildə istehsalat təcrübəsi keçəcəklər
Azərbaycan coğrafiyasının inkişaf tarixi-2
Dadlı salat hazırlamağın sirləri
Azərbaycanda ailədaxili problemlərin həllinə onlar yardım edəcəklər
Bakıda orta məktəb şagirdlərinə yol hərəkəti qaydalarının təbliği ilə bağlı maarifləndirici tədbir keçirilib
Nuri Sərinləndirici - Musiqi kolleksiyası
Beren Saatın makiyajsız halı diqqət çəkdi-FOTO
Azərbaycan Avropa vaqonları alır
Vladimir Solovyov Dağlıq Qarabağa qanunsuz olaraq dəfələrlə getdiyini etiraf etdi - VİDEO
Instagram'da mesajlaşma dövrü bitir
Ərəblər Ronaldinyonu öpdülər, qucaqladılar və soyundurdular
Bakıda çirkli çimərliklərin adları açıqlandı
“Qarabağ” Rusiyanın vitse-çempionu ilə qarşılaşacaq
Gəlin toyunu rəfiqələrinə görə ləğv etdi-FOTO
2020 BAFTA Mükafatları: Qırmızı Xalça
Qoca mühəndis təyyarələrdən ev tikdi
Meyvəli dırnaqlar
Yumurta sarısı qadına ana olmaqda kömək edib
Əhaliyə ipoteka müjdəsi: şərtlər və qaydalar yumşaldılır
Bred Bit TƏƏCCÜBLƏNDİRDİ
Dağlıq Qarabağ münaqişəsi - 2: Alov qalxacaq
İranda koronavirusa yoluxanların sayı rekord həddə çatdı
"Survivor"un 5-ci günündə artıq aclıqdan yalvarmağa başladı-VİDEO
Azərbaycanda abidələrlə bağlı ilk
Kəlağayıların əsil qiyməti
Cəbhədə erməni təxribatı davam edir
İlham Əliyev və xanımı Mehriban Əliyeva Böyükşor bulvarının və parkının açılışında iştirak ediblər
"İşıqpulu" arta bilər
Böyrəyi təmizləyən çay
İşias ağrılarını azaldaq
Məktəblilərin yaz tətili günləri açıqlandı
Bişmiş tərəvəz salatı (foto-resept)
DİM abituriyentlərə müraciət etdi
İnfeksionist ofisdə ən təhlükəli əşyanın adını açıqladı
Prezident İlham Əliyev Belçikada işgüzar səfərdədir
Qanunda yoxdur, amma sürücülər buna görə xərcə düşə bilər
Evinizdən nə qədər əmlak vergisi tutulacaq?
Günün qoroskopu: Vədlərinizi yerinə yetirin!
Nədir milli ruh?
Avropada SOS
“Tehranda fəlakətli partlayış...” – Əhaliyə xəbərdarlıq edildi
Azərbaycan rəssamlarının 20 Yanvar faciəsinə həsr edilmiş əsərlərindən ibarət sərgi açılacaq
Günün ulduz falı - 14.03.2014
İnsanlar tək gözlü olacaq














