Qadin.NET / Peyğəmbərimizi(s.ə.s) tanımaq

Peyğəmbərimizi(s.ə.s) tanımaq

Peyğəmbərimizi(s.ə.s) tanımaq

Peyğəmbər əfəndimizə varis olan yüksək İslam alimləri  Onu bütün gözəllikləriylə görmüş və aşiq olmuşlar. Bunların ən başında Əbu Bəkri Sıddık gəlməkdədir. O, Rəsulullah əfəndimizdəki peyğəmbərlik nurunu görməkdə, Onun üstünlük, gözəllik və yüksəkliklərini idrak edərək, Ona aşiq olmaqda elə irəli getmişdir ki, başqa heç bir kimsə Əbu Bəkri Sıddık kimi ola bilməmişdir. Bir dəfə, "Bütün yaxşılıqlarımı, sizin bir səhvinizə dəyişərəm" buyurmuşdu. 

Rəsulullah əfəndimizin gözəlliyini ən yaxşı görüb anlayan və izah edənlərdən biri də, möminlərin anası Həzrəti Aişə idi. Aişə anamız alimə, ağıllı və ədibə idi. Qurani Kərimin mənalarını, halal və haramları, Ərəb şeirlərini və hesab elmini çox yaxşı bilərdi.  

Aişə anamız buyurur ki:

"Bir gün Rəsulullah mübarək nalınlarının qayışlarını çaxırdı. Mən də iplik əyirirdim. Mübarək üzünə baxdım. Parlaq alınından tər damlayırdı. Tər damlası, hər tərəfə nur saçırdı. Gözlərimi qamaşdırırdı. Çaşıb qaldım. Mənə doğru baxıb; "Sənə nə oldu ki, belə dalğın dayanırsan?" buyurdu. "Ya Rəsulullah! Mübarək üzündəki nurların parlaqlığına və mübarək alınındakı tər dənələrinin saçdıqları işıqlara baxaraq özümdən keçdim" dedim. Rəsulullah qalxıb yanıma gəldi. Alınımı öpdü və; "Ya Aişə! Allahu təala sənə yaxşılıqlar versin! Məni sevindirdiyin kimi, səni sevindirə bilmədim" buyurdu. Yəni, sənin məni sevindirməyin, mənim səni sevindirməmdən çoxdur, dedi." Həzrəti Aişənin mübarək gözlərinin arasını öpməsi, Rəsulullah əfəndimizi sevərək, Onun camalını anlayaraq gördüyü üçün afərin və təqdir olmaqdadır. 

Rəsulullah əfəndimizin Qurani Kərimdə keçən adlarından biri də Yasin surəsindəki Yasin sözüdür. İslam alimlərinin böyüklərindən olan Seyid Abdülhakimi Arvasi; "Yasin, ey mənim söhbət dəryamın dalğıcı olan həbibim, deməkdir" buyurmuşdur. Bu dəryanın adını eşidənlər, uzaqdan görənlər, yaxınına gələnlər, içinə girib nəsibi qədər dərinə enənlərin hamısı, ömürlərinin hər mərhələsində Rəsulullah əfəndimizin eşqi ilə yanıb alovlanmışlar, yanıq fəryadlar, içli gözyaşları və yandırıcı misralarla bu eşqlərini dilə gətirmişlər. Bunların içində ən böyük və məşhurlarından olan və bu söhbət dəryasından böyük pay sahibi olan Xalidi Bağdadi də Sevimli Peyğəmbərimizə olan söhbət və eşqini dilə gətirdiyi əsərlərinin birində belə deməkdədir:

 

Sərvəri aləm, sənə aşiq olub da, yanaram!

Hər harada olsam, o gözəl camalın axtararam.

 

Kəbə kavseyn taxtının sultanı sən, mən heçim,

Qonağınam desəm hörmətsizlik sayaram.

 

Hər şey dünyada sənin şərəfinə bilərəm,

Rəhmətin yağsa mənə hər gün olar baharım.

 

Hər kəs Kəbəni təvaf üçün gəlir Hicaza,

Sənə qovuşmaq üçün mən dağları aşaram.

 

Səadət tacına qovuşdum mən yuxuda.

Yağın torpağı səpildi üzümə sanaram.

 

Dostunu tərifləyən aşiqlərin bülbülü, ey Məscid!

Divanında bu yazılar, olur, tərcüməçim.

 

Dili sallanmış, susuz qalmış, uyğun gəlik bir it kimi,

Sənin lütfkarlıq dənizindən bir damla arzularım.


 Allahım! Məhəmmədə və onun ailəsinə də İbrahimə və onun ailəsinə xeyir-dua verdiyin kimi xeyir-dua ver! Sən həqiqətən alqışlara layiq və şan-şövkətlisən! Məhəmmədə və onun ailəsinə də İbrahimə və onun ailəsinə bərəkət verdiyin kimi bərəkət ver! Sən həqiqətən alqışlara layiq və şan-şövkətlisən!

8 avqust 2014
GO BACK