Maddi varlığın əlamətini, keyfiyyətini bildirən sözlərə sifət deyilir.
Sifət yanaşma yolu ilə əşya adı bildirən sözlərlə bağlı olur. Dərəcə əlamətləri var, isimləşərək kəmiyyət, mənsubiyyət və hal şəkilçiləri qəbul edir.Əlamət, keyfiyyət məzmunu ilə yanaşı maddi varlıq və əşya məzmunu da qazana bilir, cümlənin mübtəda və tamamlığı olur. Fellərlə əlaqələnərək zərfləşir və zərflik vəzifəsində işlənir. Əsas sintaktik vəzifəsi təyindir. Sifətin əsas xüsusiyyəti onun cümlə daxilində bir isimlə yanaşı işlənməsidir.
Əlamət və keyfiyyət anlayışlarını da ayırmaq lazımdır. Əlamət əşyanın zahiri görünüşü, forması ilə bağlıdır: uzun, qısa, hündür, böyük, balaca, qara, sarı və s.
Keyfiyyət əşyanın məzmunu, mahiyyəti, daxili aləmi ilə bağlıdır: acı, şirin, turş, dadsız və s. Qara gavalı dedikdə gavalının əlaməti, turş gavalı dedikdə isə keyfiyyəti nəzərdə tutulur.
Əlamət bildirən sifətləri üç qrupa ayırmaq olar.
1) Rəng bildirənlər: sarı, qırmızı, qara və s.
2) İnsanın və başqa canlı-cansız əşyaların zahiri, cismani xüsusiyyətlərini bildirənlər: lal, kor, çolaq, əlil və s.
3) Həcm, ölçü bildirənlər: böyük, balaca, qısa, uzun və s.
Keyfiyyət bildirən sifətləri bir neçə qrupa ayırmaq olar.
1) Dadbilmə, eşitmə, duyğu, lamisə duyğuları ilə hiss edilə bilən keyfiyyətlər: acı, şirin, ist,soyuq, ağır və s.
2) Xasiyyət, psixoloji vərdiş və vəziyət bildirənlər: ağıllı, dəli, başıxarab, axmaq, əsəbi, acıqlı və s.
3) Ümumi keyfiyyət, hal-vəziyyət bildirənlər: yaxşı, pis, yaman, xoşbəxt, bədbəxt və s.
Morfoloji əlamətinə görə sifətlər sadə, düzəltmə, mürəkkəb olur. Dərəcə kateqotiyasına malik olur.
Sintaktik vəzifəsinə görə sifətlər cümlədə əsasən təyin olur: Sanki qaranlıq dünyanın açarları onun əlindədir.
Sifət xəbər vəzifəsində işlənir: Bu kitab maraqlıdır.
Sifətlər necə? nə cür? Hansı? suallarına cavab verir.
Sifətin quruluşca növləri.
Sifətlər sadə, düzəltmə, mürəkkəb olur.
Sadə sifətlər. Dilimizin lüğət tərkibinə daxil olan sifətlərin böyük əksəriyyəti sadə olur. Sadə sifətlər vahid morfemdən ibarət olur. Məsələn: ağ, qara, hündür, uca, şirin, acı və s.
Düzəltmə sifətlər. Düzəltmə sifətlər sözlərin kökünə və ya əsasına şəkilçilər artırmaqla düzəlir. Əsasən isim və feldən əmələ gəlir.
Sifət düzəldən şəkilçilər bunlardır:
-lı4 : ordenli, duzlu, məzəli və s.
-sız4 : duzsuz, gülsüz, şübhəsiz, qorxusuz və s.
-kı4 : Bu sifətlər zaman zərflərinə artırılaraq zaman mənalı sifətlər düzəldir. Dünənki, bugünkü, sabahkı, bayaqkı və s. Bu şəkilçi yerlik halın şəkilçisi ilə birlikdə yer və zaman mənalı sifətlər düzəldir.: şəhərdəki, kənddəki, ocaqdakı və s.
-cıl4 : ölümcül, yuxucul, siyasətcil və s.
-lıq4 : aylıq, illik, rüblük, mənlik, sənlik, həftəlik və s.
-ı4 : narıncı, badımcanı, limoni, gümüşü və s.
Qeyri-məhsuldar şəkilçilər:
-sal4 : qumsal, duyğusal, rəqəmsal
-sul : yoxsul
-c : anac (toyuq)
-man : qocaman
-lam : sağlam
-ş : geniş, eniş, yoxuş
-ca : balaca, yaxşıca, gözəlcə
Fellərdən sifət düzəldən şəkilçilər.
-ıcı4 : qırıcı, qovucu, verici və s.
-qın ,-kin, -qun, -kün ; -ğın, -gin, ğun, gün : I qrup şəkilçilər kar, II qrup şəkilçilər isə cingiltili samitlə bitən fellərə artırılaraq hal-vəziyət, keyfiyyət düzəldən şəkilçilər düzəldir. Məsələn: tutqun, kəskin, yorğun, dolğun və s.
-ıq, -k : açıq, sönük, yanıq, qırıq və s.
-aq: bu şəkilçi –ıq şəkilçisinin açıqsaitli variantıdır.ürkək, kövrək və s.
-ağan, -əyən : ağlağan, güləyən, qaçağan, və s.
-ınc4 : qorxunc, ürkünc, gülünc və s. Qısqanc, iyrənc sözlərindəki –c şəkilçisi də -ınc şəkilçisinin qalığıdır.
-caq, -cək : utancaq, ərincək, yelləncək və s.
-ar2 : yanar, ağlar, gülər, axar və s.
-maz2 : axmaz, ağlamaz, gülməz, yanmaz
-ma2 : yanma, donma, axma, burma və s.
Daha az məhsuldarlığı olan şəkilçilər:
-əri : gedəri, köçəri
-qan : çalışqan
- ri : əyri
- ım : qıvrım.
Ön şəkilçilər bunlardır: bi, na, ba, la. Bu şəkilçilər ba şəkilçisindən başqa hamısı –sız şəkilçisinə uyğun gəlir. Binamus-namussuz, nainsaf-insafsız, laməkan-məkansız
Ba şəkilçisi isə -lı şəkilçisinə uyğun gəlir: baməzə-məzəli, basəfa-səfalı və s.
Alınma –i şəkilçisi sözlərə qoşulduqda bir əşyaya hadisəyə və s. məxsuslusq bildirən sifət yaradır. Məsələn: inqilabi, mənəvi, elmi, mülki, zahiri, daxili və s.
Qeyd: həqiqət, təbiət sözlərindəki -ət düşür. Həqiqət-həqiqi, təbiət-təbii
Ərəb dilindən alınmış –dar, fars dilindən alınmış –kar, -baz, -pərvər, -pəsənd şəkilçiləri də sözlərə qoşularaq sifət düzəldir.
Rus və avropa xalqlaının dlindən alınmış bir sıra sifət düzəldən şəkilçilər də var. Bir neçəsi ön şəkilçilərdir.
anti: antifaşist
a: anormal
Son şəkilçilər:
-iv : obyektiv
-loji: bioloji
-tik: sistematik
-ist : idealist, materialist
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Tanınmış aktrisa üçüncü dəfə ərə gedir
Şeymanın 16 yaşında dedikləri TƏƏCCÜBLƏNDİRDİ-VİDEO
Cessika Simpson üçüncü dəfə ana oldu-FOTO
Xalçalar necə təmizlənməlidir? - Qışa hazırlaşanlara tövsiyələr
Melani Tramp plagiatda ittiham olunur
Pulu qənaətlə necə xərcləməli?
Kəndir bitkisi
Azərbaycan Seyid Ocaqlarının təmsilçiləri Prezident İlham Əliyevi təbrik ediblər
Hanami
Azərbaycan atletləri Avropa birinciliyində medalların sayını 5-ə çatdırıblar
Məşhur cütlük evləndi-FOTO
Sandra Bullok gizlincə ərə getdi-FOTO
Azərbaycanda 4 bal gücündə zəlzələ oldu
Açıq havada idman etmək
Dəbli çantalar
Türk blogger hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Məşhur aktyor keçmiş xanımı məhkəməyə verdi-SƏBƏB
Küsülü prezidentlər barışdı
Prezidentin köməkçisi xarici diplomatlarla yenidən Füzulidə
Yıldız Tilbe hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
BÜRCLƏR bizə nə vəd edir?-14 Sentyabr
Türkiyə kuboku: "Fənərbağça" biabır oldu!
Xızı rayonunun Xızı-Altıağac avtomobil yolunun tikintisinə 8 milyon manat vəsait ayrılıb
Tükləri sapla təmizləyirsinizsə...
Cəmi 8 həftəyə artıq kilolardan qurtulmaq istəyirsiniz?
Zerrin Özer xəstəxanalıq oldu-SƏBƏB
Qafqazlıların uzunömürlüyünün sirri kababda imiş
Şahzadə Diananın indiyədək görmədiyiniz FOTOLARI
Animasiya qəhrəmanları modern dünyada
Sərhədsiz erməni vandalizmi: Bir vaxtlar 100 min əhalisi olan Füzuli şəhəri hazırda...
20 yaşlı türk bütün İngiltərəni heyrətləndirdi
Milyarderlərin sayı rekord həddə çatıb
İrina Şeykin FOTOsu tarixinə görə diqqət çəkdi
Novruz Məmmədov “Hesabat”ın qonağı olub
İranla AEBA arasında nüvə danışıqları başladı
Gün ərzində xoşbəxtliyi necə tapmalı?
BÜRCLƏR bizə nə vəd edir?-17 yanvar
Azərbaycana gətirilən avtomobillərin sayı 2 dəfədən çox azalıb
Kıvanç Tatlıtuğ xəstəxanalıq oldu-SƏBƏB
Şahzadə həyatı
Soba alarkən diqqət edin
İşğaldan azad edilən Zəngilanda Azərbaycan bayrağı qaldırıldı - VİDEO
Bu ölkə koronavirusla mübarizədən imtina etdi:70 ölü
Mahsun Kırmızıgül qızının FOTOsunu paylaşdı
Nəvələrlə münasibət necə olmalıdır?
Bakıda maraqlı sərgi açıldı
Dərdlərə dərman zeytun (2)
Rus Dili dərs-11
"Qalatasaray" - "Yuventus": bu necə oldu?
Ona səbəb göstərin!
- ŞƏRHLƏR