Tərkibi:
25 diametrlik qab üçün
Qozlu korj üçün:
Yumurta - 1 ədəd
Şəkər tozu - 0,5 st.
Xama - 5 x/q
Un - 1 st.
Nişasta - 1 x/q
Qoz - 0,5 st.
Qabartma tozu - 1 paçka
Xaş-xaşlı korj üçün:
Yumurta - 1 ədəd
Şəkər tozu - 0,5 st.
Xama - 5 x/q
Un - 1 st.
Nişasta - 1 x/q.
Xaş-xaş - 0,5 st.
Qabartma tozu - 1 paçka
Ərikli korj üçün:
Yumurta - 1 ədəd
Şəkər tozu - 0,5 st.
Xama - 5 x/q
Un - 1 st.
Nişasta - 1 x/q
Ərik qurusu - 0,5 st.
Qabartma tozu - 1 paçka
Krem
Kərə yağı - 200qr
Qatılaşdırılmış süd - 1 qutu
Hazırlanması:
Tort üçün 3 müxtəlif qatqılı korj hazırlanır. İlk öncə məmulatları hazırlayırıq:
Qoz doğranılır, ərik qurusu yuyulur. Qaynar suda 15-20 dəq saxlanıldıqdan sonra suyu süzərək qurudub xırda doğrayırıq.
Xaş-xaş isti suda yuyulur və 15-20 dəqiqə odun üzərində bişirilir. Köpükləri yığılır.
Daha sonra tənziflə suyu süzülüb odun üzərində tavada qurudulur.
Qozlu korju hazır etmək üçün bir qaba yumurta və şəkər tozunu əlavə edib miksrelə çalırıq.
Xama və qabartma tozunu əlavə edib, yenə qarışdırırıq.
Un və nişastanı ələkdən keçirib qarışdırırq. Xamalı yumurtalı məhlulun üzərinə unu əlavə edərək qarışdırıq. Xəmir xama qatılığında olmalıdır.
Daha sonra qozu da əlavə edib yaxşı qarışdırıb yağlanıb unlanmış soba qabına tökürük. Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 15-20 dəq bişiririk.
Xaş-xaş və ərik qurusu qatılmış korju da eyni qayda ilə hazırlayıb bişiririk.
Yağı qatılaşdırılmış süd ilə çalıb krem hazırlayırıq. Korjlar soyuduqdan sonra aralarına krem çəkib hazırlayırıq.
Üzərini istədiyiniz formada bəzəyə bilərsiniz. (Mən şokaladlı qlazur etdim.)
Hazır tortu soyuduca 2-3 saat saxlayıb süfrəyə veririk.
Nuş olsun!
XƏBƏR LENTİ
Sürətli yağ yandıran 2 idman hərəkəti
RBK-nın jurnalisti Xankəndində gördüklərindən danışdı - VİDEO
Günün ulduz falı - 13.08.2013
Üzdəki məsamələri böyük göstərən 3 səhv
Bətndə boğulan gələcəyimiz
Xilaskar köpək Rubi
20 aylıq körpə transfer olundu
Röya pərəstişkarlarını BELƏ SEVİNDİRDİ - FOTO
Demet Akalının evi müsadirə olundu
Tarixi ada satışa çıxarılıb
Evinizi payıza hazırlamaq üçün 5 yol
Günün qoroskopu: bəzi qərarları yeniləri ilə əvəzləmək zamanıdır
Gəlin çantaları
Qadın.Netlilərin "16 yaşında özünə məktub"ları (2)
Karantin müddətində SMS-ə cavab gəlmədən evi tərk etmək olar? - VİDEO
Canlı soxulcanlar uddu–Xərçəng xəstəsindən ŞOK addım
Çimərlikdəkiləri heyran qoydular
Zidan evlənir
Məşhur cütlük evləndi-FOTO
Dağlıq Qarabağ münaqişəsi üzrə status-kvo qəbuledilməzdir
Maskasız alıcıların ticarət obyektlərinə daxil olmasına icazə verilməyəcək - RƏSMİ
Körpəyə oyuncaq seçmək
Cey Z-dən Gözlənilməz Addım
Hər yaşa uyğun çətirlər
İlan sancması zamanı görülməli vacib tədbirlər
Azərbaycanda yazın ilk ayı üçün hava proqnozu açıqlandı
Bu ölkəyə kasıblar gedə bilməz - FOTO
"Yuventus" "Borussiya"nın futbolçusuna elçi düşüb
Saç üçün maskalar
Pozitiv düşüncəyə necə sahib olaq?
4D ultrasəs nə işə yarayır?
Azərbaycanda yeni idman federasiyası açıldı
Məşhur aktyorun həbs əmri çıxdı-SƏBƏB
Qarında qopan vəlvələ
Fizika üzrə Nobel mükafatçıları açıqlandı
Xalq artisti Sabir Ələsgərov xəstəxanaya yerləşdirilib
Bu asteroidlər planetimizlə toqquşa bilər - Alimlərdən XƏBƏRDARLIQ
Toyuq budlu boxça(foto resept)
Eser Yenenler ata olacaq!
İran parlamenti Urmiya gölü ilə bağlı qərar verdi
Bakıda işçi axtarılır - Maaş 7,2 min dollardır
Kəpəklə mübarizə
2018-də hər şey düzələcək
“Super ay”dan yeni super xəbər
Azadlıq heykəli (Nyu-York)
Məşhur hind aktyorlarının bu günü
Mançesterdə "Azərbaycan gecəsi" keçirilib
Ərdoğan: “Rusiya əsgəri Qarabağda hansı şəkildə olacaqsa, türk əsgəri də elə olacaq” - VİDEO
Göz iltihabı
Uşaqlarımız niyə ağlayırlar?
- ŞƏRHLƏR