
Böyük Britaniyanın Mançester şəhərindəki universitetlərdə təhsil alan azərbaycanlı tələbələri özündə birləşdirən Mançester Azərbaycan Cəmiyyəti "Azərbaycan gecəsi" mədəniyyət tədbirini təşkil edib.
Trend-in məlumatına görə, Mançester Universitetinin ən böyük konsert zallarından birində baş tutan gecədə tələbə və müəllim heyətinin əksəriyyət təşkil etdiyi 350-dən artıq qonaq iştirak edib.
Tədbirin birinci hissəsində qonaqlara azərbaycanlı tələbələrin hazırladıqları milli yeməklərimiz təklif olunub və onlar ölkəmizin müxtəlif bölgələrindən görüntüləri əks etdirən fotoşəkilləri seyr edərək Azərbaycan haqqında daha geniş şəkildə məlumatlandırılıblar.
Tədbir sonradan geniş mədəni hissə ilə davam edib. Bir-birinin ardınca azərbaycanlı və əcnəbi tələbələrin ifasında milli rəqs və mahnılarımız qonaqlara təqdim olunub. Malayziya, İspaniya və Çilidən olan tələbələrin müşayiəti ilə ingilis xanım Azərbaycan dilində "Sarı gəlin" mahnısını oxuyub və qonaqlar tərəfindən gurultulu alqışlarla qarşılanıb. Azərbaycanlı tələbə ilə Trinidad və Tobaqodan olan xanımın birgə oynadıqları "Naz eləmə" rəqsi isə qonaqların böyük marağına səbəb olub. Əslən cənubi azərbaycanlı olan britaniyalı xanım "Daşlı qala" mahnısını səsləndirib.
Gecənin ən əyləncəli anı əcnəbi qonaqlar arasındakı Azərbaycan rəqs yarışması olub. Məharətini yoxlamaq istəyən qonaqlar altı cütlüyə bölünüb və onlardan səslənən milli oyun havası altında rəqs etmələri buyurulub. Həddindən artıq maraqlı keçən yarışmanın qaliblərinin İran və ABŞ vətəndaşlarından ibarət cütlüyün olması müsabiqəyə həm də simvolik rəng də qatıb.
Bu il dördüncü dəfə təşkil olunmuş mədəni tədbir Mançester Azərbaycan Cəmiyyətinin ənənəvi tədbirlərindən biridir. Onu da qeyd edək ki, tədbir tələbələrin şəxsi ianələri hesabına reallaşıb.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Bürc simvolları makiyajla
İnternetə nəzarət güclənir
4 gün iş olmayacaq
Cüdo üzrə Avropa Çempionatı Bakıda keçiriləcək
Tortla birlikdə elə bir şey uddu ki...-FOTO
Bakı bulvarının ziyarətçilərini yenilik gözləyir
Azərbaycan tarixindən yüz şəxsiyyət-45
Cennifer Lopez yeni FOTOsessiyası ilə heyran etdi
Ronaldu "Yuventus"-a keçdi
Botoks təsirli təbii maskalar
Abituriyentlərin qeydiyyat müddəti bu gün bitir
Ebru Sallı tətil şəkillərindən danışdı
Dəbli koftalar
Üzdəki tükləri aradan qaldıran maska
Prezident İlham Əliyev Gürcüstanın yeni seçilmiş dövlət başçısını təbrik edib
Tornado onlarla turistə xəsarət yetirdi - VİDEO
Qat-qat xəmirli boğça paxlava (foto resept)
Qadın komadan sonra uşaqlarının varlığını unutdu və ...
Ekslüziv şou-maşın
Prezident İlham Əliyev əməliyyat-taktiki təlimi izləyib
Manikür 3-cü hissə
Bir səs yazısı ABŞ-ı qarışdırdı: "O lənətə gəlmiş İvanka..."
Hadisə fanatını həbs etdirdi
11 ayın sultanı yetişdi-Ramazan ayının gündəlik duaları
Niyə qadınlar daha çox yaşayır?
Nanəli ayran (foto-resept)
Günümüzü əks etdirən rəsmlər
Koronavirusla bağlı son STATİSTİKA
İşinizə yarayacaq ideyalar
Ucardan aksiya xəbəri gəldi
Məşhur futbolçu xəyanət xəbərlərinə cavab verdi-FOTO
Azərbaycanda benzinin keyfiyyəti getdikçə pisləşir
Novruz kökəsi (foto resept)
Qız güləşçilərimiz İzmirdən 5 medalla qayıtdı
Azərbaycanda pensiyaların ödəniş tarixi dəyişdi
Zakir Həsənov hərbi təlimləri izləmək üçün İzmirə gedir
Günün qoroskopu: əlverişli tanışlıq olacaq
Uşaqlarınız üçün maraqlı yataqlar
Çörəklə bağlı rəsmi açıqlama
Kriştianu Ronaldudan inanılmaz fədakarlıq
Neft bahalaşmağa başladı
Benzin yenidən bahalaşdı
Kişilər nə istəyirlər? 2-ci hissə
Kraliça yenə işçi axtarır-47 min manat
13 yaşlı bloger aya 1000 dollar qazanır-FOTO
Şəhid generalımız və polkovnikimiz dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO
Prezidentlər Xəzəri bölüşəcəklər
Kayli Cenner nişanlandı – FOTO
HAVA necə olacaq?-9 yanvar
Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına nə vaxt icazə veriləcək? - RƏSMİ















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]